XƏBƏRLƏR
MƏLUMAT
"Qarabağ – mədəniyyətimizin beşiyi”: Varazqun məbədi
ÜMÜMİ XƏBƏRLƏR
19/11/2020 07:02

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Layihə çərçivəsində növbəti material Varzaqun məbədinə həsr edilib.

Varazqun məbədi Laçın rayonu ərazisində yerləşən qədim alban abidəsidir. Abidə II-V əsrlərdə Qafqaz Albaniyası dövründə inşa edilib və dövrümüzə xarabalıqları qalıb.

Məbədin ətrafında Varazxan adlanan kəndin xarabalıqları qalmaqdadır. Ehtimal olunur ki, məbədin ilk adı da elə Varazxan və ya Varazqun olub.  

Yüksək dağlıq ərazidə inşa edilən məbədin ərazisində VII əsrə aid qədim alban qəbiristanlığın qalıqları, həmçinin XVI əsrdə kəsilmiş Səfəvi dövlətinə aid sikkələr tapılıb.

 

 

Baxış sayı: 283