4 iyun tarixi bənzərsiz səsi ilə yaddaşlarda silinməz iz qoymuş müğənni Fatma Mehrəliyevanın doğum günüdür.
Fatma Yusif qızı Mehrəliyeva 1926-cı il iyunun 4-də Quba şəhərində anadan olub. Orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərib. Müəllimləri onun bu məharətini dəyərləndirərək balaca Fatmanı bir musiqi festivalında iştirak etmək üçün Bakıya göndərirlər. Festivalda “Qubanın ağ alması” xalq mahnısını ifa edən 11 yaşlı qızcığazın ifası dahi Üzeyir bəyin (Üzeyir Hacıbəyli) diqqətini çəkir.
1938-ci ildə Fatma Mehrəliyeva Üzeyir bəy Hacıbəylinin təşəbbüsü ilə Bakıya gəlib. Görkəmli bəstəkar istedadlı qızın yaxşı musiqi təhsili alması, muğamları mükəmməl mənimsəməsi üçün hər cür şərait yaradıb, Fatmanı öz himayəsinə götürərək, ona atalıq edib və sənətin sirlərini ona öyrətməyə nail olub. F.Mehrəliyeva Azərbaycan Dövlət Konservatoriyasının fortepiano və vokal sinfini bitirib.
1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki “Sazçı qızlar” ansamblında işə düzəlir. Gənc müğənninin həzin səsində dahi Üzeyir bəyin vətənpərvərlik mövzusunda yazdığı musiqi nümunələri daha çox sevilməyə və ifaçısını tanıtmağa başlayır. Musiqisi Üzeyir Hacıbəylinin sözləri Səməd Vurğunun “Şəfqət bacısı” mahnısının ilk ifaçısı olan F.Mehrəliyevanın adı dillər əzbərinə çevrilir. İkinci Dünya müharibəsi illərində ifa etdiyi mahnılar Azərbaycan milli radiosunun qızıl fonduna daxildir.
Beləliklə, sənət yolunda uğurla addımlayan, lirik soprano səsə malik F.Mehrəliyeva muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının məharətli ifaçısı kimi şöhrət tapır. Elə bu şöhrət sayəsində o, 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən “Arşın mal alan” filminə dəvət alır və ekran əsərində Telli rolunu ifa edir.
Filarmoniyanın səhnəsində uzun illər çıxış edərək səsi, ifası ilə minlərin, milyonların qəlbinə yol tapan sənətkar dinləyicilərinin yaddaşında “Olmaz-olmaz”, “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi”, “Qaragilə”, “Muğan qızı”, “Unuda bilmirəm” və s. mahnılarla iz qoya bilib.
Fatma xanımın oxuduğu muğamlar arasında “Kəsmə şikəstə”nin məxsusi yeri olub. Heç təsadüfi deyil ki, professor Ramiz Zöhrabov “Zərbi muğamlar” kitabında “Kəsmə şikəstə”ni məhz Fatma Mehrəliyevanın ifasında nota köçürüb. Bunun üçün xüsusi səs tembrlərinin olması zəruridir. Azərbaycan muğam ifaçılığı tarixində “Kəsmə şikəstə”nin yalnız Fatma Mehrəliyeva tərəfindən yüksək məharətlə oxunması bir gerçəklikdir. Bir çox qadın ifaçılar istəsələr də, onun kimi bu musiqi nümunəsinə nəfəs verə bilməyiblər. Müğənni “Qatar”, “Segah-zabul” muğamlarının da təkrarsız ifaçısı olaraq musiqi mədəniyyəti tariximizdə özünəməxsus yer tutub.
Azərbaycan musiqi sənətindəki xidmətlərinə görə 1956-cı ildə respublikanın Əməkdar artisti adına layiq görülüb.
- 17:49 Beynəlxalq Muzeylər Günü münasibətilə muzeylərdə “Açıq qapı” günü elan olunur
- 17:23 “Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”
- 17:19 “Mənim hüquqlarım məni qoruyur!” adlı tədbir keçirilib
- 15:28 Azərbaycandan olan gənc skripkaçı Dinu Lipatti adına müsabiqənin mütləq qalibi olub
- 15:01 “Heydər Əliyev və Azərbaycanda muzeylərin təşəkkülü” adlı tədbir keçirilib
- 14:43 “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib
- 14:27 Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirəcək
- 14:23 Kamera və Orqan Musiqisi zalında növbəti konsert ustadlara ithaf olunub
- 14:16 Bakıdakı Rus evində “Abşerona bahar gəlir” adlı yaradıcılıq gecəsi keçirilib
- 12:19 “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsində...
- 10:41 “Heydər Əliyev və Azərbaycanda muzey işi” adlı tədbir keçirilib
- 10:38 Qaradağ rayon Heydər Əliyev Mərkəzinin növbəti xarici qonağı
- 09:51 Bəstəkar Ramiz Mirişlinin 90 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil edilib
- 09:50 “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir
- 09:32 Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
- 09:27 III Regional Xor Müsabiqəsinin Qala konserti keçirilib
- 09:18 Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub
- 17:23 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 17:20 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 16:37 Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub
- 16:32 Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib
- 16:30 Kukla Teatrında premyera – Parkda
- 16:26 “Ulduz”un yeni nömrəsində...
- 15:47 Riqada ilk dəfə “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları” adlı geniş sərgi açılıb
- 15:39 Bakıda “Mosfilm həftəsi” keçiriləcək
- 14:35 Bu gün Xalq artisti Arif Quliyevin anadan olmasının 74 ili tamam olur
- 14:29 TikTok Azərbaycanın aparıcı muzeyləri ilə "Muzeylər gecəsi"nə start verir
- 14:23 Qastronomiya üzrə “Qızıl Şah” Azərbaycan Milli Kulinariya Çempionatı keçirilir
- 11:33 Moskvada “Qelikon-opera”nın səhnəsində “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert olub
- 09:52 Bədii qiraətçi, gənc şair Xəzər Süleymanlı ilə görüş təşkil olunub
- 09:44 Azərbaycan Milli Kitabxanası Özbəkistanda beynəlxalq konfransda təmsil olunub
- 09:27 Ölkəmizdə beynəlxalq incəsənət simpoziumu keçirilir
- 09:25 Azərbaycanlı musiqiçilər Kalininqrad filarmoniyasının səhnəsində çıxış edəcəklər
- 09:21 Gənc bəstəkarların yaradıcılığına həsr edilmiş plenumun açılış mərasimi olub
- 16:42 Milli Kitabxanada növbəti treninq
- 14:20 Molla Nəsrəddin haqqında çəkilən filmin yaradıcı heyəti Özbəkistanda olub
- 14:19 Azərbaycan Ankarada Beynəlxalq Mədəniyyət Günü Festivalında təmsil olunub
- 12:09 “CawaMedia” agentliyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblından yazıb
- 11:29 Kitabxanda “Cabbarlı işığı” adlı tədbir təşkil edilib
- 11:08 “Ailə dəyərlərimiz” adlı tədbir keçirilib
- 10:24 15 may - Beynəlxalq Ailə Günü ilə bağlı dəyirmi masa keçirilib
- 09:50 “Ölkəmizdə ekoloji siyasətin formalaşmasında Heydər Əliyevin xidməti” adlı dəyirmi masa keçirilib
- 09:31 Bu gün Beynəlxalq Ailə Günüdür
- 09:25 İşə qəbulla bağlı müsabiqə
- 09:23 Bu gün SSRİ Xalq artisti Rauf Hacıyevin anadan olmasının 102 ili tamam olur
- 09:18 Yazıçılar Birliyində şair-dramaturq Xanlar Həmidin 70 illik yubileyi qeyd olunub
- 09:12 XVI Azərbaycan Moda Həftəsi çərçivəsində yerli və xarici dizaynerlərin nümayişləri keçiriləcək
- 17:16 Özbəkistanda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş konsert təşkil olunub
- 17:10 Azərbaycan Beynəlxalq Şekspir Festivalında təmsil olunacaq
- 16:28 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbində tədbir keçirilib
- 15:53 “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir
- 15:50 T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 15:03 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 12:08 “Azərbaycan xalqının ümid çırağı-Heydər Əliyev” adlı məqalə təqdim olunub
- 12:01 Azərbaycan ilə Türkiyə arasında teatr sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
- 11:02 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ziyarət təşkil edilib
- 10:02 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 09:37 Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Qara Qarayevin məzarını ziyarət ediblər
- 09:26 Mədəniyyət naziri maldivli həmkarı ilə görüşüb
- 09:24 Mayın 20-dən 26-dək II Bakı Müasir Musiqi Günləri keçiriləcək