Mehdi bəy Süleyman oğlu Hacınski 1879-cu il mayın 24-də Qubada anadan olub. Əvvəlcə mədrəsədə oxuyan Mehdi sonra təhsilini türk-rus realnı məktəbində davam etdirib. Rus və fars dillərini mükəmməl öyrənib. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya və hüquq fakültələrində təhsil alıb.
1896-cı ildə Bakıda müsəlman teatr truppasının təşkilində fəal iştirak edib. 1906-cı ildə ikinci teatr truppasının, sonralar Artistlər Şurasının üzvü olub. Hacınskinin ilk çıxışı Nəriman Nərimanovun “Nadanlıq” əsərində olub.
1906-cı ildən “Nicat”ın teatr bölməsinin rəhbəri, “Nəşri-maarif” cəmiyyətinin sədr müavini, 3 il “Səfa” cəmiyyəti xalq məktəblərinin rəisi, 1914-cü ildən teatr bölməsinin sədr müavini olub. Bakı teatrlarında müxtəlif xarakterli obrazlar - Karl Moor (“Qaçaqlar”, F.Şiller), Nadir şah (“Nadir şah”, N.Nərimanov) yaradıb. İlk məqaləsi İsmayıl bəy Qaspralının “Tərcüman” qəzetinin 1898-ci il 8 dekabr tarixli sayında Azərbaycan və rus dillərində dərc olunub.
“Kaspi”, “Həyat”, “İqbal”, “İrşad” və s. qəzetlərdə, “Zənbur”, “Molla Nəsrəddin” jurnallarında “Ürfüzadə”, “Dəmdəməki”, “Avara”, “Estet” və s. imzalarla Azərbaycan teatrına, aktyor sənətinə dair məqalələr, hekayə, oçerk və felyetonlar dərc etdirib. 1906-1907-ci illərdə bir müddət “Hümmət” təşkilatının orqanı olan “Təkamül” qəzetinin naşiri olub.
“Sultan Əbdüləzizin xəli, yaxud ilk Türk Cümhuriyyəti” adlı dram əsəri var. “Müsavat” partiyasının üzvü olub, 1917-ci ildə partiyanın Bakı bürosunun tərkibinə seçilib, 1918-ci il mayın 26-da Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra 1918-ci il mayın 27-də Azərbaycan Milli Şurasının üzvü olub.
Milli Milli Şuranın 1918-ci il 19 noyabr tarixli “Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanun”na əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilib, rəyasət heyətinin katibi olub. Azərbaycan Sovet Sosialist Respublikası məhkəmə xadimlərinin 1-ci qurultayında xalq hakimləri şurası rəyasət heyətinin üzvü seçilib.
Xalq ərzaq komissarının, xalq maarif komissarının müavini təyin edilib, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali İqtisadi Şurasının üzvü və muxtar respublikanın tədqiqi üzrə komitənin sədri seçilib. AXTŞ-nin “Xalq təsərrüfatı” jurnalı redaksiya kollegiyasının üzvü olub, Azərbaycanın dövlət qulluqçuları üçün türk dili kurslarına rəhbərlik edib. Mehdi bəy Hacınski 1941-ci ilin iyunun 18-də Bakıda vəfat edib.
- 14:28 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 14:21 Gənclər Kitabxanasında “Vətən fədailəri” kitabının təqdimatı olub
- 09:44 Detektiv yazıçı Müşfiq Abbasovla görüş təşkil edilib
- 09:34 Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib
- 09:28 Abşeronun misilsiz abidəsi - “Üç ovdan”
- 09:27 “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir
- 09:25 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ən yaxşı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
- 17:38 Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr edilmiş konsert olub
- 16:45 Narkomaniyaya qarşı mübarizəyə həsr olunan tədbir keçirilib
- 16:07 Kitabxanada “Hüquqlarımızı bilək” adlı tədbir keçirilib
- 15:50 Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 14:20 Azərbaycanda ilk dəfə udmurt yazıçısının kitabı nəşr olunub
- 12:21 Kopenhagendə Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
- 11:53 “Qaraca qız” tamaşasının premyerası olacaq
- 11:47 17 nömrəli Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 11:38 Bu gün SSRİ Xalq artisti Mehdi Məmmədovun anadan olmasının 106 ili tamam olur
- 11:04 Latviyalı yazıçının “Ölüm rəqsi” kitabının təqdimatı olub
- 10:21 Musiqi Məktəbi "Xor aləminə səyahət" adlı konsert keçirib
- 10:16 Kitabxanada “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi uğurla davam edir
- 09:57 33 nömrəli Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 09:48 İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib
- 09:43 Azərbaycanın milli-mənəvi dəyərləri növbəti Etnosport Mədəniyyət Festivalında nümayiş olunacaq
- 09:39 Yuliys Straume-150 Naxışlar fərqli mədəniyyətlərdə
- 09:31 UNESCO-nun mənzil-qərargahında “Rəmzlərin rəqsi” adlı kəlağayı sərgisinin açılışı olub
- 09:25 Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb
- 17:05 Milli Xalça Muzeyində Latviya muzeyi üçün yaradılan Qarabağ qrupuna aid xalçanın təqdimatı keçirilib
- 14:44 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 14:11 Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib
- 13:03 İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd edilib
- 12:50 Daşkənddə azərbaycanlı alimin özbək dilində çap olunmuş kitabının təqdimatı keçirilib
- 10:56 Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür
- 10:09 Azərbaycanın paytaxtında Tacikistan Mədəniyyəti Günləri keçirilir
- 09:22 Bakıda “Tacik Kinosu Günləri”nin açılış mərasimi olub
- 09:20 Bakıda “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
- 16:58 “Əsrə bərabər gün” tamaşasına baxış
- 16:48 “Mədəniyyətimizin incisi – Şuşa” adlı yeni layihəyə start verilib
- 16:42 Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib
- 16:38 Bakıda qırğız Xalq yazıçısının əsərinin təqdimatı keçiriləcək
- 15:22 Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub
- 15:05 Çində yaşayan azərbaycanlılar beynəlxalq mədəniyyət festivalında ölkəmizi təmsil ediblər
- 15:00 Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçiriləcək
- 14:41 Gənclər Kitabxanasında Salman Mümtaz haqqında silsilə materiallar hazırlanıb
- 14:39 Gənc rəssam Əminə Hacılının fərdi sərgisi açılıb
- 12:17 Azərbaycanlı fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasına üzv seçilib
- 12:10 Dahi rus şairi haqqında yeni kitab - “Bəşəri poeziyanın əbədiyyət günəşi”
- 11:11 Bu gün Xalq artisti Həqiqət Rzayevanın doğum günüdür
- 10:54 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi "Bahar çiçəyi" adlı konsert keçirib
- 09:28 Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib
- 09:22 Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır
- 09:20 Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
- 17:49 Beynəlxalq Muzeylər Günü münasibətilə muzeylərdə “Açıq qapı” günü elan olunur
- 17:23 “Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”
- 17:19 “Mənim hüquqlarım məni qoruyur!” adlı tədbir keçirilib
- 15:28 Azərbaycandan olan gənc skripkaçı Dinu Lipatti adına müsabiqənin mütləq qalibi olub
- 15:01 “Heydər Əliyev və Azərbaycanda muzeylərin təşəkkülü” adlı tədbir keçirilib
- 14:43 “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib
- 14:27 Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirəcək
- 14:23 Kamera və Orqan Musiqisi zalında növbəti konsert ustadlara ithaf olunub
- 14:16 Bakıdakı Rus evində “Abşerona bahar gəlir” adlı yaradıcılıq gecəsi keçirilib
- 12:19 “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsində...