Laçının işğalından 28 il keçib.
Laçın qayaları da, yolları kimi qırçın-qırçın, buludları əlçim-əlçim. Görəsən, laçınlıların yuxuları nə vaxtı olacaq çin? Nənələrimizin bayatılı-ağılı oxşamalarında əzizlənən xınalı daşlarında kəkliklərinin izi, gözəllərinin bulaq suyu kimi dupduru gözü, müdriklərinin ağsaqqal sözü qalıb yaddaşımızda. Laçının təbiətinin vəsfi şeirin, musiqinin ritminə köklənib.
Təkcə maddi sərvətlər beşiyi deyildi Laçın. Burada min illərin, əsrlərin yadigarı olan maddi mədəniyyət abidələri - mənəvi sərvətlərimiz var idi. Tarixin yaddaşı olan abidələr bu yerlərdə çoxdan saxtalaşdırılıb, erməniləşdirilib. Bir sözlə, Azərbaycanın mədəni irsini hədəf seçən ermənilər işğal altında qalan maddi mədəniyyət abidələrimizi tamamilə və qəddarlıqla məhv ediblər. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində 12 muzey və 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilərək yandırılıb. Nadir əhəmiyyətə malik 40 min muzey sərvəti və eksponat talan olunmuş, 44 məbəd və 18 məscid təhqir edilib. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 600 min nüsxə kitab və nadir incilərdən sayılan əlyazmaların külü göylərə sovrulub.
Laçın dağlarında qədim və möhtəşəm mədəniyyət abidələri ilə təbiət bir-birini sanki tamamlayıb. Cicimli, Güləbird, Soltanlar, Zeyvə, Malıbəy, Yənqıça, Bülövlük, Araflı, Əliqululu, Malxələf, Hüsülü, Kosalar, Seyidlər, Pircahan, Kürdhacı və digər kəndlərdəki tarixi abidələr (12 qoç, 28 at fiquru, 36 müxtəlif süjetli yazılar və rəsmlər, sal daş, müxtəlif dövrlərdə ərəb əlifbası ilə yazılmış, bir-birinə bənzəməyən sənət rəmzləri həkk edilmiş qəbirüstü daşlar, məşhur Sarı Aşığın sevgilisi Yaxşının məzarı) bu torpaqlarda min illər boyu yaşayan əcdadlarımızın bizə yadigar qoyduğu nişanələr idi. Rayonun Cicimli kəndindəki məbəd, qədim anbar, Güləbirddə Sarı Aşığın qəbirüstü ziyarətgahı (Bax: "Qarabağ - yaddaş", Bakı, "MHS-poliqraf"-2010. səh. 76-80 ) rayonun tarix-diyarşünaslıq muzeyi əsrlərin canlı salnaməsi idi. Muzeydə toplanmış nadir eksponatlar Laçının zəngin tarixi keçmişi haqqında dolğun təsəvvür yaradıb. Təəssüf ki, Laçının işğalı nəticəsində bu tarixi incilər də təcavüzün qurbanına çevrilib. Bütün bunlar az imiş kimi, tarixin yadigarları, milli mədəniyyət abidələrimiz olan qala və məbədlər saxtakarcasına erməniləşdirilib.
Belə təcavüzə məruz qalan abidələrdən Laçının işğalından sonra orada tikilmiş qondarma, saxta erməni kilsəsi kimi təqdim olunan Ağoğlan abidəsi, Böyük Vətən müharibəsi iştirakçılarınin xatirə kompleksinin erməniləşdirilməsi, şəhərin qərb istiqamətdən çıxışında tikilmiş abidə - "Qala qapısı" (üzərində erməni xaçı) və s. dediklərimizə əyani sübutdur.
Laçın rayonu ərazisindəki memarlıq abidələrinin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Memarlıq elmləri doktoru D.A. Axundov və fəlsəfə elmləri namizədi M.D. Axundov "Qafqaz Albaniyasının stellalarında dini simvolika" və "Dünyanın mənzərəsi" adlı məqalələrində ("Azərbaycan Abidələri" məcmuəsi, N01, 1984-cü il) göstərirdilər ki, düzbucaqlı çərçivə içərisində cızma texnikasında işlənilən qadın, güman ki, Ay Allahı təsvir olunub. Göstərilən bu stellala bizim eranın xristianlıqdan əvvəlki dövrünə, bəlkə də daha qədimlərə aiddir. Buna bənzər, daha doğrusu, tamamilə onun eyni olan bir stella da Kosalar kəndində, Ağoğlan qəsrinin həyətində var idi. Belə abidələr, Laçınla qonşuluqda yerləşən Kəlbəcər rayonu ərazisində də mövcud idi. Məlum olduğu kimi, Kəlbəcərin bir hissəsi Alban Xaçın Knyazlığının tərkibində olub. Ora yaxın olan Laçın rayonunun ərazisində bir sıra adlar Xaçınla bağlıdır. Bozlu kəndi ərazisində olan "Xaçın daşı" və s. Ola bilsin ki, vaxtilə bu yerlərin bir hissəsinin Xaçın knyazlığı ilə əlaqəsi olmuşdur. Lakin, buna baxmayaraq, Ermənistan bu abidələri "özününküləşdirir" və təbliğ edib. Alı Xəlifə ocağı Laçının Böyük Seyidlər kəndində yerləşib. Qarabağın ən ağır seyidlərindən olan Alı Xəlifə elə həmin kənddə dünyasını dəyişmişdir ki, məzarı üstündə sərdabə tikilib. Ən ulu səcdəgahlardan biri də məhz Alı Xəlifənin ocağı idi.
Laçının müqəddəs yerlərindən biri də Böyük Seyidlər kəndindəki Seyid Hüseyn ziyarətgahı olub. Bu kənddəki ziyarətgahların sırasına daxil olanlardan biri də "Güllü qəbir" piri idi ki, orada Hacı İbrahim ağa dəfn edilib. Məlumatlara əsasən, o, Qarabağ ellərinin ağır övliyalarından sayılan Xudavəndə Xəlifənin nəvəsi idi.
Ağoğlan qəsri Laçının Minkənd çayının kənarında, hündür bir yerdədir. Cicimlidə məbəd, qədim anbar, Güləbirddəki Sarı Aşığın qəbirüstü ziyarətgahı, Zeyvədə Şeyx Əhməd, 1-ci və 2-ci Soltanbaba, Minkənddə XV əsr məbədi, Qarıqışlaqda Dəmirovlu pir-məbədi, Bülövlük kəndinin şimalındakı qədim Kişpəyədə Alban məbədi, Piçənisdə Alban məbədi, Xan qəbiristanlığındakı Zəngəzurun sultanları Qara Murtuza bəyin, 1-ci Alməmmədin, 2-ci Alməmmədin hasardakı türbələri, Şeyx Şamillə dostluq etmiş, ona kömək göstərmiş Cəbrayıl bəyin türbəsi, Araflıda Murtuza Sultanın anasının türbəsi, Pircahan çayında Məşədi Mehralının arxitekturalı və Minkənd körpüləri kimi tarixin nadir inciləri erməni vandalları tərəfindən darmadağın edilib.
Memarlıq abidələrindən Hoçaz kəndindəki mağara-məbəd (V əsr), Cicimlidəki Məlik Əjdər türbəsi (XIV əsr), adsız türbə (XVII-XVIII əsrlər), Şeyx Əhməd türbəsi (XIX əsr), Qarıqışlaq kəndindəki məscid (1718), Hüsülü kəndində Həmzə Sultan sarayı (1761), Həkəri çayı üzərindəki körpü (XVIII əsr), Ağoğlan çayı üzərindəki məbəd (XIX əsr), Güləbirddəki türbənin taleyi isə yalnız onları saxtalaşdırmış daşnaklara məlumdur. Bir sözlə, kəndlərdə əsrlərin və qərinələrin yaşıdı abidələr, dağlardakı qalalar yadellilərin dəfələrlə etdiyi hücumlardan qorunsa da, 1992-ci ildən başlayaraq daha ağır zərbə aldı, daş-divarlarındakı yaddaş tarixləri silinərək erməniləşdirildi və dünyaya "qədim erməni xalqının yazılı abidələri" kimi təqdim edilib.
Milli Ordumuzun əks-hücumu və qələbələri tezliklə Azərbaycanın ayrılmaz hissəsi Qarabağın və onun şahinlər oylağı – Laçının da azad olunacağına inamımızı günbəgün artırır.
Qarabağ Azərbaycandır!


- 17:42 Ağdaş və Mingəçevir şəhərlərində məlumatlandırıcı görüşlər keçirilib
- 17:37 Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində Korrupsiyaya qarşı mübarizə mövzusunda görüş keçirilib
- 16:37 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbi konsert proqramı ilə çıxış edib
- 16:14 “Korrupsiyaya qarşı 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq tədbir keçirilib
- 15:58 Musiqi Məktəbində Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi mövzusunda görüş keçirilib
- 14:43 "Yalançı çoban" adlı tamaşa təqdim olunub
- 14:37 Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Kəlağayı bayramı” keçirilib
- 10:48 “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 25” çərçivəsində "MyForum" keçiriləcək
- 09:59 Azərbaycan və Türkiyənin opera teatrları birgə layihələr həyata keçirəcək
- 09:50 “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirilib
- 09:35 Xalq artisti Mənsum İbrahimovun 65 illik yubileyi qeyd olunub
- 14:48 Gənclər Kitabxanasında Xalq şairi Vahid Əzizin 80 illik yubileyi münasibətilə silsilə materiallar hazırlanıb
- 10:00 Nizaminin vətənində növbəti kitab bayramı
- 09:20 Londonda azərbaycanlı rəssamın “Yeddi Gözəl” sərgisi keçirilib
- 09:16 Filarmoniyada Sergey Raxmaninovun yaradıcılığına həsr olunmuş unudulmaz musiqi gecəsi
- 20:24 Əməkdar artist Bəhram Bağırzadə ilə görüş keçirilib
- 17:05 Üzeyir Hacıbəylinin ev-muzeyinin yaranmasının 50 illiyi münasibətilə tədbir keçirilib
- 17:01 Yazıçı Elxan Elatlı ilə görüş keçirilib
- 11:57 Milli Kitabxanada Cavanşir Quliyevin anadan olmasının 75 illiyi münasibətilə sərgi açılıb
- 09:34 “Mənim adım Neftdir” filmi beynəlxalq festivalın əsas mükafatını qazanıb
- 17:04 Azərbaycan İƏT ölkələrinin Milli Kitabxana rəhbərlərinin VII görüşündə təmsil olunub
- 12:15 Milli Kitabxanada “20 Noyabr - Ağdam Şəhəri Günü” adlı kitab sərgisi açılıb
- 12:03 Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın xatirəsi anılıb
- 10:02 Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə tədbir və “Kölgəsiz dünya” sənədli filminin təqdimatı keçirilib
- 09:54 20 noyabr-Ağdam şəhəri günüdür
- 17:09 Görkəmli xoreoqraf-baletmeyster, Xalq artisti Roza Cəlilova vəfat edib
- 15:38 Ankarada Aytmatov və Abayın ortaq türk əlifbası ilə nəşr olunan əsərlərinin təqdimatı keçirilib
- 11:37 Milli Kitabxanada “Əməkdar elm xadimi Qulu Xəlilov – 95” adlı kitab sərgisi açılıb
- 09:40 Akademik Musiqili Teatrda “Gülçöhrə və Əsgər” tamaşasının premyerası olub
- 09:36 “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” tədbiri keçiriləcək
- 09:22 “Şamaxıdan doğan günəş” adlı tədbir keçirilib
- 16:41 Bədii Özfəaliyyət Kollektivlərinin təltifolunma mərasimi keçirilib
- 14:23 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin yubiley konserti keçirilib
- 10:58 Xalq artisti Vasif Adıgözəlovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 10:55 “Sən də hüququnu bil” adlı tədbir keçirilib
- 09:22 Yaradıcı Mərkəz STEAM Azərbaycan Festivalında iştirak edir
- 14:40 Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası Türkmənistanda türkmən dilində təqdim edilib
- 12:32 Azərbaycan Kəlağayısı Gününə dəyərli töhfə
- 10:50 Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzləri üzrə xüsusi müsabiqənin müsahibə mərhələsi elan edilir
- 09:41 Bakı Beynəlxalq İncəsənət Festivalının bağlanış mərasimi keçirilib
- 09:39 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günüdür
- 09:12 ABŞ-ın San Dieqo şəhərində Azərbaycan-Amerika dostluq konserti təşkil olunub
- 17:30 Yeni tədris ilindən incəsənət məktəblərində pilot ixtisaslar üzrə tədris başlanacaq
- 17:22 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 17:14 “17 Noyabr - xalqımızın milli azadlıq hərəkatının başlanğıc günü” mövzusunda tədbir keçirilib
- 14:47 Mədəniyyət naziri Daşkənddə keçirilən “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqresdə iştirak edir
- 14:37 Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin qaliblərinin təltifolunma mərasimi keçirilib
- 11:57 “Suveren ölkənin gəncləri” adlı tədbir keçirilib
- 09:43 “Kamera musiqisi axşamı” adlı konsert keçirilib
- 09:08 Azərbaycan Milli Kitabxanası Özbəkistanda keçirilən Beynəlxalq Konqresdə təmsil olunur
- 16:02 Azərbaycan ilk dəfə Vyana Beynəlxalq Kitab Sərgisində təmsil olunur
- 15:26 "Sağlam gələcək naminə, narkomaniyaya yox deyək" adlı tədbir keçirilib
- 15:11 Suraxanı rayon Heydər Əliyev Mərkəzi açıq dərs təşkil edib
- 14:30 Aşıq Dirili Qurbaninin və Aşıq Ələsgərin yubileyləri UNESCO-nun 2026–2027-ci illər Yubileylər Proqramına daxil edilib
- 11:07 “Əsas qanunumuz-Müstəqil Dövlətimizin təminatıdır” mövzusunda dəyirmi masa keçirilib
- 09:03 Dünyanın aparıcı caz portalında “Baku Jazz Festival-2025” haqqında məqalə yayımlanıb
- 17:34 Bakıda Uşaq Junior Liqasının oyunlarına start verilib
- 15:37 “Konstitusiya və Suverenlik dövlətçiliyimizin əsas amilidir” mövzusunda seminar keçirilib
- 15:32 Şəhid analarının iştirakı ilə görüş keçirilib
- 14:55 Ölkəmiz Almaniyada beynəlxalq incəsənət sərgisində təmsil olunub