XƏBƏRLƏR
MƏLUMAT
Respublika Uşaq Kitabxanasında növbəti tədbir - “Böyük maarifpərvər Firidun bəy Köçərli”
ÜMÜMİ XƏBƏRLƏR
29/01/2020 23:40

Yanvarın 29-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, Sabunçu rayon 192 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri ilə birgə görkəmli ədəbiyyatşünas, pedaqoq və publisist Firidun bəy Köçərlinin anım gününə həsr olunmuş “Böyük maarifpərvər Firidun bəy Köçərli” adlı tədbir keçirilib.

Tədbir çərçivəsində məktəblilərin təqdimatında F. Köçərlinin həyat və fəaliyyəti haqqında məlumat verilib, “Balalara hədiyyə” kitabından şeirlər, atalar sözləri, məsəllər, laylalar, tapmacalar, müdrik kəlamlar səsləndirilib, mahnılar ifa olunub, rəqslər təqdim edilib.

Tədbirdə çıxış edən kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova məktəbliləri məharətli çıxışları üçün təbrik edib və Azərbaycan uşaq ədəbiyyatı antologiyasının banisi Firidun bəy Köçərlinin həyat və fəaliyyətinin öyrənilməsinin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Tədbir çərçivəsində uşaqlar tərəfindən “Qarı və buz”, “Pıspısa xanım və Siçanbəy” nağılı, “Darı və Buğda” təmsili əsasında hazırlanmış səhnəciklər göstərilib.

Sonda tədbirdə iştirak edən uşaqlara kitabxana tərəfindən təsis edilən “Göy qurşağı” uşaq jurnalı hədiyyə olunub.

Baxış sayı: 4755