Görkəmli qrafika ustası, Xalq rəssamı Arif Hüseynov daim axtarışda olan, milli folklora, adət-ənənəyə bağlı sənətkarlarımızdandır. Onun illər boyu müxtəlif miqyaslı sərgilərdə nümayiş etdirilən əsərləri rəssamın sənət dünyasındakı imzasını təsdiqləyəcək mühüm faktlardır. Ötən əsrin 70-ci illərindən başlayaraq Arif Hüseynovun əsərləri dəfələrlə Bakıda, eləcə də dünyanın bir çox möhtəşəm sərgi salonlarında tamaşaçıların diqqətinə çatdırılıb. Moskvada, Praqada, Tokioda, Ankarada, İzmirdə sərgilənən əsərlərinə görə Arif Hüseynov müxtəlif mükafatlara, diplomlara layiq görülüb.
Bu gün Arif Hüseynovun əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, həmçinin şəxsi kolleksiyalarda saxlanılır. O, ilk təhsilini Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində alıb. Sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1975-ci ildən Rəssamlar İttifaqının üzvü olan Arif Hüseynov Xalq rəssamıdır.
Sənətşünas Ziyadxan Əliyev görkəmli rəssamla bağlı yazır: "Qrafika sənətinin bədii və texniki imkanlarına kifayət qədər bələd olan və ağ-qara cizgiləri ilə də onlara yığcam rəng ovqatının qatılmasını bədii-psixoloji təsir gücünün artırılmasına yönəltməklə daha təsirli ifadə vasitələrinə can atan rəssam sonda cəlbediciliyi ilə yanaşı, həm də dərin fəlsəfi yüklü əsərlər yaratmağa nail olmuşdur".
Həqiqətən də yaradıcılığı boyu bütün varlığı ilə bağlandığı maddi mədəniyyət nümunələri, folklor, adət-ənənəmiz onun əsərlərində yeni həyata, yaşama qədəm qoyub. Məsələn, "Qarabağ şikəstəsi", "Mis qablar", "Aşıq", "Kəndirbazlar" və s. əsərlərdə rəssamın qədim miniatür sənəti ənənələrinə bağlılığı ilə yanaşı, vətəndaşlıq yanğısı və təəssübkeşliyi də qabarıq hiss edilir.
2008-ci ildə Almaniyada keçirilmiş "Azərbaycan ili" çərçivəsində Xalq rəssamı Arif Hüseynovun və onun oğlu Orxanın Berlində sçılmış fərdi sərgisi iki dost ölkənin mədəni əlaqələrinin genişlənməsinə verilən töhfə kimi qiymətləndirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva sərginin açılış nitqində: "Sərginin ekspozisiyasının ata-oğulun, ölkəmizin tanınmış fırça ustası, Xalq rəssamı Arif Hüseynovun və istedadlı gənc rəssam Orxan Hüseynovun əsərlərindən təşkil olunması da səbəbsiz deyil. Bu, ilk növbədə, milli incəsənətimizdə mövcud olan ənənə və müasirlik probleminin əməli həllinin parlaq nümunəsidir"- deyib.
Azərbaycan mədəniyyətinin, təsviri sənətinin dünya ictimaiyyətinə tanıdılmasında növbəti uğur olan “Şərqdən Qərbə” sərgisi Almaniya ilə Azərbaycan arasında yaranan mədəni əlaqələrin inkişafında yeni səhifəyə çevrilib. Dünyaya böyük sənətkarlar bəxş etmiş Almaniya kimi bir ölkədə Azərbaycan rəssamlarının əsərlərinə göstərilən rəğbət də bunu təsdiqləyib.
Ədəbiyyatı ürəkdən sevən Arif Hüseynov böyük söz ustalarının yaradıcılığına dəfələrlə müraciət edib. Onun N.Gəncəvi, M.Füzuli, M.Ə. Sabir, H.Cavid, S.Vurğun, R.Rza və digər klassiklərimizlə bağlı yaratdığı əsərlər dəzgah qrafikasının ən gözəl nümunəsi sayılıb. Rəssam bir sıra bədii ədəbiyyat nümunələrinə də tərtibat verib. 2009-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən "Arif Hüseynov-Orxan Hüseynov" adlı kataloq buraxılıb. Burada azərbaycanlı rəssamların Berlin qalereyasında qazandığı uğurlardan söz açılır, orada sərgilənən əsərlərin fotoşəkilləri təqdim olunur. Kətan üzərində yağlı boya ilə işlənmiş bu rəsmlərə baxdıqca azərbaycanlı rəssamların həm sənət dünyasına bələd olur, həm də mövzularının al-əlvanlığına, təsirliyinə heyran qalırsan. Həqiqətən də milli-mənəvi dəyərlərimizin rənglərlə ifadəsi çox maraqlı alınıb. Müəlliflərin müraciət etdikləri bütün mövzularda mənəvi dəyərlərə bağlılıq qabarıq şəkildə əks olunur.
Həm Arif, həm də Orxan Hüseynovlar eyni bir mövzu üzərində çalışıblar, ayrı-ayrılıqda Üzeyir Hacıbəylinin portretini yaradıblar. Bu portretlərdə Üzeyir Hacıbəyli yaradıcılığı rənglərin dili ilə bəyan edilir. Müəlliflər həqiqətən də Üzeyir Hacıbəyli haqqında bir bədii ensiklopediya yaradıblar. Bu ensiklopediyanın bütün sözləri rənglərdən ibarətdir.
Arif Hüseynov pedaqoq kimi daim gənclərin yanındadır, onlara sənətin sirrlərini öyrətməklə yanaşı, estetik zövqlərinin formalaşması, klassika ilə müasirliyin ahənginin yaradılmasında incəsənət qanunlarının qorunub saxlanılması istiqamətində dəyərli tövsiyələrini verir. Arif müəllimin “Mədəniyyət” telekanalında yayımlanan “Dərsdən sonra” verilişində isə məktəblilər Azərbaycan incəsənətinin müxtəlif növlərini rəssamların emalatxanalarında, muzeylərdə, qalereyalarda öyrənir, sənətkarlarımızla, incəsənət xadimlərimizlə söhbətlərində keçirdikləri hissləri paylaşır və özlərini müxtəlif sahələrdə sınayırlar.
Azərbaycanın Xalq rəssamı, gözəl fırça ustası Arif Hüseynovu ad günü münasibətilə təbrik edir, ona cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib