Bakı gözəl memarlığı – tarixi binaların möhtəşəmliyi ilə həmişə məşhur olub. Gəzinti vaxtı seyr etdiyimiz bu gözəl binaların hər birinin öz tarixi, orada yaşayan insanların öz hekayələri var. XX əsrin əvvəllərinin - sürətlə inkişaf edən neft Bakısının ən gözəl tikilisi, bu gün isə insanları səadətə qovuşduran ”Səadət sarayı”. Bakının mərkəzində qərar tutan bu möhtəşəm bina bəlkə də ona görə belə heyrətamizdir ki, o, xoşbəxt cütlüyün bir-birinə olan sonsuz sevgisindən yaranıb.
Murtuza Muxtarov və Əhməd Cavad küçələrinin kəsişməsində yerləşən Səadət sarayı həm də Muxtarovun evi kimi tanınıb. Binanın inşası – Bakı milyonçusu Murtuza Muxtarov və onun həyat yoldaşı Yelizavetanın gözəl sevgi hekayəsini yada salır.
Murtuza Muxtarov Əmircan qəsəbəsində fəhlə ailəsində dünyaya göz açıb. Onun babası və atası araba ilə mədənlərdən neft daşıyar və bunun müqabilində onlara verilən pulla ailəni saxlayardılar. Bu cür çətinlikdən qurtarmağa can atan Murtuza 15 yaşında-1870-ci ildə mədəndə işə düzəlib. Tənbəllik etməyən, öhdəsinə düşən bütün işləri görən Murtuza mədəndə hər bir avadanlıqla da yaxından maraqlanıb.
Murtuza Muxtarovun çalışqanlığı diqqətdən yayınmayıb. Ona dəzgah və maşınları etibar edərək, usta vəzifəsinə keçirdiblər. İşinin öhdəsindən yaxşı gəldiyi üçün tezliklə onu bütün avadanlıq üzərinə nəzarətçi qoyublar. 1890-cı ildə isə Murtuza öz qazma kontorunu yaradıb. Beş ildən sonra o, öz qazma sisteminə patent alıb və bu sistem “neft” aləmində “Muxtarov” sistemi kimi tanınıb. Daha sonra avadanlıq istehsalı zavodu, onun ardınca fəhlələr üçün ayrıca ev tikdirən Muxtarov bütöv mədənləri və sahələri almağa başlayıb və beləliklə də varlanıb.
Murtuza Muxtarov Vladiqafqaza işgüzar səfərlərinin birində osetin generalı Tuqanov və onun ailəsi ilə tanış olub. Generalın ortancıl qızının gözəlliyinə və kübar davranışına valeh olan Murtuza onunla ailə qurmaq qərarına gəlib. Əvvəlcə Tuqanovlar öz qızlarını “rəiyyətə” vermək istəməyiblər, lakin həmin vaxta qədər Murtuza Muxtarov kifayət qədər məşhurlaşaraq, yüksək dairəyə daxil olub.
Təzəcə toyu olan cütlük Avropa səyahətinə çıxıb. Venesiyanın möhtəşəm memarlığına valeh olan Murtuza Muxtarov qayıdandan sonra sevimli arvadına saray tikdirməyi qərara alıb. Memar İosif Ploşko (İsmailiyyə binasının layihə müəllifi) tərəfindən layihələşdirilən saray cəmi bir ilə (1911-1912-ci il) tikilib. Qotika üslubunda tikilən bina öz kompozisiya həlli ilə seçilib.
Ölkənin ictimai həyatında fəal olan gənc Yelizaveta “Nicat” cəmiyyətində işləyib. Uşaqlar üçün xəstəxana yaradılmasında iştirak edib.Yelizaveta həm də, Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinə rəhbərlik edib. Onun öz övladı olmasa da, malikanəsində yetim qızlar üçün pansion açaraq bir ana kimi onların qayğısına qalıb.
Sarayın xoşbəxt həyatı qəfildən pozulub. Bolşeviklərin hakimiyyətə gəlişi ilə mülk sahiblərinin əlindən alınıb. Muxtarovların ailəsi və qohumları Gürcüstana gedib. Murtuza özü isə süvari dəstəni cəsarətlə qarşılayaraq, onları güllələyir, sonuncu gülləni isə özünə vurub. Nəticədə bina XI ordunun qərargahına çevrilib. Bakıda qalaraq həyatında təhlükələr artan xanımı isə Türkiyəyə gedərək, 1950-ci ilə qədər orada yaşayır.
Bolşevik işğalından sonra binada Əli Bayramov adına Qadınlar Klubu yerləşdirilib. Sonra orada Şirvanşahlar muzeyi yaradılıb. Daha sonra bura nikah sarayı olub. Əsaslı təmir və yenidənqurmadan sonra Səadət sarayı 2012-ci ildə istifadəyə verilib.
Saray Naxçıvandan olan, Bakıda yaxşı inşaatçı kimi tanınan Qasımov qardaşları tərəfindən tikilib. Onlar üç qardaş olub: Hacı, Əli və İmran. Kiçik qardaş İmran tikilməkdə olan binanın eyvanında əsgər heykəlini yerləşdirərkən yerə yıxılıb və ölüb. Bir neçə il sonra Hacı dünyaya gələn nəvəsinə qardaşının adını qoyub. Bu, gələcəyin məşhur yazıçısı, “Uzaq sahillərdə” romanının müəllifi İmran Qasımov olub.
İlkin layihəyə görə, Muxtarovun evi yaxınlıqda yerləşən Aleksandr Nevski kilsəsindən hündür olmalı idi. Lakin hökumət orqanları buna yol verə bilməzdi. Çünki kilsə şəhərin ən görməli yeri olub. Bir bina belə ondan hündür olmamalı idi.
1924-cü ildə Klara Setkin Əli Bayramov adına Qadınlar Klubuna gedib və Azərbaycan qadınlarının zəhmətsevərliyinə heyran qalıb. Sonralar o, “Qafqaz od içində” kitabında yazıb: “Müsəlman qadınlarında yüzilliklər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq, insanlıq ləyaqəti şüuru və insan hüquqlarını əldə etmək səyi oyanıb. Müsəlman qadınların klubu bu cəhətdən, böyük vəzirin qızının dəbli Avropa kostyumuna və ya bir neçə zəngin müsəlman qızın Parisdə, Londonda və ya Berlində təhsil almasına baxmayaraq, güclü və inandırıcı sübut kimi çıxış edib”.Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qorunur.
Murtuza Muxtarovun tikdirdiyi gözəl “Səadət sarayı” 100 il sonra da öz missiyasını yerinə yetirməkdə davam edir. Hazırda əsaslı şəkildə təmir olunan, Dövlət Nigah Qeydiyyatı İdarəsinin yerləşdiyi bu bina, sanki içəri qədəm qoyan hər kəsə əsl sahiblərinin xoşbəxt ailə qurmaq baxımından xeyir-duasını verir.


- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib