Oktyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsi qazisi, rəssam Mənsur Əsgərlinin 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Gününə və Vətən Müharibəsinə həsr olunmuş “Zəfər Rəngləri” adlı ilk fərdi yaradıcılıq sərgisi təşkil edilib.
Sərgidə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi İdrak Novruzov, "A.J Holdinq"in direktor müavini, texnika elmləri doktoru, professor Ənvər Həzərxanov, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovalar, Qarabağ müharibəsi Qazisi, Fred Asif adına İnkişaf Fondunun rəhbəri Ədalət Məhərrəmov, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Kəlbəcər Rayon Bölməsinin sədri Gəncəli Mehdiyev, Qarabağ müharibəsi Qazisi polkovnik Zahid Qarayev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Gülzar İbahimova, Respublika Veteranlar İctimai Birliyinin sədr müavini Əkbər Məmmədov, Respublika Qayğı Cəmiyyətinin sədri, Qarabağ müharibəsi Qazisi Müşfiq Əliyev, Vətən müharibəsi şəhidi mayor Aqşin İbadovun qardaşları - Məmmədhüseyn İbadov və Cəmil İbadov, rəssamın yaxınları və KİV nümayəndələri iştirak edib.
Qonaqlar ilk öncə Mərkəzin Muzey bölməsində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib büstün önünə gül dəstələti qoyublar.
Sərginin açılış mərasimi Azərbaycan Respublikası Dövlət Himnin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra sərgidə giriş nitqi ilə çıxış edən Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova qonaqları salamlayıb və Azərbaycan xalqının 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etdiyini bildirib. O, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusunun yaşatdığnı və bu müharibənin Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdiyini qonaqların diqqətinə çatdırıb. Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnurə İsgəndərova layihə haqqında qonaqlara ətraflı məlumat verib. O, dövrüntarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizədən danışıb.
Azərbaycan Rəssamlar İttifaqının üzvi Elnurə İsgəndərova layihə haqqında qonaqlara ətraflı məlumat verib. O bildirib ki, vətənpərvərlik mövzusunda Ali Baş Komandan İlham Əliyevin “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” şüarına dəstək olaraq Müstəqillik gününə və Vətən müharibəsinə həsr olunmuş “Zəfər Rəngləri” adlı bu sərginin təşkilində məqsəd ordumuza və xalqımıza mənəvi dəstək olmaqla vətənpərvərlik hisslərini uşaq və yeniyetmələr arasında gücləndirmək, vətənpərvərlik mövzusu çərçivəsində gəncləri haqq yolunda inamla irəliləyən Ali Baş Komandan İlham Əliyevin güclü siyasətindən, Cənubi Qafqazın ən güclü ordusu hesab edilən şanlı Azərbaycan ordusundan və ümumilikdə Azərbaycan xalqının vətənpərvərliyindən ətraflı məlumatlandırmaqdan ibarətdir.
Daha sonra digər qonaqlar, hər bir insanın qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür deyərək, müqəddəs və dərin vətənpərvərlik hisslərdən, duyğulanan rəssama işində uğurlar arzulayıblar. Onlar həmçinin, ümumilli lider Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” kəlamını sitat gətirərək Ulu Öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyətindən, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətlərindən danışıblar.
Vətən Müharibəsi şəhidi mayor Aqşin İbadovun qardaşları - Məmmədhüseyn İbadov və Cəmil İbadov çıxış edərək, Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Aqşin İbadovun keçdiyi həyat yolundan, vətənpərvərliyindən, döyüşlərdə göstərdiyi igidlikdən danışıblar. Onu da əlavə ediblər ki, biz bu müharibəni şəhidlərimizin qanı bahasına, hərbçilərimizin rəşadətli hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Onlar həmçinin, Vətən Müharibəsi şəhidlərinin ailələrinə və qazilərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib
- 14:32 Mədəniyyət Nazirliyi incəsənət məktəblərinə 36 müəllim işə qəbul edib
- 14:29 “Xocalıya” əsəri Əlixan Səmədovun ifasında rəqəmsal platformalarda yayımlanıb
- 10:00 "Qış nağılı" adlı yeni il şənliyi keçirilib
- 09:28 Xalq artisti Gülağa Məmmədovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib