Mayın 22-də Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin “Mümkün ölçülər” (Possible Dimensions) adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Moskva Müasir İncəsənət Muzeyi və Rusiya Rəssamlıq Akademiyası ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə müəllifin 85 illik yubileyinə həsr olunmuş sərgilər silsiləsinin davamıdır.
Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Heydər Əliyev Mərkəzində Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelinin sərgisinin təşkili əlamətdar hadisələrdəndir. Görkəmli rəssamla Heydər Əliyev Fondunu və Heydər Əliyev Mərkəzini uzun illərdir dostluq və əməkdaşlıq əlaqələrinin bağladığını deyən Anar Ələkbərov, bu günədək rəssamla bir neçə layihənin həyata keçirildiyini vurğulayıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə görkəmli rəssamın “Dostluq” ordeninə layiq görüldüyünü deyən Anar Ələkbərov, onu bu münasibətlə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.
Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, dünya şöhrətli rəssam Zurab Seretelinin əsərlərindən ibarət sərginin Bakıda təqdim olunması paytaxtımızın mədəni həyatında mühüm hadisələrdən biridir. Qeyd edilib ki, Heydər Əliyev Fondu mütəmadi olaraq belə sərgilər təşkil etməklə, ölkəmizin mədəniyyətinin təbliği istiqamətində də çoxsaylı layihələr həyata keçirir, uğurlu addımlar atır. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə görkəmli rəssamın əsərlərinin ilk dəfə ölkəmizdə sərgilənməsi münasibətilə onu təbrik edən nazir, rəssama bundan sonrakı yaradıcılığında uğurlar arzulayıb.
Sonra Əbülfəs Qarayev Zurab Sereteliyə “Dostluq” ordenini təqdim edib.
Zurab Sereteli çıxış edərək sərginin təşkilində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür edib. Prezident İlham Əliyev tərəfindən Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilməsini sevinc hissi ilə qarşıladığını deyən rəssam, indiyədək belə dəyərli mükafata sahib olmadığını da etiraf edib. O, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov Zurab Seretelinin yaradıcılığı haqqında məlumat verib. Onun istər sovetlər dönəmində, istərsə də müasir dövrdə sənət fəaliyyətindən söz açan Ö.Eldarov, rəssamın yaradıcılığının bənzərsizliyi haqqında danışıb, onu təbrik edib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Ekspozisiyada Moskva, Tbilisi və Londondan gətirilmiş 30-dan çox rəsm əsəri və heykəl nümayiş olunur.
Zurab Sereteli 1934-cü ildə Tbilisidə anadan olub. 1958-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. 1960-cı illərin sonlarında geniş dairədə tanınmağa, dövlət sifarişləri almağa başlayıb. Monumentallıq onun müxtəlif ölkələrdə ictimai sifarişlər əsasında yaratdığı heykəllərdə də diqqəti çəkir. Seretelinin müəllifi olduğu möhtəşəm heykəllər London, Moskva, Nyu-York, Paris, Roma, Tokio və digər şəhərlərdə ucaldılıb.
Fransada Pablo Pikasso və Mark Şaqalla görüşü onun yaradıcılıq prosesinə baxışlarını köklü surətdə dəyişib. Ustadların rəssamlıq və qrafikadan keramika və heykəltəraşlığa asanlıqla keçmələri onu yeni əsərlər seriyası yaratmağa ilhamlandırıb. Parisdə Pikassonun emalatxanasını ziyarət etdikdən sonra çəkdiyi “İnessa” (1968) əsərində fransız rəssamın təsiri aydın nəzərə çarpır. Seretelinin “Mənim sevimli rəssamlarım” (2009) adlı məşhur heykəli Pablo Pikasso, Amedeo Modilyani, Mark Şaqal və Vinsent Van Qoqu təsvir edir. Bundan bir il əvvəl isə o, Niko Pirosmani və Anri Russonun heykəltəraşlıq obrazlarını yaradıb.
Heydər Əliyev Mərkəzində nümayiş olunan sərgi avqustun 25-dək davam edəcək.
- 09:44 Detektiv yazıçı Müşfiq Abbasovla görüş təşkil edilib
- 09:34 Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib
- 09:28 Abşeronun misilsiz abidəsi - “Üç ovdan”
- 09:27 “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir
- 09:25 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ən yaxşı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
- 17:38 Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr edilmiş konsert olub
- 16:45 Narkomaniyaya qarşı mübarizəyə həsr olunan tədbir keçirilib
- 16:07 Kitabxanada “Hüquqlarımızı bilək” adlı tədbir keçirilib
- 15:50 Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 14:20 Azərbaycanda ilk dəfə udmurt yazıçısının kitabı nəşr olunub
- 12:21 Kopenhagendə Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
- 11:53 “Qaraca qız” tamaşasının premyerası olacaq
- 11:47 17 nömrəli Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 11:38 Bu gün SSRİ Xalq artisti Mehdi Məmmədovun anadan olmasının 106 ili tamam olur
- 11:04 Latviyalı yazıçının “Ölüm rəqsi” kitabının təqdimatı olub
- 10:21 Musiqi Məktəbi "Xor aləminə səyahət" adlı konsert keçirib
- 10:16 Kitabxanada “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi uğurla davam edir
- 09:57 33 nömrəli Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 09:48 İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib
- 09:43 Azərbaycanın milli-mənəvi dəyərləri növbəti Etnosport Mədəniyyət Festivalında nümayiş olunacaq
- 09:39 Yuliys Straume-150 Naxışlar fərqli mədəniyyətlərdə
- 09:31 UNESCO-nun mənzil-qərargahında “Rəmzlərin rəqsi” adlı kəlağayı sərgisinin açılışı olub
- 09:25 Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb
- 17:05 Milli Xalça Muzeyində Latviya muzeyi üçün yaradılan Qarabağ qrupuna aid xalçanın təqdimatı keçirilib
- 14:44 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 14:11 Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib
- 13:03 İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd edilib
- 12:50 Daşkənddə azərbaycanlı alimin özbək dilində çap olunmuş kitabının təqdimatı keçirilib
- 10:56 Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür
- 10:09 Azərbaycanın paytaxtında Tacikistan Mədəniyyəti Günləri keçirilir
- 09:22 Bakıda “Tacik Kinosu Günləri”nin açılış mərasimi olub
- 09:20 Bakıda “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
- 16:58 “Əsrə bərabər gün” tamaşasına baxış
- 16:48 “Mədəniyyətimizin incisi – Şuşa” adlı yeni layihəyə start verilib
- 16:42 Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib
- 16:38 Bakıda qırğız Xalq yazıçısının əsərinin təqdimatı keçiriləcək
- 15:22 Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub
- 15:05 Çində yaşayan azərbaycanlılar beynəlxalq mədəniyyət festivalında ölkəmizi təmsil ediblər
- 15:00 Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçiriləcək
- 14:41 Gənclər Kitabxanasında Salman Mümtaz haqqında silsilə materiallar hazırlanıb
- 14:39 Gənc rəssam Əminə Hacılının fərdi sərgisi açılıb
- 12:17 Azərbaycanlı fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasına üzv seçilib
- 12:10 Dahi rus şairi haqqında yeni kitab - “Bəşəri poeziyanın əbədiyyət günəşi”
- 11:11 Bu gün Xalq artisti Həqiqət Rzayevanın doğum günüdür
- 10:54 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi "Bahar çiçəyi" adlı konsert keçirib
- 09:28 Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib
- 09:22 Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır
- 09:20 Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
- 17:49 Beynəlxalq Muzeylər Günü münasibətilə muzeylərdə “Açıq qapı” günü elan olunur
- 17:23 “Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”
- 17:19 “Mənim hüquqlarım məni qoruyur!” adlı tədbir keçirilib
- 15:28 Azərbaycandan olan gənc skripkaçı Dinu Lipatti adına müsabiqənin mütləq qalibi olub
- 15:01 “Heydər Əliyev və Azərbaycanda muzeylərin təşəkkülü” adlı tədbir keçirilib
- 14:43 “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib
- 14:27 Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirəcək
- 14:23 Kamera və Orqan Musiqisi zalında növbəti konsert ustadlara ithaf olunub
- 14:16 Bakıdakı Rus evində “Abşerona bahar gəlir” adlı yaradıcılıq gecəsi keçirilib
- 12:19 “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsində...
- 10:41 “Heydər Əliyev və Azərbaycanda muzey işi” adlı tədbir keçirilib
- 10:38 Qaradağ rayon Heydər Əliyev Mərkəzinin növbəti xarici qonağı