İctimai tikili olan hamamlar xalqımızın məişət xüsusiyyətləri və estetik zövqünün atributlarından biri, Şərq ölkələrində təmizlik və paklıq məskəni sayılıb. Hamamlar sanitariya-gigiyena funksiyaları ilə yanaşı, həm də istirahət yerləri kimi üz tutulan məkanlardan olub. Qədim hamamlar xalqımızın mədəni tarixini özündə yaşatmaqla bərabər, maddi mədəniyyət abidəsi və memarlıq nümunəsi kimi də əhəmiyyətlidir. Bu mənada milli mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin hamamları həm tarixilik, həm memarlıq, həm də məişətimizin bir parçası kimi böyük maraq doğurur.
AZƏRTAC-ın müxbirinin həmsöhbəti Qarabağ tarixinin yorulmaz araşdırıcısı, tədqiqatçı-jurnalist Vasif Quliyevdir.
“Şuşada ilk hamam XVIII əsrin 50-cı illərində qala şəhər kimi formalaşmağa başlayanda Pənahəli xanın qardaşı oğlu Əbdüsəməd bəy tikdirib və həmin hamam sahibinin adı ilə də tanınıb. Hamamın qapısının üstündə Şuşa şəhərinin salınma, hamamın tikilmə tarixi, sahibinin adı həkk olunub. Binanın izləri təxminən XIX əsrin axırlarınadək yaşayırdı”, - deyə Vasif müəllim söhbətə başlayıb: “Qarabağın təsərrüfat həyatında, tikinti və abadlıq işlərində mühüm rol oynayan Qasım bəy Zakirin kürəkəni praporşik Əli bəy Məşədi Tanrıverdi oğlu Fuadovun Şuşada tikdirdiyi hamam memarlıq cəhətdən orijinallığı ilə seçilib. Həmin hamam obyektiv səbəblərdən dağılsa da, sonradan təmir edilib. Cəfərqulu xan Cavanşirin (Nəvanın), şəhər qazisi Mirzə Əbülqasım Haqverdiyevin və Şuşa qəza rəisi Konstantin Tarxan-Mauravovun fitnəsi ilə Məməğanlı Kərbəlayi Allahverdi Hacı Ələsgər oğlu Əli bəyi şərləyərək məhkəmədə üzünə durub ki, guya ondan min iki yüz tümən borc pul alıb və qaytarmayıb. Şəriət məhkəməsinin qərarı ilə Əli bəy Fuladova məxsus olan hamam sahibi vəfat edəndən sonra “borc”un əvəzi kimi “şikayətçiyə” verilib. Lakin Əli bəy Fuladovun oğlanları sonralar məhkəməyə müraciət edərək hamamı geri alıb və ata yadigarını uzun illər birlikdə işlədiblər”.
Tədqiqatçı-jurnalist deyib: “1878-1880-cı illərdə Bazar başında Şuşanın Merdinli məhəlləsinin başlanğıcında Xan qızı Xurşudbanu bəyimin Qarabağın zəngin tacirlərindən olan Hacı Rzaqulu bəy Ağakişi bəy oğlu Şəmsiyev ilə birlikdə tikdirdiyi Şirin su hamamının layihəsini memar Kərbalayi Səfixan Qarabağı verib. Hamam növbə ilə bir gün kişilərə, bir gün qadınlara xidmət edib. Xan qızı saxsı borularla şəhərə su çəkdirərkən bir qol da hamam üçün ayırıb. Şəhərin digər hamamlarında şor sudan istifadə edildiyi halda həmin hamam şəhərə çəkilən şirin su ilə işləyib. Elə buna görə də Hacı Rza hamamına el arasında “Şirin su hamamı” deyilib. Tacirin oğlanları İsmayıl bəy və Ağakişi bəy ataları vəfat edəndən sonra da onu işlədiblər və sonralar el arasında “Ağakişi bəyin hamamı” kimi tanınıb. Böyük Vətən müharibəsi illərinədək işləyən hamam sonralar baxımsızlıq ucbatından fəaliyyətini dayandırıb. Ötən əsrin 80-ci illərinin axırlarında bərpa edilib və şəhərin işğalınadək işləyib”.
“XIX əsrin əllinci illərinin əvvəllərində şahzadə Bəhmən Mirzə Qacar Şuşada məskunlaşarkən inşa etdirdiyi ilk tikililərdən biri də hamam olub. Şahzadənin saray kompleksinə daxil olan həmin hamam məxsusi olaraq bəyin ailəsinə xidmət edib. 1884-cü ildə onun ölümündən bir ay sonra baxımsızlıq ucbatından uçub dağılıb. Lakin bunlardan başqa Şuşada Hacı Salehin, Uğurlu bəyin, Xeyransa xanımın, Ağa Mirzə Əli Qazinin, Şahbaz bəyin, Hacı Əbdürrrəhimin və Rüstəm bəyin də hamamları olub”,- deyə Vasif Quliyev mövzunu yekunlaşdırıb.
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib
- 14:32 Mədəniyyət Nazirliyi incəsənət məktəblərinə 36 müəllim işə qəbul edib
- 14:29 “Xocalıya” əsəri Əlixan Səmədovun ifasında rəqəmsal platformalarda yayımlanıb
- 10:00 "Qış nağılı" adlı yeni il şənliyi keçirilib