Kərbəlayı Cahangir Məşədi Rza oğlu Zeynalov 1865-ci il sentyabr ayının 21-də Bakıda anadan olub. İbtidai təhsil alıb, rus və fars dillərini mükəmməl öyrənib.
Səhnəyə ilk dəfə 1885-ci ildə qız rolunda çıxıb. 1900-cü illərdə Müsəlman dram artistləri şirkətinin təşkilində C.Zeynalovun müstəsna rolu olub. “Nicat” (1906) və “Səfa” (1912), “Nəşri-maarif” mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında əsasən aktyorluq edib və həm də tamaşalara quruluşlar verib.
“Səfa”cəmiyyətin kitabxanasının təşkilində böyük işlər görüb, eyni zamanda “Səfa” məktəbində də dərs deyib. Dəfələrlə “Səfa” teatr bölməsi idarə heyətinin rəhbərləri sırasına seçilib, 1914-cü ildə sədr vəzifəsində C.Zeynalov, müavin isə M.Hacınski olub.
Səhnə fəaliyyətinin 25 illiyi münasibətilə “Nicat” cəmiyyəti 30 noyabr 1910-cu il tarixində Tağıyev teatrında təntənəli yubiley keçirib və burada M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyası oynanılıb, Mirzə Həbib rolunu C.Zeynalov ifa edib.
O, M.F.Axundzadənin “Hacı Qara”sında Hacı Qara, “Müsyö Jordan və dərviş Məstəli şah”da Şahbaz bəy və Məstəli şah, “Molla İbrahimxəlil kimyagər”də Molla İbrahimxəlil və b.; N.Vəzirovun “Hacı Qəmbər”ində Hacı Qəmbər, “Müsibəti-Fəxrəddin”də Vəli və b.; Ə.Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsində Tavad Maqobeli, Rzaqulu Mirzə, Mirzə Cəfər xan, “Bəxtsiz cavan”, “Kimdir müqəssir?”, “Millət dostları” dramlarında Kişi, Hacı Səməd ağa, Mahmud və b.; N.Nərimanovun “Dilin bəlası”nda Şamdan bəy və Hacı İbrahim, “Nadir şah”da Ədhəm və Cavad, İ.Rüstəmbəyovun “Dövləti-bisəmər”, M.Hacınskinin “Sultan Əbdüləzizin xəli” pyeslərində Hacı Fərəc, Həsən Xeyrulla Əfəndi, S.S.Axundovun “Tamahkar”ında Hacı Murad və başqa tamaşalarda əsas obrazları yaradıb. Eyni zamanda L.Tolstoyun “Əvvəlinci şərabçı” (Potap), F.Şillerin “Qaçaqlar” (Qoca Moor), J.B.Molyerin “Zorən təbib” (Eyvaz), Ş.Saminin “Dəmirçi Gavə” (Qubad və Fərhad), “Əhdə vəfa” (Zübeyr), H.Bədrəddin və M.Rüfətin “Əmir Əbül Üla” (Rəbi), S.Lanskoyun “Qəzavat” (Qoca səraərdə), V.Mçedaşvilinin “Qaçaq Kərəm” (Çinovnik və Xanın katibi), N.Kamalın “Vətən” (Şeyxülislam) tamaşalarında oynayıb. Bəstəkar Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” operettasında Rza bəy və Rüstəm bəy obrazlarını da yüksək məharətlə yaradıb.
Rejissor kimi də səmərəli fəaliyyət göstərən C.Zeynalov “Səfa”da dramaturqlardan M.F.Axundzadənin “Hacı Qara”, N.Vəzirovun “Hacı Qəmbər”, N.Kamalın “Vətən”, Z.Hacıbəyovun “Evliykən subay”, Ə.Haqverdiyevin “Millət dostları”, Molyerin “Zorən təbib”, N.Kamalın “Əhdə vəfa”, digər illərdə müxtəlif truppalarda C.Yusifzadənin “Fərhad və Şirin” (opera), Ş.Saminin “Dəmirçi Gavə”, N.Nərimanovun “Nadir şah” əsərlərinə quruluş verib.
1918-ci ilin 17 martında erməni daşnakları Bakıda vəhşiliklə yanğınlar və qırğınlar törədəndə ailəsi ilə İranın Ənzəli şəhərinə, qayınatasının yanına gedib, ara sakitləşəndə ailəsi ilə birgə “Ardahan” gəmisinə minib Bakıya qayıdarkən dənizdə fırtına qopub və 8 gün dənizdə qalan gəmidə yaranan natəmizlikdən yatalaq (tif) xəstəliyinə tutulub.
Bakıya çatandan sonra 1918-ci il oktyabr ayının 22-də elə həmin xəstəlikdən vəfat edib.
23 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cahangir Zeynalovun 150 illik yubileyi keçirilib.
Görkəmli teatr xadimi Cahangir Zeynalovun ailəsində Azərbaycan teatrının inkişafına misilsiz xidmətlər göstərmiş qızı, Xalq artisti, nəsillərin sevimlisi, mərhum sənətkarımız Nəsibə Zeynalova və nəvəsi, adını şərəflə daşıyaraq, Azərbaycanda və Türkiyədə teatr sənətinin püxtələşməsi istiqamətində fəaliyyət göstərən, Xalq artisti, aktyor, rejissor və pedaqoq Cahangir Novruzov onun yolunu davam etdirir.
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib