Mayın 12-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə “Muzeylər və Nəsimi İrsi” proqramı üzrə təşkil edilən muzey həftəsinin açılış mərasimi olub.
Artıq beşinci ildir həyata keçirilən layihə çərçivəsində mayın 12-dən 18-dək “Nəsimi ili” ilə əlaqədar muzeylərə ekskursiyalar təşkil olunacaq.
Açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəz Qarayev bildirib: “Muzey həftəsinin keçirilməsi Azərbaycanda artıq ənənə halı alıb. Bildiyimiz kimi, 18 may tarixi dünyada Muzey Günü kimi qeyd olunur. Azərbaycan isə öz daxilində bu günü bir az geniş şəkildə qeyd edir. Azərbaycan beynəlxalq tədbirlərdə iştirak edib, öz məhsulunu nümayiş etdirib. Bizim də məqsədimiz ondan ibarətdir ki, gənclərimiz muzeylərə maraq göstərsinlər. Sevindirici haldır ki, gənclər bu layihəyə qoşulurlar. Onların muzeylərə səfərlərini təşkil etmək, muzeyin fəaliyyəti ilə bilavasitə tanış etmək Azərbaycan mədəniyyətinin inkişafına yaxşı təsir göstərən bir amildir”.
Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov gənclərin muzeylərə ekskursiyasının təşkilini çox müsbət hal kimi qiymətləndirib. Bildirib ki, artıq 270 məktəb bu layihəyə qoşulub. Bu, hər bir şagirdin hərtərəfli formalaşması üçün çox vacibdir. Çünki muzeyin ekspozisiyalarını görmək, orada ədəbiyyat, tarix dərslərini aparmaq olduqca səmərəlidir.
Nazir onu da qeyd edib ki, Mədəniyyət və Təhsil nazirliklərinin birgə əməkdaşlığı nəticəsində uşaqların hərtərəfli inkişafı üçün teatrlara da səfərlər təşkil olunacaq. Yeni layihədən söhbət açan C.Bayramov məktəblərdə dram, təsviri və dekorativ tətbiqi sənət üzrə festivalların həyata keçiriləcəyini vurğulayıb.
Tədbirdə çıxış edən Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova layihənin önəmini qeyd edib. Deyib ki, muzeylərə yalnız şagirdlər deyil, eyni zamanda, müəllimlər də cəlb olunurlar. Onlar əvvəlcədən muzeylə tanış olur və ekskursiyalar təşkil edirlər. Bu, əlbəttə onların peşəkarlıq səviyyəsini artırır.
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə bildirib ki, “Məktəblilər üçün muzey həftəsi” proqramı artıq beşinci ildir mayın 12-dən 18-dək Bakı şəhərində yerləşən 28 aparıcı muzeydə keçirilir, həmçinin Azərbaycanın regionlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərində məktəblilərin iştirakı təşkil olunur. Hər il muzey həftəsi fərqli mövzuya həsr olunur. Layihə çərçivəsində bu günədək 70 minə yaxın məktəbli muzeyləri ziyarət edib.
Sonra tədbirin bədii hissəsinə keçid olunub. Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən dərnəyin üzvləri İmadəddin Nəsiminin “Məndə sığar iki cahan…” şeirini söyləyib, “Mən səndən ayrı neylərəm” qəzəlini musiqinin müşayiəti ilə ifa ediblər. Qanun qrupunun çıxışı da maraqla qarşılanıb.
Sonda “Məktəblilər üçün muzey həftəsi” proqramında fəal iştirakına görə 28 muzey direktoruna Təhsil Nazirliyi tərəfindən təşəkkürnamələr verilib.
- 17:49 Beynəlxalq Muzeylər Günü münasibətilə muzeylərdə “Açıq qapı” günü elan olunur
- 17:23 “Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”
- 17:19 “Mənim hüquqlarım məni qoruyur!” adlı tədbir keçirilib
- 15:28 Azərbaycandan olan gənc skripkaçı Dinu Lipatti adına müsabiqənin mütləq qalibi olub
- 15:01 “Heydər Əliyev və Azərbaycanda muzeylərin təşəkkülü” adlı tədbir keçirilib
- 14:43 “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib
- 14:27 Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirəcək
- 14:23 Kamera və Orqan Musiqisi zalında növbəti konsert ustadlara ithaf olunub
- 14:16 Bakıdakı Rus evində “Abşerona bahar gəlir” adlı yaradıcılıq gecəsi keçirilib
- 12:19 “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsində...
- 10:41 “Heydər Əliyev və Azərbaycanda muzey işi” adlı tədbir keçirilib
- 10:38 Qaradağ rayon Heydər Əliyev Mərkəzinin növbəti xarici qonağı
- 09:51 Bəstəkar Ramiz Mirişlinin 90 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil edilib
- 09:50 “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir
- 09:32 Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
- 09:27 III Regional Xor Müsabiqəsinin Qala konserti keçirilib
- 09:18 Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub
- 17:23 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 17:20 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 16:37 Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub
- 16:32 Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib
- 16:30 Kukla Teatrında premyera – Parkda
- 16:26 “Ulduz”un yeni nömrəsində...
- 15:47 Riqada ilk dəfə “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları” adlı geniş sərgi açılıb
- 15:39 Bakıda “Mosfilm həftəsi” keçiriləcək
- 14:35 Bu gün Xalq artisti Arif Quliyevin anadan olmasının 74 ili tamam olur
- 14:29 TikTok Azərbaycanın aparıcı muzeyləri ilə "Muzeylər gecəsi"nə start verir
- 14:23 Qastronomiya üzrə “Qızıl Şah” Azərbaycan Milli Kulinariya Çempionatı keçirilir
- 11:33 Moskvada “Qelikon-opera”nın səhnəsində “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert olub
- 09:52 Bədii qiraətçi, gənc şair Xəzər Süleymanlı ilə görüş təşkil olunub
- 09:44 Azərbaycan Milli Kitabxanası Özbəkistanda beynəlxalq konfransda təmsil olunub
- 09:27 Ölkəmizdə beynəlxalq incəsənət simpoziumu keçirilir
- 09:25 Azərbaycanlı musiqiçilər Kalininqrad filarmoniyasının səhnəsində çıxış edəcəklər
- 09:21 Gənc bəstəkarların yaradıcılığına həsr edilmiş plenumun açılış mərasimi olub
- 16:42 Milli Kitabxanada növbəti treninq
- 14:20 Molla Nəsrəddin haqqında çəkilən filmin yaradıcı heyəti Özbəkistanda olub
- 14:19 Azərbaycan Ankarada Beynəlxalq Mədəniyyət Günü Festivalında təmsil olunub
- 12:09 “CawaMedia” agentliyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblından yazıb
- 11:29 Kitabxanda “Cabbarlı işığı” adlı tədbir təşkil edilib
- 11:08 “Ailə dəyərlərimiz” adlı tədbir keçirilib
- 10:24 15 may - Beynəlxalq Ailə Günü ilə bağlı dəyirmi masa keçirilib
- 09:50 “Ölkəmizdə ekoloji siyasətin formalaşmasında Heydər Əliyevin xidməti” adlı dəyirmi masa keçirilib
- 09:31 Bu gün Beynəlxalq Ailə Günüdür
- 09:25 İşə qəbulla bağlı müsabiqə
- 09:23 Bu gün SSRİ Xalq artisti Rauf Hacıyevin anadan olmasının 102 ili tamam olur
- 09:18 Yazıçılar Birliyində şair-dramaturq Xanlar Həmidin 70 illik yubileyi qeyd olunub
- 09:12 XVI Azərbaycan Moda Həftəsi çərçivəsində yerli və xarici dizaynerlərin nümayişləri keçiriləcək
- 17:16 Özbəkistanda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş konsert təşkil olunub
- 17:10 Azərbaycan Beynəlxalq Şekspir Festivalında təmsil olunacaq
- 16:28 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbində tədbir keçirilib
- 15:53 “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir
- 15:50 T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 15:03 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 12:08 “Azərbaycan xalqının ümid çırağı-Heydər Əliyev” adlı məqalə təqdim olunub
- 12:01 Azərbaycan ilə Türkiyə arasında teatr sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
- 11:02 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ziyarət təşkil edilib
- 10:02 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 09:37 Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Qara Qarayevin məzarını ziyarət ediblər
- 09:26 Mədəniyyət naziri maldivli həmkarı ilə görüşüb
- 09:24 Mayın 20-dən 26-dək II Bakı Müasir Musiqi Günləri keçiriləcək