Əvvəllən “İncəsənət” adlanan “Nizami” kinoteatrı 1930-cu illərdə məşhur memarlar Mikayıl Useynov və Soltan Dadaşov tərəfindən 28 Aprel (indiki 28 May) və Kirov (indiki Bülbül prospekti) küçələrinin kəsişməsində inşa edilmiş əkiz binalardan biridir. Vahid ansambl təşkil edən, klassisizm forma və motivlərində yerinə yetirilmiş binalar memarlıq üslubuna görə iki mühüm küçənin gələcək tikililərinə ciddi təsir göstərib.
Kinoteatr üçün ayrılmış bina 1934-cü ildə, AzSSR Qida Sənayesi Xalq Komissarlığının binası isə 1935-ci ildə tikilir. Layihədə antik memarlıq elementləri ilə yanaşı, İntibah dövrünə xas elementlər də mövcuddur. O dövrdə ənənəvi olan “Stalin ampiri” bu xüsusiyyətlər özündə birləşdirib. Klassisizm əlamətləri hər iki binada stilobat və sütunlarda, yay kinozalı səviyyəsində yerləşən 3 qorelyefdə özünü göstərir. Qorelyeflər heykəltəraş Yelizaveta Tripolskaya tərəfindən hazırlanıb.
“İncəsənət” adlandırılan kinoteatr Azərbaycanın sovetləşməsinin 20 illiyi ərəfəsində, 1 fevral 1940-cı ildə istismara verilib. Lakin kinoteatrda ilk nümayiş 25 dekabr 1939-cu ildə baş tutub. Bu, rejissor Viktor Eysımontun “Lenfilm” kinostudiyasında çəkdiyi “Dördüncü periskop” filmi idi.
“İncəsənət” kinoteatrının açılışı Bakının mədəni mühitində mühüm hadisə idi, o, çox rahar və gözəl olduğundan, tamaşaçılar həm filmə baxır, həm də ətrafdakı mənzərəni seyr edirdilər.
Əvvəlcə kinoteatrda üç zal – qış, yay və estrada zalı var idi. Sonuncuda müxtəlif orkestrlər çıxış edir, mühazirələr oxunur, reklam və salnamə filmləri nümayiş etdirilir, tədbirlər keçirilirdi. Kinoteatr iri, ağır, məxmər pərdəsi ilə məşhur idi, hər seansdan əvvəl, onu əsl teatrdakı kimi çəkirdilər. Sonra yavaş-yavaş şüşə dibli iri çilçırağın işıqları sönürdü... Bufetdə şirniyyat, qazlı su, şəhərdə məşhurlaşan vafli stəkanlarda dondurma satılırdı. Onu yeməkpaylayanlar gümüşü sinilərdə zalda da tamaşaçılara təklif edirdilər. Hər seansdan əvvəl isə vokalçılar və kiçik ansambllar tamaşaçıları əyləndirirdi.
Tamaşaçılar bu çıxışlara görə “İncəsənət” kinoteatrına seansdan bir saat əvvəl gəlirdilər. O, sözün əsl mənasında, mədəniyyət mərkəzi idi. Burada Oqtay Ağayev, Natəvan Şeyxova, hətta Zeynəb Xanlarova kimi sonradan Xalq artisti adına layiq görülmüş müğənnilər çıxış edirdilər. Kinoteatr caz konsertləri ilə də məşhur idi.
Müharibə dövründə Bakının mədəni həyatı davam edir. Yay kinoteatrının ərazisində zenit qurğuları və zenit pulemyotları qurulur. “İncəsənət” tamaşaçılara müharibə zamanı qənimət götürülmüş filmləri təqdim edir. Müharibə bitəndən sonra isə, 1945-ci ildə bənzərsiz Rəşid Behbudovun iştirakı ilə “Arşın mal alan” filminin nümayişi tamaşaçıların qəlbini fəth edir. Kassa filminə çevrilir. Kino həm Azərbaycan, həm də rus dilində nümayiş olunur.
1947-ci ildə kinoteatr dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illiyi münasibətilə “Nizami” adlandırılır.
Kinoteatrın zahiri və daxili görkəmi 1974-cü ildə dəyişdirilir. Onu çəhrayı rəngə boyayırlar. Sütunların üstündə, tində isə şəbəkəli metal qlobus yerləşdirirlər, o, axşam vaxtı işıqların təsirindən müxtəlir rəng alırdı. Daha iki yeni kiçik zal: birinci mərtəbədə - qış, üstdə isə yay zalı açılır.
Təmirdən sonra “Nizami” kinoteatrda VII Ümumittifaq Kino Festivalı keçirilir. Elə sonuncu XXI Ümumittifaq Kino Festivalı da 1988-ci ildə Bakıda məhz bu kinoteatrda keçirilib.
Ötən əsrin 90-cı illərinə qədər kinoteatr öz həyatı ilə yaşayırdı. Sonra isə burada ticarət obyektləri, kafelər açıldı, otaqlar videozallara çevrildi.
2011-ci ilin noyabrında “Nizami” kinoteatrının yeni həyatı başlandı, üç illik əsaslı təmir və bərpadan sonra milli kino məbədi tamaşaçıların ixtiyarına verildi.
Birinci mərtəbədəki 80 və 50 yerlik zalların dizaynı böyük zövqlə yerinə yetirilib. İkinci mərtəbənin foyesində müxtəlif tədbir və mərasimlərin keçirilməsi üçün ideal şərait yaradılıb. 500 yerlik əsas zalda 3D formatında filmlərin nümayişi üçün Azərbaycanda ən böyük 18 metrlik ekran qurulub və 5 dildə sinxron tərcümə üçün sistem yaradılıb.
Əvvəlki şöhrəti bərpa olunan və müasir tələblərə cavab verən Nizami Kino Mərkəzi bu gün də tamaşaçıların sevimli istirahət mərkəzidir.
https://azerhistory.com/?p=9964





- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib
- 14:32 Mədəniyyət Nazirliyi incəsənət məktəblərinə 36 müəllim işə qəbul edib
- 14:29 “Xocalıya” əsəri Əlixan Səmədovun ifasında rəqəmsal platformalarda yayımlanıb
- 10:00 "Qış nağılı" adlı yeni il şənliyi keçirilib
- 09:28 Xalq artisti Gülağa Məmmədovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
- 11:27 Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:47 Yasamal rayon Heydər Əliyev Mərkəzində mühazirə oxunub
- 09:38 Milli Kitabxanada Knyaz Aslanın 65 illiyinə həsr olunmuş sərgi ziyarət edilib
- 09:27 “Şirinlər və Şaxta Baba” adlı uşaq tamaşası nümayiş olunub
- 17:31 “Qu gölü" baleti fransız və Belarus solistləri tərəfindən ifa olunub
- 11:55 Respublika Uşaq Kitabxanasının 60 illiyi qeyd olunub
- 10:54 Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür