XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanlar unudulmur” rubrikasında Hidayət Əliyevin anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
26/01/2023 00:30

Hidayət Məcid oğlu Əliyev 17 noyabr 1957-ci ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olub.

Ali məktəbi bitirib təyinatla Aşqabad şəhərində iki il işlədikdən sonra doğma kəndlərinə qayıdıb.

1991-ci ilin oktyabrında Milli Orduya könüllü gedib. Baş leytenant rütbəsində taqım komandiri kimi Xocavəndin Qaradağlı kəndində fəaliyyətə başlayıb. O, öz taqımı ilə 28 gün kəndi müdafiə edib.

26 yanvar 1992-ci ildə Daşaltı əməliyyatında qəhrəmancasına həlak olub. Lakin onun meyidi 1 ay sonra Semaşko xəstəxanasının meyidxanasından tapılıb və Şəhidlər Xiyabanında dəfn edilib.

Baxış sayı: 155