Mayın 26-da Avstriyanın Baden şəhərində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil olunub. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən konsert 28 May – Respublika Gününə həsr olunub.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl Baden şəhər Kurort Parkının rəhbərliyi adından qonaqlar salamlanıb. Qeyd edilib ki, 52 hektar ərazini əhatə edən kurort Avropada ən böyük istirahət parklarından biridir və 1792-ci ildən bəri təbiət, istirahət və mədəni tədbirlərin təşkili burada ön planda dayanır. Kurort ərazisindəki musiqi pavilyonunda hər il yaz-yay mövsümündə klassik konsertlər təşkil edilir və ənənəvi olaraq musiqisevərlər açıq səma altındakı bu konsertləri seyr etmək üçün müxtəlif yaşayış məntəqələrindən buraya üz tuturlar.
Həmçinin bildirilib ki, Baden Şəhər Bələdiyyəsinin Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığı nəticəsində parkda ilk dəfə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət bahar konsertinin keçirilməsi qərarlaşdırılıb.
Konsertdə Əməkdar artist, “Qızıl çinar” beynəlxalq mükafatı laureatı Fuad İbrahimovun dirijorluğu ilə Vyana Kamera Orkestri Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət klassik konsert proqramı ilə çıxış edib. Konsertdə ölkəmizin görkəmli bəstəkarlarından Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Aqşin Əlizadə, Vaqif Mustafazadə, Müslüm Maqomayev və Fərhad Bədəlbəylinin əsərləri ifa olunub. Solistlər Mərziyyə Hüseynova (soprano), Lada Atlantova (soprano), Evert Sooster (bariton), Jalə Rəsulova (fortepiano) və Fərid Feyzullayevin (skripka) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertdən sonra Baden Şəhər Bələdiyyəsi adından Azərbaycan Mədəniyyət Mərkəzinin direktor Leyla Qasımovaya səmərəli əməkdaşlıq üçün təşəkkür edilib və əməkdaşlığın davam etdirilməsi arzusu ifadə olunub.
Park ərazisində qurulmuş guşədə Azərbaycan mədəniyyəti, tarixi, kulinariyası və turizm imkanlarına həsr olunmuş kitab və broşürlər təqdim edilib.
Qeyd edək ki, Vyanadan cəmi 25 km məsafədə yerləşən füsunkar Baden şəhəri bəstəkarların sevimli gəzinti və istirahət məkanı olub. Bethoven və Motsart kimi dahi bəstəkarlar bu şəhərdə yay tətillərini keçirib, ənənəvi olaraq burada klassik musiqiyə böyük diqqət göstərilib. Şəhər sakinləri, buradakı kurortda istirahətə gələnlər və şəhərin qonaqları yaz-yay mövsümündə açıq səma altında keçirilən klassik konsertləri diqqət mərkəzində saxlayırlar. Ənənəvi olaraq tələbkar dinləyici auditoriyası kimi tanınan Baden sakinləri konsert proqramından və ilk dəfə dinlədikləri klassik Azərbaycan musiqisindən böyük zövq alıblar.
- 15:28 Azərbaycandan olan gənc skripkaçı Dinu Lipatti adına müsabiqənin mütləq qalibi olub
- 15:01 “Heydər Əliyev və Azərbaycanda muzeylərin təşəkkülü” adlı tədbir keçirilib
- 14:43 “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib
- 14:27 Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirəcək
- 14:23 Kamera və Orqan Musiqisi zalında növbəti konsert ustadlara ithaf olunub
- 14:16 Bakıdakı Rus evində “Abşerona bahar gəlir” adlı yaradıcılıq gecəsi keçirilib
- 12:19 “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsində...
- 10:41 “Heydər Əliyev və Azərbaycanda muzey işi” adlı tədbir keçirilib
- 10:38 Qaradağ rayon Heydər Əliyev Mərkəzinin növbəti xarici qonağı
- 09:51 Bəstəkar Ramiz Mirişlinin 90 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil edilib
- 09:50 “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir
- 09:32 Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
- 09:27 III Regional Xor Müsabiqəsinin Qala konserti keçirilib
- 09:18 Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub
- 17:23 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 17:20 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 16:37 Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub
- 16:32 Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib
- 16:30 Kukla Teatrında premyera – Parkda
- 16:26 “Ulduz”un yeni nömrəsində...
- 15:47 Riqada ilk dəfə “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları” adlı geniş sərgi açılıb
- 15:39 Bakıda “Mosfilm həftəsi” keçiriləcək
- 14:35 Bu gün Xalq artisti Arif Quliyevin anadan olmasının 74 ili tamam olur
- 14:29 TikTok Azərbaycanın aparıcı muzeyləri ilə "Muzeylər gecəsi"nə start verir
- 14:23 Qastronomiya üzrə “Qızıl Şah” Azərbaycan Milli Kulinariya Çempionatı keçirilir
- 11:33 Moskvada “Qelikon-opera”nın səhnəsində “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert olub
- 09:52 Bədii qiraətçi, gənc şair Xəzər Süleymanlı ilə görüş təşkil olunub
- 09:44 Azərbaycan Milli Kitabxanası Özbəkistanda beynəlxalq konfransda təmsil olunub
- 09:27 Ölkəmizdə beynəlxalq incəsənət simpoziumu keçirilir
- 09:25 Azərbaycanlı musiqiçilər Kalininqrad filarmoniyasının səhnəsində çıxış edəcəklər
- 09:21 Gənc bəstəkarların yaradıcılığına həsr edilmiş plenumun açılış mərasimi olub
- 16:42 Milli Kitabxanada növbəti treninq
- 14:20 Molla Nəsrəddin haqqında çəkilən filmin yaradıcı heyəti Özbəkistanda olub
- 14:19 Azərbaycan Ankarada Beynəlxalq Mədəniyyət Günü Festivalında təmsil olunub
- 12:09 “CawaMedia” agentliyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblından yazıb
- 11:29 Kitabxanda “Cabbarlı işığı” adlı tədbir təşkil edilib
- 11:08 “Ailə dəyərlərimiz” adlı tədbir keçirilib
- 10:24 15 may - Beynəlxalq Ailə Günü ilə bağlı dəyirmi masa keçirilib
- 09:50 “Ölkəmizdə ekoloji siyasətin formalaşmasında Heydər Əliyevin xidməti” adlı dəyirmi masa keçirilib
- 09:31 Bu gün Beynəlxalq Ailə Günüdür
- 09:25 İşə qəbulla bağlı müsabiqə
- 09:23 Bu gün SSRİ Xalq artisti Rauf Hacıyevin anadan olmasının 102 ili tamam olur
- 09:18 Yazıçılar Birliyində şair-dramaturq Xanlar Həmidin 70 illik yubileyi qeyd olunub
- 09:12 XVI Azərbaycan Moda Həftəsi çərçivəsində yerli və xarici dizaynerlərin nümayişləri keçiriləcək
- 17:16 Özbəkistanda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş konsert təşkil olunub
- 17:10 Azərbaycan Beynəlxalq Şekspir Festivalında təmsil olunacaq
- 16:28 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbində tədbir keçirilib
- 15:53 “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir
- 15:50 T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 15:03 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 12:08 “Azərbaycan xalqının ümid çırağı-Heydər Əliyev” adlı məqalə təqdim olunub
- 12:01 Azərbaycan ilə Türkiyə arasında teatr sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
- 11:02 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ziyarət təşkil edilib
- 10:02 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 09:37 Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Qara Qarayevin məzarını ziyarət ediblər
- 09:26 Mədəniyyət naziri maldivli həmkarı ilə görüşüb
- 09:24 Mayın 20-dən 26-dək II Bakı Müasir Musiqi Günləri keçiriləcək
- 09:20 “Xarıbülbül” festivalı Laçında konsert proqramı ilə başa çatıb
- 15:39 33 nömrəli Uşaq Musiqi Məktəbində Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib
- 14:55 “Həyatımızı yaşıllaşdıraq” adlı tədbir keçirilib