Asif Hüseyn oğlu Rzayev (Asif Azərelli) 19 iyul 1946-cı ildə Bərdə rayonunun Uğurbəyli kəndində anadan olub. 1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib.
Asif Azərelli 1976-cı ildə keçmiş SSRİ-nin Rəssamlar İttifaqının mükafatına layiq görülüb.
1980-ci ildə Tbilisidə Rəssamlıq Akademiyasını bitirib. Onun diplom işi Baykal-Amur magistralı ilə bağlı olub. Rəssam bu mövzuda 4 əsər yaradıb. Yaratdığı bu əsərlərə görə, 1980-ci ildə birbaşa SSRİ Rəssamlar İttifaqına üzv qəbul olunub.
Bakıya qayıtdıqdan sonra, SSRİ Xalq rəssamı, mərhum Mikayıl Abdullayev bir sərgidə rəssamın “Qoca qarabağlı” əsərini görüb və çox bəyənib.
Asif Azərelli 1983-1984-cü illərdə UNESCO tərəfindən təşkil olunan beynəlxalq sərginin iştirakçısı olub.
1990-cı illərdə Türkiyəyə üz tutur və peşəkar rəssam kimi çalışmağa başlayır, portretini işlədiyi qalereyaçı ona tez-tez sifarişlər verir, əsərlərinin satışına kömək edirdi. Bir gün ona beynəlxalq sərgiyə qatılmağı təklif edib. Sərgidə Asif müəllimin əsərləri böyük marağa səbəb olub və qalereyaçı rəssamın Azəri elindən olmasını bildirib. Rəssam bu sözü çox bəyənib və beləliklə “Azərelli” onun yaradıcılıq imzasına çevrilib.
Tanınmış rəssamın Qarabağ hadisələri ilə bağlı silsilə əsərləri var. Bu əsərlərdə xalqımızın başına gətirilən dəhşətləri təxəyyülünün və fırçasının gücüylə tamaşaçılara çatdırır. İrihəcmli “Cıdır düzü” əsəri insanı xəyalla gerçəklik arasında qoyur. A.Azərellinin Qarabağ mövzusunda yaratdığı tablolardan biri Xocalı soyqırımına həsr olunmuş sərgi-müsabiqədə ilk yeri tutub.
Rəssamın yaradıcılığında portret janrı ayrıca yer tutur. Bu əsərlərdə rəssam obrazların inandırıcı oxşarlığını verməyə çalışır, sanki onları danışdırmağa nail olur. Ən məşhur əsərlərindən biri “Dədə Qorqud” portretidir. Bu əsər ölkəmizdə Dədə Qorqud obrazı olaraq daha çox qəbul olunur.
Asif Azərellinin əsərləri Fransa, Almaniya, İran, Ukrayna, Rusiya, Türkiyə və Özbəkistanda keçirilən sәrgilәrdә nümayiş etdirilib.
Görkəmli rəssam 4 sentyabr 2022-ci ildə vəfat edib.
- 17:49 Beynəlxalq Muzeylər Günü münasibətilə muzeylərdə “Açıq qapı” günü elan olunur
- 17:23 “Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”
- 17:19 “Mənim hüquqlarım məni qoruyur!” adlı tədbir keçirilib
- 15:28 Azərbaycandan olan gənc skripkaçı Dinu Lipatti adına müsabiqənin mütləq qalibi olub
- 15:01 “Heydər Əliyev və Azərbaycanda muzeylərin təşəkkülü” adlı tədbir keçirilib
- 14:43 “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib
- 14:27 Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirəcək
- 14:23 Kamera və Orqan Musiqisi zalında növbəti konsert ustadlara ithaf olunub
- 14:16 Bakıdakı Rus evində “Abşerona bahar gəlir” adlı yaradıcılıq gecəsi keçirilib
- 12:19 “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsində...
- 10:41 “Heydər Əliyev və Azərbaycanda muzey işi” adlı tədbir keçirilib
- 10:38 Qaradağ rayon Heydər Əliyev Mərkəzinin növbəti xarici qonağı
- 09:51 Bəstəkar Ramiz Mirişlinin 90 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil edilib
- 09:50 “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir
- 09:32 Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
- 09:27 III Regional Xor Müsabiqəsinin Qala konserti keçirilib
- 09:18 Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub
- 17:23 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 17:20 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 16:37 Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub
- 16:32 Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib
- 16:30 Kukla Teatrında premyera – Parkda
- 16:26 “Ulduz”un yeni nömrəsində...
- 15:47 Riqada ilk dəfə “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları” adlı geniş sərgi açılıb
- 15:39 Bakıda “Mosfilm həftəsi” keçiriləcək
- 14:35 Bu gün Xalq artisti Arif Quliyevin anadan olmasının 74 ili tamam olur
- 14:29 TikTok Azərbaycanın aparıcı muzeyləri ilə "Muzeylər gecəsi"nə start verir
- 14:23 Qastronomiya üzrə “Qızıl Şah” Azərbaycan Milli Kulinariya Çempionatı keçirilir
- 11:33 Moskvada “Qelikon-opera”nın səhnəsində “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert olub
- 09:52 Bədii qiraətçi, gənc şair Xəzər Süleymanlı ilə görüş təşkil olunub
- 09:44 Azərbaycan Milli Kitabxanası Özbəkistanda beynəlxalq konfransda təmsil olunub
- 09:27 Ölkəmizdə beynəlxalq incəsənət simpoziumu keçirilir
- 09:25 Azərbaycanlı musiqiçilər Kalininqrad filarmoniyasının səhnəsində çıxış edəcəklər
- 09:21 Gənc bəstəkarların yaradıcılığına həsr edilmiş plenumun açılış mərasimi olub
- 16:42 Milli Kitabxanada növbəti treninq
- 14:20 Molla Nəsrəddin haqqında çəkilən filmin yaradıcı heyəti Özbəkistanda olub
- 14:19 Azərbaycan Ankarada Beynəlxalq Mədəniyyət Günü Festivalında təmsil olunub
- 12:09 “CawaMedia” agentliyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblından yazıb
- 11:29 Kitabxanda “Cabbarlı işığı” adlı tədbir təşkil edilib
- 11:08 “Ailə dəyərlərimiz” adlı tədbir keçirilib
- 10:24 15 may - Beynəlxalq Ailə Günü ilə bağlı dəyirmi masa keçirilib
- 09:50 “Ölkəmizdə ekoloji siyasətin formalaşmasında Heydər Əliyevin xidməti” adlı dəyirmi masa keçirilib
- 09:31 Bu gün Beynəlxalq Ailə Günüdür
- 09:25 İşə qəbulla bağlı müsabiqə
- 09:23 Bu gün SSRİ Xalq artisti Rauf Hacıyevin anadan olmasının 102 ili tamam olur
- 09:18 Yazıçılar Birliyində şair-dramaturq Xanlar Həmidin 70 illik yubileyi qeyd olunub
- 09:12 XVI Azərbaycan Moda Həftəsi çərçivəsində yerli və xarici dizaynerlərin nümayişləri keçiriləcək
- 17:16 Özbəkistanda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş konsert təşkil olunub
- 17:10 Azərbaycan Beynəlxalq Şekspir Festivalında təmsil olunacaq
- 16:28 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbində tədbir keçirilib
- 15:53 “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir
- 15:50 T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 15:03 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 12:08 “Azərbaycan xalqının ümid çırağı-Heydər Əliyev” adlı məqalə təqdim olunub
- 12:01 Azərbaycan ilə Türkiyə arasında teatr sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
- 11:02 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ziyarət təşkil edilib
- 10:02 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 09:37 Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Qara Qarayevin məzarını ziyarət ediblər
- 09:26 Mədəniyyət naziri maldivli həmkarı ilə görüşüb
- 09:24 Mayın 20-dən 26-dək II Bakı Müasir Musiqi Günləri keçiriləcək