XƏBƏRLƏR
MƏLUMAT
Ustad və cəsarətli sənətkar- Seyfəddin Dağlı
ÜMÜMİ XƏBƏRLƏR
27/08/2021 01:33

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı jurnalist, yazıçı Seyfəddin Əliağa oğlu Abbasov-Dağlı 1921-ci il avqustun 27-də Xızıda anadan olub. Ədəbi fəaliyyətə hələ tələbə ikən, otuzuncu illərin sonlarında oçerk və felyetonlarla başlayıb, hərbi jurnalist kimi 1944-46-cı illərdə Təbrizdə nəşr olunan “Vətən yolunda” adlı əsgər qəzetində əməkdaşlıq edib. Uzun illər ( 1959-1976) “Kirpi” satirik jurnalının baş redaktoru işləyib, yazıçının satira və yumor janrda yazdığı roman, povest və hekayələr “Vergülağa və Absətəli”, “Sabiqlər”, “Göyçək oğlan”, “İpək gül”, “Yaylaq qayğıları,”Şakərlilər”, “Aldada bilməzsən”, “Mənziliniz mübarək” və başqa kitablarda toplanıb.

Azərbaycanın böyük dramaturqu Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr olunan “Bahar oğlu” romanı yazıçıya böyük şöhrət gətirib.

Yazıçı 1953-cü ildə C.Cabbarlıının qızı Gülarə Cabbarlı ilə ailə həyatı qurub, 3 övladı dünyaya gəlib.

İstedadlı yazıçı, gözəl insan Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də Bakıda vəfat edib.

Baxış sayı: 298