XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Vaqif Behbudovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
03/11/2022 06:34

Vaqif Qulam oğlu Behbudov 3 noyabr 1938-ci ildə dünyaya gəlib. O, 1961-ci ildə Sank-Peterburq Dövlət Kino və Televiziya Universiteti bitirib. Azərbaycan Televiziyasında cizgi filmləri istehsalının təməlini qoyub. Əvvəlcə kinooperator, daha sonra isə kinorejissor kimi filmlər çəkib.

“Gözlük”, “Danışan işıqlar”, “Qırmızılar, qaralar və başqaları”, “İlham” “Göyçək Fatma”,”Ustalar, qızıl əllər”, “Yayın bir günündə”, “Sağ ol dostum”, “Basatın igidliyi” “Xeyirli nağıl”, “Qız qalası”, “Qurbanəli bəy” “Qara leylək”, “Sehirli çıraq”, “Başlanğıc”, “Analar və laylalar” cizgi filmlərinin rejissoru və operatoru olub. V.Behbudov operator olaraq “Üzeyir Hacıbəyov”, “Bizim Şamama”, “Təsnif”, “Şövkət Ələkbərova” və s. sənədli filmlərdə işləyib. Rejissor kimi “Nailə”, “Kamil”, “Özümlə heç nə aparmayacağam”(Əzizə Cəfərzadə), “Əbədi zirvə”, “Müslüm Maqomayev -55”, “Mənlə mən arasında”, “Azərbaycan Respublikasının Təhlükəsizlik orqanları”, “Sənsiz”, “Bakı-SOS uşaq kəndi”, “Bağlı qapı” (Akademik Əziz Əliyev), “Sənsiz” (Akademik Zərifə Əliyeva), “Kərpickəsən kişi”, “İlmələrdə yaşayan həyat” (rəssam Kamil Əliyev), “Sirli səlnamələr” “Girdiman”, “Yeraltı şəhərin izi ilə” “Lahıc”, “Azərtac-85”, “Bakı SOS uşaq kəndi” sənədli filmlərini çəkib.

Müəllifi olduğu cizgi filmlərindən altısı Beynəlxalq Televiziya Filmləri Festivalında priz və mükafatlara layiq görülüb. Dövlət və “Humay” mükafatları laureatı, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində Operatorlar qrupunun rəhbəri, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir.

Baxış sayı: 216