XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Eldar Mansurovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
28/02/2024 09:18

Azərbaycan Respublikasının Xalq artisti Eldar Bəhram oğlu Mansurov 1952-ci il fevralın 28-də Bakıda, İçərişəhərdə musiqiçi ailəsində anadan olub.1968-1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində, 1974-1979-cu illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində, professor Cövdət Hacıyevin sinfində təhsil alıb.

“Yeddi gözəl” rok-operası, “Kleopatra” və “Olimp” rok-baletləri, 5 simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir.

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə “Əməkdar incəsənət xadimi”, 2012-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 28 fevral 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə"Şöhrət" ordeni ilə təltif edilib.

Baxış sayı: 142