Aydin_Kazimzade.jpg)
Aydın Ələsgər oğlu Kazımzadə (Kazımov) 1940-cı il yanvar ayının 15-də Bakı şəhərində anadan olub. Bakıdakı 44 nömrəli orta məktəbdə oxuyub, 1958-ci ildə isə 57 nömrəli axşam fəhlə-gənclər məktəbini bitirib. 1955-1958-ci illərdə istehsalatda işləyib. 1958-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində təhsil alıb.
1963-cü ildən kinematoqrafiya sahəsində çalışıb. 1985-ci ildə Moskvada ÜDKİ nəzdində reklam işi üzrə yaradıcı və rəhbər kinematoqrafiya işçilərinin ixtisasartırma kurslarını bitirib.
Azərbaycanda kino mətbuatının yaradıcısı olub, “Kino” qəzetinin və “Film” jurnalının baş redaktoru, Azərbaycan SSR Dövlət Kinematoqrafiya Komitəsi Məlumat-reklam bürosunun direktoru, Az.TV-də dublyaj şöbəsinin müdiri, “Azərbaycantelefilm” YB-də böyük redaktor, Azərbaycan Kino Muzeyinin müdiri, “Azərkinovideo” İB-də reklam şöbəsinin müdiri, Azərbaycan Kino Ensiklopediyasının baş redaktor müavini, icraçı direktoru, Dövlət Filmfondunun direktor müavini, baş mütəxəssisi vəzifələrində çalışıb.
1997-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Kino tarixi fənnindən dərs deyib, dosentdir.
Redaktoru olduğu “Kino” qəzeti 1974-cü ildə kinematoqrafiya sahəsində dərc edilən mətbuat orqanlarının ümumittifaq müsabiqəsinin qalibi olub və SSRİ Kinematoqrafiya Komitəsinin diplomu ilə mükafatlandırılıb.
1963-cü ildən dövri mətbuatda Azərbaycan kino tarixinə, kino sənətinin müxtəlif problemlərinə dair 200-dən artıq elmi və publisistik məqalələri çap olunub. Yerli televiziya kanallarında “Kino tariximizdən” və “Kinoman” verilişlərinin aparıcısı olub. Hazırda “Mədəniyyət” kanalında “Kinosalnamə” verilişinin aparıcısı və ssenari müəllifidir.
Milli kino tariximizin 1916-cı ildən deyil, məhz 1898-ci ildən başlanması faktının üzə çıxarılıb sübuta yetirilməsi və ümummilli lider Heydər Əliyev tərəfindən Sərəncamla avqustun 2-ni Kino İşçiləri Günü elan etməsi Aydın Kazımzadənin adı ilə bağlıdır.
Azərbaycanda animasiya kinosunun yaranma tarixinin 1933- cü ilə aid olması faktının üzə çıxarılıb sübuta yetirilməsi də məhz Aydın Kazımzadənin adı ilə bağlıdır.
“Azərbaycan filmlərinin izahlı kataloqu”, “Bizim Azərbaycanfilm”, “Azərbaycan kinosu və müharibə”, “Heydər Əliyev və kinematoqraf”, “Azərbaycan kinematoqrafçıları”, “Əbədi ölməzlik zirvəsi”, “Üzeyir Hacıbəyov və kino”, “Rasim Ocaqov” və s. kitabların müəllifidir.
2000-ci ildə “Qızıl qələm”, 2001-ci ildə “Humay”, 2003-cü ildə “Qızıl çıraq”, 2007-ci ildə “Rəsul Rza adına”, 2008-ci ildə “Həsən bəy Zərdabi”, 2010-cu ildə “Yusif Məmmədəliyev”, 2010-cu ildə “Cəfər Cabbarlı”, 2011- ci ildə “Zirvə” mükafatları iləl təltif olunub.
2000-ci ildə “Əməkdar mədəniyyət işçisi”, 2005-ci ildə isə “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb.
Aydın Kazımzadə 2012-ci ildən Prezident təqaüdçüsüdür.
- 12:33 “Təhsildə Mədəniyyət və Mədəni Çağırışlar Paneli” həyata keçirilib
- 11:30 "Azərbaycan mədəniyyəti" adlı tədbir keçirilib
- 09:49 Masallıda “Müxtəlifliyə qucaq açaq” adlı səyyar rəsm və foto sərgisi keçirilib
- 09:35 “YARAT”da “Bir zamanlar dəniz” adlı qrup sərgisinin açılışı olub
- 09:26 Uşaq İncəsənət Festivalı çərçivəsində növbəti ustad dərsi keçirilib
- 09:24 Qarabağa həsr olunan rəsm əsərlərinin sərgisi açılıb
- 09:23 Attestasiyanın nəticələri ilə bağlı müraciətlər xüsusi komissiyalar tərəfindən araşdırılır
- 16:42 Mədəniyyət Nazirliyi regionlara təşkil olunan qastrol səfərlərini 2025-ci ildə də davam etdirir
- 16:25 “Xatirələrdə yaşayan səssiz qəhrəman” adlı tədbir keçirilib
- 15:19 Gənc Tamaşaçılar Teatrında "Düyməcik" tamaşasının premyerası keçiriləcək
- 15:18 Milli Kitabxanada “Konstitusiya və Suverenlik İli” adlı metodik vəsait istifadəçilərə təqdim olunub
- 14:34 Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi
- 14:31 “Mədəniyyətin himayədarı- Heydər Əliyevin mədəni irsə verdiyi dəyər” mövzusunda mühazirə keçirilib
- 10:59 Görkəmli aktyor Səməndər Rzayevin xatirəsi anılıb
- 09:30 Bu gün Beynəlxalq Mədəniyyət Günüdür
- 09:23 “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsi çərçivəsində ilk görüşün qonağı Xalq yazıçısı Anar olub
- 09:19 Yekaterinburqda “Taleyin zəngi” musiqili tamaşası nümayiş olunub
- 09:15 Azərbaycan filmi Bişkekdə Qran-Priyə layiq görülüb
- 17:21 “Nəriman Nərimanov: şəxsiyyət və zaman” adlı tədbir keçirilib
- 17:02 “Heydər Əliyev və muzeylərimiz” adlı layihə davam edir
- 16:19 “Konstitusiya və Suverenlik İli” və milli mətbuatımızın 150 illiyi münasibətilə fərdi jurnalist müsabiqəsi keçiriləcək
- 14:22 Azərbaycan Ankaradakı Amerikan məktəbində beynəlxalq festivalda təmsil olunub
- 12:22 “Əbədiyyətə qovuşan ömür” adlı tədbir keçirilib
- 11:43 Görkəmli dramaturq Hüseyn Cavidin ev-muzeyinə ekskursiya təşkil olunub
- 11:05 “Nəriman Nərimanov - 155” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib
- 11:02 “Heydər Əliyevin dövlətçilik məktəbi” mövzusunda açıq dərs keçirilib
- 10:51 “Kitabxana işinin müasir istiqamətləri” adlı seminar keçirilib
- 09:28 Milli Kitabxanada Əməkdar incəsənət xadimi Məryəm Əlizadənin yaradıcılığına həsr edilən sərgi açılıb
- 09:24 Filarmoniyada görkəmli Azərbaycan bəstəkarlarının əsərləri səslənib
- 09:21 “İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr olunub
- 09:18 Azərbaycanın milli geyimləri Romada nümayiş olunub
- 09:03 "Qonağımız var " layihəsi çərçivəsində Əməkdar artist Füzuli Hüseynovla görüş keçirilib
- 16:59 Kitabxananın 85 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
- 15:35 Baş nazir Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb
- 14:10 Gənclər Kitabxanasında “Konstitusiya və suverenlik İli” ilə əlaqədar silsilə materiallar hazırlanır
- 11:19 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 11:13 Azərbaycanlı rejissorun yeni filminin dünya premyerası Almaniyada olacaq
- 10:16 Heydər Əliyev Mərkəzində Qətər Mədəniyyəti Günlərinin rəsmi açılışı keçirilib
- 10:00 “Heydər Əliyev və muzeylərimiz” adlı layihə davam edir
- 09:17 Bakıda Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib
- 09:14 Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib
- 09:09 Bakıda “IBRUS HALL”un açılışı oldu
- 16:21 Musiqi Mədəniyyəti Dövlət Muzeyində avstraliyalı musiqiçi ilə görüş keçirilib
- 15:42 “İRS-Heritage” jurnalının növbəti nömrəsi ingilis dilində nəşr olunub
- 15:33 Azərbaycanlı yazıçıların türkiyəli şəhidlərə həsr edilən kitabı çap edilib
- 14:51 Mədəniyyət naziri Adil Kərimli Bakıda qətərli həmkarı ilə görüşüb
- 14:04 Ölkəmiz Aktauda "Türk dünyasının mədəniyyət paytaxtı – 2025” ilinin açılış mərasimində təmsil olunub
- 11:05 Professor Mədəd Çobanovun xatirəsinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
- 10:49 Bu gün Xalq artisti Teymur Mustafayevin anadan olmasının 86 ili tamam olur
- 09:20 Bakıda “Qızıl sap” Heykəltaraşlıq Vorkşopu başa çatıb
- 09:12 Azərbaycan Milli Xalça Muzeyində “Gələcəkdə nə geyinəcəyik?” sərgisi açılıb
- 17:15 Mədəniyyət naziri tərəfindən Bakıda növbəti vətəndaş qəbulu keçirilib
- 16:45 Badamdar qəsəbə Mədəniyyət Evində "Neon teatrı"nın ilk tamaşasının premyerası baş tutub
- 15:11 Bu gün tanınmış aktyor Ceyhun Mirzəyevin anadan olmasının 79 ili tamam olur
- 14:07 Bolonyada “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirilib
- 11:44 Bu gün SSRİ Xalq artisti Sidqi Ruhullanın anadan olmasının 139 ili tamam olur
- 11:05 Özbəkistanda Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr edilmiş rəsm müsabiqəsi elan olunub
- 10:25 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Keniyada səfərdə olub
- 10:19 “Mədəniyyət körpüsü” layihəsi çərçivəsində ilk görüş keçiriləcək
- 09:18 Varşavada “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi açılıb