Əhməd Cəmil şeirimizin dünənində yaşayan, lakin bu günün özündə də ustad kimi anılan şairdir.
Əhməd Cəmil çox sakit, təmkinli, həm də son dərəcə mədəni bir insan idi. Bu sakitliyin, təmkinin və mədəniyyətin arxasında isə istedad amili durub. Onun yaşadığı dövrün ədəbi mübahisələrinin heç birində adı hallanmır, Əhməd Cəmil bu mübahisələrin heç birinə qoşulmayıb, əgər belə demək mümkünsə, sakitcə oturub öz şeirini yazıb. Bu şeirlər haqqında Səməd Vurğun kimi ustad şairlər, Məmməd Arif kimi görkəmli tənqidçilər məqalə yazır, onun poeziyasını yüksək qiymətləndiriblər. Əhməd Cəmil savadlı və həm də təmiz bir insan olduğu üçün vəzifəyə irəli çəkiblər (bir müddət o, Azərbaycan Yazıçılar İttifaqının məsul katibi olub, sonra “Azərbaycan” və “Ulduz” jurnallarına da rəhbərlik edib), bu vəzifələrdə etimadı həmişə doğruldub.
Şair Əhməd Cəmilin yaradıcılıq yolu keçən əsrin iyirminci illərindən başlayır. Orta məktəbin yeddinci sinfində oxuyarkən “Gözəl Qafqaz” adlı ilk şeiri “Qızıl Gəncə” jurnalında dərc olunub. Elə həmin illərdə Azərbaycan Proletar Yazıçılar cəmiyyətinin Gəncə bölməsində fəal iştirak edib. İlk şeirlərində o dövrün əksər cavan şairləri kimi yeni quruluşu vəsf edən Əhməd Cəmil tezliklə gənc proletar şairlərin cərgəsinə qoşulur, Gəncədə və Bakıda nəşr olunan qəzet və jurnallarda mütəmadi çıxış edir. Bakıda Ali Pedoqoji İnstitutda təhsilini başa vurduqdan sonra yeddi il Şəmkir və Gəncədə orta və ali məktəblərdə müəllim işləyir. Ancaq bölgədə yaşasa da, o artıq müasir ədəbi prosesin fəal iştirakçısına çevrilib. 1940-cı ildə o, Bakıya gəlir və ömrünün sonunacan taleyini bu şəhərlə bağlayır. Müharibə illərində isə Əhməd Cəmil bir şair kimi daha çox məşhurlaşır. Böyük şairimiz Səməd Vurğun onun müharibə dövrü yaradıcılığına ayrıca bir məqalə həsr edir.
Əhməd Cəmilin istənilən şeir kitabında partiyaya, Leninə, Oktyabra həsr edilmiş şeirlər tapmaq olar və bunu gizlətmək də lazım deyil. Lakin Əhməd Cəmil bu mövzuda olan şeirlərdə öz ilhamını zorlamayıb, o mövzularda məhz şair Əhməd Cəmil olduğunu sübut edib. Ancaq Əhməd Cəmili yaşadan, onu unutdurmağa qoymayan şeirlər də çoxdur və həmin şeirlər XX əsr Azərbaycan poeziyası tarixində fakt kimi yox, parlaq nümunə kimi xatırlanır.
– Ay nənə, bir nağıl de!
– Ömrüm-günüm, yat daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
– Can nənə, de birini də.
– Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;
Taxt üstündə məstan pişik, odur yatıb bayaqdan.
Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir...
Bir gizilti duyur uşaq vücudunda bu ara,
Həsrət qonan gözlərini zilləyərək divara,
Çarpayının baş ucunda öz əliylə asdığı
Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı
– Bəs ay nənə, atam indi haradadır, görəsən?!
– Bıy, başıma nələr, oğul, yatmayıbsan hələ sən?!
– Axı, nənə, heç demirsən atam haçan gələcək,
İndi onu səngərdə bəs üşütmürmü qar, külək?
Etiraf edək ki, Azərbaycan poeziyasında bu dərəcədə səmimi şeir o qədər də çox deyil. Həm də bu poetik nümunə süjetli şeirin ən gözəl örnəklərindən biri hesab edilməlidir.
Əhməd Cəmil bütün yaradıcılığı boyu poema adına bircə nümunə də yazmayıb. O, ömrünün sonunacan lirik şeir ustası kimi tanınıb. Xüsusilə müharibə illərində yazdığı şeirlərdə pafos və ritorika yoxdur, mədh və tərənnüm zilə qalxmır, şair əsgər qəlbinin çırpıntılarını şeirə gətirib.
Əhməd Cəmil insan hisslərinin, duyğularının rəssamı idi. Budur, müharibənin od-alov saçan səngərindən bir əsgərin qəlbi həzin-həzin səslənir:
Ocaq sönür, yel əsir, yağış döyür səngəri..
Yenə düşür yadıma ömrün ötən günləri.
Hanı, hanı deyirəm, o dilimin əzbəri,
İlk görüş, son ayrılıq xatırında qalırmı
Görəsən, o gözəl qız məni yada salırmı?
Ötən bulud, uçan quş! Mən burda, yar vətəndə...
Bəlkə düşdü yolunuz bir gün bizim də kəndə.
Görün, bağa-eyvana sərin kölgə düşəndə
O qız yenə oxuyur, şən mahnılar çalırmı?
Görün, hər nəğməsində məni yada salırmı?
Onun “Kənd xatirələri” silsiləsindən olan “Gülalı əmi”, “Əmrahın anası” şeirləri məhz bu bədii məziyyətlərinə görə seçilir. Onun şeirlərini oxuduqca, fikirləşirsən ki, bu gün üçün bunların hissi-emosional təsiri o illərdə olduğu kimi qalırmı? Əlbəttə, bəzi şeirlərində bunu axtarmaq əbəsdir, ancaq elə şeirlər də var ki, bu gün onlardan öyrənmək heç də pis olmazdı.
Əhməd Cəmil də beynəlxalq mövzuda şeirlər yazıb. “Bu gecə Nəsimi gəlmişdi bizə”, “Təbrizdə”, “Səməd Behrəngi”, “Ancela Devisə”, “Zəncilər məhəlləsi”, “Kuba vətənpərvərləri”, “Xulian Qrimau”, “Konqo” və s. şeirlər buna misal ola bilər.
Əhməd Cəmil bədii yaradıcılıqda olduğu kimi tərcüməyə də tələbkarlıqla yanaşıb. Onun müxtəlif illərdə V.Hüqodan, Nekrasovdan, İ.Frankodan, K.Simonovdan tərcümələri olub və əgər bu tərcümələrə də diqqət yetirsək, poeziyasına xas olan keyfiyyətləri burada da hiss edə bilərik.
Əhməd Cəmilin ömrünün son 10-15 ilində üstündə böyük zəhmət çəkdiyi bir tərcümə əsəri var ki, bu yazıda həmin əsər haqqında söz açmamaq insafsızlıq olardı. Bu, dahi alman şairi Hötenin “Faust” əsəridir. Ə.Cəmilin bu əsərə müraciətinin səbəbi, ilk növbədə, Hötenin Şərq xalqlarının ədəbiyyatına məftunluğundan irəli gəlib.
1983-cü ildə Ə.Cəmilin 70 illiyi münasibətilə “Azərbaycan” jurnalında bir yazı çap olunub, 1993-cü ildə də 80 illiyi qeyd olunub, beş il sonra da Ə.Cəmil unudulmayıb. Bütün bu təşəbbüslərdə isə Ə.Cəmilin oğlu Eldar Cəmilzadə ən yaxın köməkçimiz idi. O, atasının ədəbi irsini göz bəbəyi kimi qoruyub, Əhməd Cəmil adını unutmağa qoymayıb. 2000-ci ilin yayında Eldar redaksiyaya belə bir yazı gətirib: “Faust” Azərbaycan dilində”. Bu məqalədə o, atasının bu tərcümə ilə bağlı apardığı axtarışlardan, çəkdiyi zəhmətlərdən söz açıb.
Məqalənin çapı jurnalın dekabr nömrəsi üçün planlaşdırılıb. Lakin...günlərin birində baş redaktor İntiqam Qasımzadə kədərli bir xəbər çatdırdı mənə: Eldar Cəmilzadə xahiş edir ki, mümkünsə onun yazısı tez çap olunsun, o, ağır xəstədir və...
“Və” sözündən sonra dəhşətli bir söz gəlirdi.
Həmin məqalə oktyabr nömrəsində çap olunub.
Az sonra isə Eldar Cəmilzadə dünyadan köçüb. Atasına layiq, onun kimi sadə, təmkinli və istedadlı bir insan... Allah rəhmət eləsin!
Əhməd Cəmilin son şeirlərinin birində belə misralar var:
İki mininci ildə,
Gəzəcəkmisözlərim
Yenə ağızda, dildə?!
İnanıram, bilirəm,
Onda mən olmasam da
Qəlblərdə qalacağam.
Əhməd Cəmil səhv etmirdi – bu inamı onun şeirləri, poetik dünyası yaradıb.
Əhməd Cəmil 2000-ci ildə də anıldı, indi də anılır və gələcək illərdə də unudulmayacaq.
Vaqif YUSİFLİ
filologiya elmləri doktoru
525-ci qəzet.- 2013.- 24 avqust.- S.19.
- 16:58 “Əsrə bərabər gün” tamaşasına baxış
- 16:48 “Mədəniyyətimizin incisi – Şuşa” adlı yeni layihəyə start verilib
- 16:42 Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib
- 16:38 Bakıda qırğız Xalq yazıçısının əsərinin təqdimatı keçiriləcək
- 15:22 Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub
- 15:05 Çində yaşayan azərbaycanlılar beynəlxalq mədəniyyət festivalında ölkəmizi təmsil ediblər
- 15:00 Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçiriləcək
- 14:41 Gənclər Kitabxanasında Salman Mümtaz haqqında silsilə materiallar hazırlanıb
- 14:39 Gənc rəssam Əminə Hacılının fərdi sərgisi açılıb
- 12:17 Azərbaycanlı fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasına üzv seçilib
- 12:10 Dahi rus şairi haqqında yeni kitab - “Bəşəri poeziyanın əbədiyyət günəşi”
- 11:11 Bu gün Xalq artisti Həqiqət Rzayevanın doğum günüdür
- 10:54 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi "Bahar çiçəyi" adlı konsert keçirib
- 09:28 Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib
- 09:22 Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır
- 09:20 Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
- 17:49 Beynəlxalq Muzeylər Günü münasibətilə muzeylərdə “Açıq qapı” günü elan olunur
- 17:23 “Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”
- 17:19 “Mənim hüquqlarım məni qoruyur!” adlı tədbir keçirilib
- 15:28 Azərbaycandan olan gənc skripkaçı Dinu Lipatti adına müsabiqənin mütləq qalibi olub
- 15:01 “Heydər Əliyev və Azərbaycanda muzeylərin təşəkkülü” adlı tədbir keçirilib
- 14:43 “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib
- 14:27 Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirəcək
- 14:23 Kamera və Orqan Musiqisi zalında növbəti konsert ustadlara ithaf olunub
- 14:16 Bakıdakı Rus evində “Abşerona bahar gəlir” adlı yaradıcılıq gecəsi keçirilib
- 12:19 “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsində...
- 10:41 “Heydər Əliyev və Azərbaycanda muzey işi” adlı tədbir keçirilib
- 10:38 Qaradağ rayon Heydər Əliyev Mərkəzinin növbəti xarici qonağı
- 09:51 Bəstəkar Ramiz Mirişlinin 90 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil edilib
- 09:50 “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir
- 09:32 Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
- 09:27 III Regional Xor Müsabiqəsinin Qala konserti keçirilib
- 09:18 Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub
- 17:23 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 17:20 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 16:37 Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub
- 16:32 Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib
- 16:30 Kukla Teatrında premyera – Parkda
- 16:26 “Ulduz”un yeni nömrəsində...
- 15:47 Riqada ilk dəfə “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları” adlı geniş sərgi açılıb
- 15:39 Bakıda “Mosfilm həftəsi” keçiriləcək
- 14:35 Bu gün Xalq artisti Arif Quliyevin anadan olmasının 74 ili tamam olur
- 14:29 TikTok Azərbaycanın aparıcı muzeyləri ilə "Muzeylər gecəsi"nə start verir
- 14:23 Qastronomiya üzrə “Qızıl Şah” Azərbaycan Milli Kulinariya Çempionatı keçirilir
- 11:33 Moskvada “Qelikon-opera”nın səhnəsində “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert olub
- 09:52 Bədii qiraətçi, gənc şair Xəzər Süleymanlı ilə görüş təşkil olunub
- 09:44 Azərbaycan Milli Kitabxanası Özbəkistanda beynəlxalq konfransda təmsil olunub
- 09:27 Ölkəmizdə beynəlxalq incəsənət simpoziumu keçirilir
- 09:25 Azərbaycanlı musiqiçilər Kalininqrad filarmoniyasının səhnəsində çıxış edəcəklər
- 09:21 Gənc bəstəkarların yaradıcılığına həsr edilmiş plenumun açılış mərasimi olub
- 16:42 Milli Kitabxanada növbəti treninq
- 14:20 Molla Nəsrəddin haqqında çəkilən filmin yaradıcı heyəti Özbəkistanda olub
- 14:19 Azərbaycan Ankarada Beynəlxalq Mədəniyyət Günü Festivalında təmsil olunub
- 12:09 “CawaMedia” agentliyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblından yazıb
- 11:29 Kitabxanda “Cabbarlı işığı” adlı tədbir təşkil edilib
- 11:08 “Ailə dəyərlərimiz” adlı tədbir keçirilib
- 10:24 15 may - Beynəlxalq Ailə Günü ilə bağlı dəyirmi masa keçirilib
- 09:50 “Ölkəmizdə ekoloji siyasətin formalaşmasında Heydər Əliyevin xidməti” adlı dəyirmi masa keçirilib
- 09:31 Bu gün Beynəlxalq Ailə Günüdür
- 09:25 İşə qəbulla bağlı müsabiqə