XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Xarıbülbül” adlı şeir müsabiqəsi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/11/2022 07:04

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində rayon ümümtəhsil məktəbliləri arasında 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Xarıbülbül” adlı şeir müsabiqəsi keçirilib.

Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şıxəliyeva, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və rayon ümümtəhsil məktəblərinin müəllimləri iştirak ediblər.

İlk öncə mərkəzin əməkdaşı Nuranə Davrinbəyova 8 noyabr 2020-ci il şanlı tariximizə qızıl hərflərlə yazılan Zəfər günü haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Sonra isə müsabiqədə iştirak edən rayon ümümtəhsil məktəblərinin şagirdləri öz şeirlərini təqdim edib. Müsabiqədə 288,233,139,166 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər.

Münsiflər heyətinin rəyi əsasında Əsmər Əhmədli, Hüseynzadə Zəhra və İmanzadə Ləman I yerə , Səma Əliyeva, Zeynəb Əlizadə, Hüseynli Bəsti II yerə, Rəhimə Həşimova, Bəşirli Gülzar, Ayaz Məmmədli III yerə layiq görülüblər.

Sonda müsabiqənin qalibləri diplom və medallarla təltif olunublar.

Baxış sayı: 289