Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur. Bu il ICOM tərəfindən “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi elan olunub. Belə ki, ənənəvi mədəniyyət mərkəzləri olmaqla yanaşı, muzeylər həmçinin öz kolleksiyalarının qorunması və interpretasiyasının yeni yollarını axtarırlar. Onlar həm gələcək nəsillər, həm də müasir auditoriya üçün əhəmiyyətli olacaq yeni muzey ənənələri yaradırlar. Artıq bu gün muzeylər ziyarətçilərin innovativ proqramların iştirakçısı ola biləcəyi interaktiv mərkəzlərə çevrilirlər.
Bu əlamətdar gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı və Park Bulvar AVM-nin dəstəyi ilə ölkəmizdə də təntənəli şəkildə keçiriləcək. Ölkəmizin 12 muzeyi − Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, “İçəri Şəhər” Muzey Mərkəzi, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Səməd Vurğunun Ev-Muzeyi, Bülbülün Memorial Muzeyi, Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi, Azərbaycan Gömrük Tarixi Muzeyi bu deviz altında birləşərək “Muzeylər Park Bulvarın qonaqları” adlı 3 gün (17-19 may) ərzində keçiriləcək tədbirdə iştirak edərək qonaqlara müxtəlif proqramlar təqdim edəcəklər.
Tədbirin rəsmi açılışı 17 may, saat 17:00-da Park Bulvar AVM-nin I mərtəbəsində olacaq və 19 may tarixinədək bu məkanda davam edəcək. Belə ki, həmin günlərdə qonaqlara Azərbaycan Xalça Muzeyi toxuculuq üzrə ustad dərslər, interaktiv təhsil proqramları, uşaqlar üçün “Cırtdanın nağılı” tamaşası; Azərbaycan Milli İncəsənət Muzeyi “Sənətin Məcnunu” pantomima, Kölgə teatrı, rəssamlıq üzrə ustad dərslər, viktorina; “İçərişəhər” Muzey Mərkəzi interaktiv − xınayaxdı mərasimi və FaceArt, “Bakılı qaqaş” tipajı ilə nərd oyunu, “Şivanşahlar dövlətinin vəziri” ilə şahmat oyunu, Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında konsert proqramı; Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi fortepiano konserti, "Detaşe" violinoçular ansamblı, “Şirvan” folklor ansamblı və “Qədim musiqi alətləri” ansamblının ifasında konsert proqramları; Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi klassik musiqi əsərlərindən ibarət konsert proqramı, Səməd Vurğunun Ev-Muzeyi şairin şeirlərindən ibarət musiqi və şeir nömrələri; Üzeyir Hacıbəylinin Ev-Muzeyi bəstəkarın “O olmasın, bu olsun” operettasından məktəblilərin ifasında səhnə; Bülbülün Memorial Muzeyi Bülbül adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin iştirakı ilə konsert proqramı; Azərbaycan İstiqlal Muzeyi “Ənənədə aşıq sənəti” adlı Dirili Qurbani Məclisi üzvlərinin ifasında konsert proqramı təqdim olunacaqdı
- 14:28 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 14:21 Gənclər Kitabxanasında “Vətən fədailəri” kitabının təqdimatı olub
- 09:44 Detektiv yazıçı Müşfiq Abbasovla görüş təşkil edilib
- 09:34 Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib
- 09:28 Abşeronun misilsiz abidəsi - “Üç ovdan”
- 09:27 “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir
- 09:25 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ən yaxşı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
- 17:38 Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr edilmiş konsert olub
- 16:45 Narkomaniyaya qarşı mübarizəyə həsr olunan tədbir keçirilib
- 16:07 Kitabxanada “Hüquqlarımızı bilək” adlı tədbir keçirilib
- 15:50 Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 14:20 Azərbaycanda ilk dəfə udmurt yazıçısının kitabı nəşr olunub
- 12:21 Kopenhagendə Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
- 11:53 “Qaraca qız” tamaşasının premyerası olacaq
- 11:47 17 nömrəli Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 11:38 Bu gün SSRİ Xalq artisti Mehdi Məmmədovun anadan olmasının 106 ili tamam olur
- 11:04 Latviyalı yazıçının “Ölüm rəqsi” kitabının təqdimatı olub
- 10:21 Musiqi Məktəbi "Xor aləminə səyahət" adlı konsert keçirib
- 10:16 Kitabxanada “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi uğurla davam edir
- 09:57 33 nömrəli Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 09:48 İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib
- 09:43 Azərbaycanın milli-mənəvi dəyərləri növbəti Etnosport Mədəniyyət Festivalında nümayiş olunacaq
- 09:39 Yuliys Straume-150 Naxışlar fərqli mədəniyyətlərdə
- 09:31 UNESCO-nun mənzil-qərargahında “Rəmzlərin rəqsi” adlı kəlağayı sərgisinin açılışı olub
- 09:25 Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb
- 17:05 Milli Xalça Muzeyində Latviya muzeyi üçün yaradılan Qarabağ qrupuna aid xalçanın təqdimatı keçirilib
- 14:44 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 14:11 Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib
- 13:03 İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd edilib
- 12:50 Daşkənddə azərbaycanlı alimin özbək dilində çap olunmuş kitabının təqdimatı keçirilib
- 10:56 Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür
- 10:09 Azərbaycanın paytaxtında Tacikistan Mədəniyyəti Günləri keçirilir
- 09:22 Bakıda “Tacik Kinosu Günləri”nin açılış mərasimi olub
- 09:20 Bakıda “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
- 16:58 “Əsrə bərabər gün” tamaşasına baxış
- 16:48 “Mədəniyyətimizin incisi – Şuşa” adlı yeni layihəyə start verilib
- 16:42 Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib
- 16:38 Bakıda qırğız Xalq yazıçısının əsərinin təqdimatı keçiriləcək
- 15:22 Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub
- 15:05 Çində yaşayan azərbaycanlılar beynəlxalq mədəniyyət festivalında ölkəmizi təmsil ediblər
- 15:00 Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçiriləcək
- 14:41 Gənclər Kitabxanasında Salman Mümtaz haqqında silsilə materiallar hazırlanıb
- 14:39 Gənc rəssam Əminə Hacılının fərdi sərgisi açılıb
- 12:17 Azərbaycanlı fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasına üzv seçilib
- 12:10 Dahi rus şairi haqqında yeni kitab - “Bəşəri poeziyanın əbədiyyət günəşi”
- 11:11 Bu gün Xalq artisti Həqiqət Rzayevanın doğum günüdür
- 10:54 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi "Bahar çiçəyi" adlı konsert keçirib
- 09:28 Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib
- 09:22 Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır
- 09:20 Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
- 17:49 Beynəlxalq Muzeylər Günü münasibətilə muzeylərdə “Açıq qapı” günü elan olunur
- 17:23 “Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”
- 17:19 “Mənim hüquqlarım məni qoruyur!” adlı tədbir keçirilib
- 15:28 Azərbaycandan olan gənc skripkaçı Dinu Lipatti adına müsabiqənin mütləq qalibi olub
- 15:01 “Heydər Əliyev və Azərbaycanda muzeylərin təşəkkülü” adlı tədbir keçirilib
- 14:43 “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib
- 14:27 Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirəcək
- 14:23 Kamera və Orqan Musiqisi zalında növbəti konsert ustadlara ithaf olunub
- 14:16 Bakıdakı Rus evində “Abşerona bahar gəlir” adlı yaradıcılıq gecəsi keçirilib
- 12:19 “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsində...