Cahangir Mahmud oğlu Rüstəmov 1926-cı il martın 5-də Şəki şəhərində anadan olub. O, 1939-cu ildə 7 illik məktəbi bitirib. 1939–1941-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb. Cahangir Rüstəmov Rəssamlıq məktəbini başa vurduqdan sonra, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub, lakin ailə vəziyyəti ilə əlaqədar təhsilini yarımçıq qoyub Bakıya qayıdıb.
Rəssamın yaradıcılığı rəngkarlığın bir çox janrını əhatə edərək, milli ruhu və poetikliyi ilə fərqlənib. C.Rüstəmovun yaratdığı tarixi mövzuda çoxfiqurlu lövhələr, həm bayram, zəhmət və istirahət mövzusunda kompozisiyalar, həm də məişət tabloları, epik mənzərələr, portretlər və ifadəli natürmortlar buna nümunədir. Milli koloriti, emosionallığı ilə seçilən "Üzümlük", "Çay becərənlər", "Tarla zəhmətkeşləri", "Kolxozçular", "Balaca köməkçi qız", "Dağlarda", "Şahdağ" və digər tabloları ona şöhrət gətirib. Cahangir Rüstəmov 1945-ci ildə respublika rəssamlıq sərgisində "Axırıncı düşmən əsgəri" adlı əsəri ilə iştirak edib. O, 1955-ci ildə SSRİ Rəssamlar İttifaqı üzvlüyünə qəbul olunub. Rəssamın 1953-cü ildə Bakıda hesabat sərgisi açılıb. Cahangir Rüstəmov 1955-ci ildə "Ən yaxşı uşaq mövzusuna görə" ÜİLKGİ-nin diplomuna və xüsusi nişanına layiq görülüb. Rəssamın 1962-ci ildə Bakıda "Paris-Tunis", 1973-cü ildə isə Astara rayonundakı Nizami kolxozunda hesabat sərgisi açılıb. Onun əsərləri 1979-cu ildə Azərbaycan rəssamlarının xarici ölkələrdə açılmış sərgilərində iştirak edib.
Azərbaycanın təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Cahangir Rüstəmov 1982-ci ildə “Azərbaycan SSR Əməkdar rəssamı”, 2002-ci ildə isə “Azərbaycan Respublikasının Xalq rəssamı” fəxri adlarına layiq görülüb.
Rəssamın 2002-ci ildə Bakıda V.Səmədova adına sərgi salonunda fərdi sərgisi açılıb. O, 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Cahangir Rüstəmov 2007-ci ildə vəfat edib.
- 16:48 “Mədəniyyətimizin incisi – Şuşa” adlı yeni layihəyə start verilib
- 16:42 Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib
- 16:38 Bakıda qırğız Xalq yazıçısının əsərinin təqdimatı keçiriləcək
- 15:22 Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub
- 15:05 Çində yaşayan azərbaycanlılar beynəlxalq mədəniyyət festivalında ölkəmizi təmsil ediblər
- 15:00 Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçiriləcək
- 14:41 Gənclər Kitabxanasında Salman Mümtaz haqqında silsilə materiallar hazırlanıb
- 14:39 Gənc rəssam Əminə Hacılının fərdi sərgisi açılıb
- 12:17 Azərbaycanlı fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasına üzv seçilib
- 12:10 Dahi rus şairi haqqında yeni kitab - “Bəşəri poeziyanın əbədiyyət günəşi”
- 11:11 Bu gün Xalq artisti Həqiqət Rzayevanın doğum günüdür
- 10:54 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi "Bahar çiçəyi" adlı konsert keçirib
- 09:28 Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib
- 09:22 Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır
- 09:20 Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
- 17:49 Beynəlxalq Muzeylər Günü münasibətilə muzeylərdə “Açıq qapı” günü elan olunur
- 17:23 “Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”
- 17:19 “Mənim hüquqlarım məni qoruyur!” adlı tədbir keçirilib
- 15:28 Azərbaycandan olan gənc skripkaçı Dinu Lipatti adına müsabiqənin mütləq qalibi olub
- 15:01 “Heydər Əliyev və Azərbaycanda muzeylərin təşəkkülü” adlı tədbir keçirilib
- 14:43 “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib
- 14:27 Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirəcək
- 14:23 Kamera və Orqan Musiqisi zalında növbəti konsert ustadlara ithaf olunub
- 14:16 Bakıdakı Rus evində “Abşerona bahar gəlir” adlı yaradıcılıq gecəsi keçirilib
- 12:19 “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsində...
- 10:41 “Heydər Əliyev və Azərbaycanda muzey işi” adlı tədbir keçirilib
- 10:38 Qaradağ rayon Heydər Əliyev Mərkəzinin növbəti xarici qonağı
- 09:51 Bəstəkar Ramiz Mirişlinin 90 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil edilib
- 09:50 “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir
- 09:32 Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
- 09:27 III Regional Xor Müsabiqəsinin Qala konserti keçirilib
- 09:18 Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub
- 17:23 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 17:20 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 16:37 Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub
- 16:32 Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib
- 16:30 Kukla Teatrında premyera – Parkda
- 16:26 “Ulduz”un yeni nömrəsində...
- 15:47 Riqada ilk dəfə “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları” adlı geniş sərgi açılıb
- 15:39 Bakıda “Mosfilm həftəsi” keçiriləcək
- 14:35 Bu gün Xalq artisti Arif Quliyevin anadan olmasının 74 ili tamam olur
- 14:29 TikTok Azərbaycanın aparıcı muzeyləri ilə "Muzeylər gecəsi"nə start verir
- 14:23 Qastronomiya üzrə “Qızıl Şah” Azərbaycan Milli Kulinariya Çempionatı keçirilir
- 11:33 Moskvada “Qelikon-opera”nın səhnəsində “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert olub
- 09:52 Bədii qiraətçi, gənc şair Xəzər Süleymanlı ilə görüş təşkil olunub
- 09:44 Azərbaycan Milli Kitabxanası Özbəkistanda beynəlxalq konfransda təmsil olunub
- 09:27 Ölkəmizdə beynəlxalq incəsənət simpoziumu keçirilir
- 09:25 Azərbaycanlı musiqiçilər Kalininqrad filarmoniyasının səhnəsində çıxış edəcəklər
- 09:21 Gənc bəstəkarların yaradıcılığına həsr edilmiş plenumun açılış mərasimi olub
- 16:42 Milli Kitabxanada növbəti treninq
- 14:20 Molla Nəsrəddin haqqında çəkilən filmin yaradıcı heyəti Özbəkistanda olub
- 14:19 Azərbaycan Ankarada Beynəlxalq Mədəniyyət Günü Festivalında təmsil olunub
- 12:09 “CawaMedia” agentliyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblından yazıb
- 11:29 Kitabxanda “Cabbarlı işığı” adlı tədbir təşkil edilib
- 11:08 “Ailə dəyərlərimiz” adlı tədbir keçirilib
- 10:24 15 may - Beynəlxalq Ailə Günü ilə bağlı dəyirmi masa keçirilib
- 09:50 “Ölkəmizdə ekoloji siyasətin formalaşmasında Heydər Əliyevin xidməti” adlı dəyirmi masa keçirilib
- 09:31 Bu gün Beynəlxalq Ailə Günüdür
- 09:25 İşə qəbulla bağlı müsabiqə
- 09:23 Bu gün SSRİ Xalq artisti Rauf Hacıyevin anadan olmasının 102 ili tamam olur