![](https://az.baku-art.com/images/test/15585566652416725386_1000x669.jpg)
Mayın 22-də Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin “Mümkün ölçülər” (Possible Dimensions) adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Moskva Müasir İncəsənət Muzeyi və Rusiya Rəssamlıq Akademiyası ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə müəllifin 85 illik yubileyinə həsr olunmuş sərgilər silsiləsinin davamıdır.
Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Heydər Əliyev Mərkəzində Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelinin sərgisinin təşkili əlamətdar hadisələrdəndir. Görkəmli rəssamla Heydər Əliyev Fondunu və Heydər Əliyev Mərkəzini uzun illərdir dostluq və əməkdaşlıq əlaqələrinin bağladığını deyən Anar Ələkbərov, bu günədək rəssamla bir neçə layihənin həyata keçirildiyini vurğulayıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə görkəmli rəssamın “Dostluq” ordeninə layiq görüldüyünü deyən Anar Ələkbərov, onu bu münasibətlə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.
Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, dünya şöhrətli rəssam Zurab Seretelinin əsərlərindən ibarət sərginin Bakıda təqdim olunması paytaxtımızın mədəni həyatında mühüm hadisələrdən biridir. Qeyd edilib ki, Heydər Əliyev Fondu mütəmadi olaraq belə sərgilər təşkil etməklə, ölkəmizin mədəniyyətinin təbliği istiqamətində də çoxsaylı layihələr həyata keçirir, uğurlu addımlar atır. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə görkəmli rəssamın əsərlərinin ilk dəfə ölkəmizdə sərgilənməsi münasibətilə onu təbrik edən nazir, rəssama bundan sonrakı yaradıcılığında uğurlar arzulayıb.
Sonra Əbülfəs Qarayev Zurab Sereteliyə “Dostluq” ordenini təqdim edib.
Zurab Sereteli çıxış edərək sərginin təşkilində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür edib. Prezident İlham Əliyev tərəfindən Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilməsini sevinc hissi ilə qarşıladığını deyən rəssam, indiyədək belə dəyərli mükafata sahib olmadığını da etiraf edib. O, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov Zurab Seretelinin yaradıcılığı haqqında məlumat verib. Onun istər sovetlər dönəmində, istərsə də müasir dövrdə sənət fəaliyyətindən söz açan Ö.Eldarov, rəssamın yaradıcılığının bənzərsizliyi haqqında danışıb, onu təbrik edib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Ekspozisiyada Moskva, Tbilisi və Londondan gətirilmiş 30-dan çox rəsm əsəri və heykəl nümayiş olunur.
Zurab Sereteli 1934-cü ildə Tbilisidə anadan olub. 1958-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. 1960-cı illərin sonlarında geniş dairədə tanınmağa, dövlət sifarişləri almağa başlayıb. Monumentallıq onun müxtəlif ölkələrdə ictimai sifarişlər əsasında yaratdığı heykəllərdə də diqqəti çəkir. Seretelinin müəllifi olduğu möhtəşəm heykəllər London, Moskva, Nyu-York, Paris, Roma, Tokio və digər şəhərlərdə ucaldılıb.
Fransada Pablo Pikasso və Mark Şaqalla görüşü onun yaradıcılıq prosesinə baxışlarını köklü surətdə dəyişib. Ustadların rəssamlıq və qrafikadan keramika və heykəltəraşlığa asanlıqla keçmələri onu yeni əsərlər seriyası yaratmağa ilhamlandırıb. Parisdə Pikassonun emalatxanasını ziyarət etdikdən sonra çəkdiyi “İnessa” (1968) əsərində fransız rəssamın təsiri aydın nəzərə çarpır. Seretelinin “Mənim sevimli rəssamlarım” (2009) adlı məşhur heykəli Pablo Pikasso, Amedeo Modilyani, Mark Şaqal və Vinsent Van Qoqu təsvir edir. Bundan bir il əvvəl isə o, Niko Pirosmani və Anri Russonun heykəltəraşlıq obrazlarını yaradıb.
Heydər Əliyev Mərkəzində nümayiş olunan sərgi avqustun 25-dək davam edəcək.
- 16:55 Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur
- 16:40 "İnci" rəqs ansamblının hesabat konserti keçirilib
- 12:03 “Xalqımızın taleyini dəyişən tarixi gün” adlı tədbir keçirilib
- 11:36 T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 10:25 15 İyun-Milli Qurtuluş Günüdür
- 16:54 “Qurtuluş-Tarixin unudulmaz səhifəsi” mövzusunda dəyirmi masa keçirilib
- 15:22 Xəzər rayon MKS-nin 2 nömrəli filialında şəhid ailələri ilə görüş keçirilib
- 15:19 24 nömrəli Onbirillik Musiqi Məktəbi konsert proqramı ilə çıxış edib
- 14:38 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdinin növbəti uğuru
- 14:25 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi uğurla davam edir
- 14:22 Respublika Gənclər Kitabxanasında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir təşkil olunub
- 12:29 Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirilib
- 12:05 Bu gün unudulmaz heykəltaraş Zivər Məmmədovanın doğum günüdür
- 12:03 Milli Kitabxanada “Məhəmməd Füzulinin bədii-fəlsəfi irsinin kitabxanalarda təbliği” adlı metodik vəsait istifadəçilərə təqdim olunub
- 10:30 Özbəkistanda mədəniyyət günləri "Mənim Azərbaycanım" adlı möhtəşəm konsertlə başa çatıb
- 09:34 Milli Xalça Muzeyində “Müxtəlifliyin gözəlliyi” adlı sərgi açılıb
- 09:30 Özbək dilinə tərcümə edilmiş Qılınc və qələm romanı Daşkənddə təqdim olunub
- 09:26 Əməkdar artist Sahib Paşazadə Özbəkistanda fəxri professor adına layiq görülüb
- 09:20 YARAT-da rəssam Aydan Salahovanın “Sükutun səsləri” adlı fərdi sərgisi açılıb
- 17:24 Dövlət Yuğ Teatrı “Mənəm, mən” tamaşasını Daşkənddə nümayiş etdirib
- 17:04 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 16:48 24 nömrəli Onbirillik Musiqi Məktəbi sinif konserti keçirib
- 15:30 Milli Kitabxanada “Rəfiq Zəka Xəndan” adlı kitab sərgisi açılıb
- 14:38 ARKA kinomuzun gələcək uğurları istiqamətində yeni layihəyə imza atıb
- 12:34 “Musiqinin psixoloji təsiri” mövzusunda elmi-praktiki seminar keçirilib
- 12:02 Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
- 11:59 Bakıda “Çiçəklənən Şuşa” adlı sərgi açılıb
- 10:53 Milli Kitabxanada “15 İyun - Milli Qurtuluş Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub
- 10:31 “Asudə vaxtımızdan səmərəli istifadə edək” adlı tədbir keçirilib
- 10:29 Kitabxanada Xalq şairi Hüseyn Arifin 100 illiyi münasibətilə məlumat bazası hazırlanıb
- 09:45 Daşkənddə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açılıb
- 09:36 “Arşın mal alan” yenidən Daşkənd səhnəsində nümayiş olunub
- 09:24 Gənc Tamaşaçılar Teatrında Elitar Gimnaziyanın tədbiri olub
- 09:19 Dövlət Film Fondunda Xalq artisti Hüseynağa Sadıqovun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib
- 09:17 Tanınmış azərbaycanlı pianoçu-virtuoz Ankarada konsert verib
- 17:54 Qurban bayramına həsr olunmuş konsert keçirilib
- 16:20 Yasamal rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib
- 15:19 Azərbaycan Annecy Beynəlxalq Animasiya Film Festivalında təmsil olunur
- 14:36 Daşkənddə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub
- 14:34 Milli Kitabxana “Hüseyn Kürdoğlu – 90” adlı kitab sərgisi açılıb
- 11:57 Daşkənddə Azərbaycan incəsənətinin növbəti təntənəsi
- 11:51 Milli Kitabxanada “Xalq şairi Hüseyn Arif – 100” adlı kitab sərgisi açılıb
- 11:36 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr edilmiş konsert keçirib
- 11:26 Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində konsert keçirilib
- 10:33 Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi” adlı tədbir keçirilib
- 10:19 M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 10:03 Azərbaycan və Özbəkistanın mədəniyyət nazirləri Daşkənddə görüşüb
- 09:59 Özbəkistan Prezidenti Azərbaycanın mədəniyyət nazirini qəbul edib
- 09:38 Bakıda müəllif kuklalar sərgisi açılıb
- 09:35 Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı olub
- 09:24 Bu gün Xalq artisti Hacıbaba Bağırovun anadan olmasının 92 ili tamam olur
- 17:26 Dövlət Teatr Muzeyində insan hüquqlarına dair görüş təşkil edilib
- 16:51 Xalq artisti Ramiz Mirişlinin 90 illiyi münasibətilə konsert təqdim olunub
- 16:29 Cövdət Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 15:58 Dünyaşöhrətli müğənni Rəşid Behbudovun məzarı ziyarət olunub
- 15:55 Görkəmli bəstəkar Səid Rüstəmovun xatirəsi anılıb
- 15:46 Özbəkistan Yazıçılar İttifaqında "Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz" adlı konfrans keçirilib
- 15:40 “Ələddinin sehrli çırağı” tamaşası yenidən səhnədə
- 15:36 “Kitabxanaya kitab hədiyyə edirik” və “Yaradıcı oxucularımız” layihələri uğurla davam edir
- 11:59 Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru