Hər bir xalqın ədəbiyyat tarixində elə şəxsiyyətlər olur ki, onların yaratdığı sənət möcüzələri əbədi olaraq qalır, zaman keçsə də, nəsillərin bədii zövqünü oxşayır. Çünki belə əsərlər epoxanın həyatına güzgü tutmaqla həqiqətləri gələcək nəsillərə çatdırır. Belə əsər müəllifləri sırasında görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin də xüsusi yeri var. Onun zaman keçsə də, bədii dəyərini itirməyən, aktuallığını qoruyan əsərlərindən biri də “Knyaz” faciəsidir.
Ədəbiyyatımızda öz dəsti-xətti ilə seçilən dramaturq “Knyaz” pyesini 1928-1929-cu illərdə yazıb. Bu əsəri ilə müasirliyə daha da yaxınlaşan müəllif yeni əhvali-ruhiyyəni əks etdirə bilib. Faciənin mövzusu 1920-ci illərin əvvəllərində Gürcüstan həyatından götürülüb. Xoş güzəran keçirən knyazın zorla özünə arvad etdiyi kəndli qızı Jasmenin qapılarında qulluqçuluq edən Marqonun oğlu bolşevik Antonu seçməsi, keşməkeşli hadisələrdən sonra ona qovuşması əsərin əsas süjetini təşkil edir. Bu pyes Cavidin yaradıcılığında möhkəm yer tutan azad sevginin və pak mənəviyyatın təntənəsi motivinin yeni şəraitdə canlandırılmasına xidmət edir. Dramaturq gurlayan inqilab dalğalarından xoflanıb Avropaya qaçan knyazın və onun ailəsinin yaşadıqlarını təsvir etməklə zamanındakı əsilzadələrin, mülkədar zümrəsinin faciəsini məharətlə ümumiləşdirir.
Əsərin son səhnələrində biz knyazı Berlində, mühacirətdə görürük. O, burada tək deyil. Rusiyada inqilabın qələbəsindən sonra çox belə knyazlar mühacirətə qərar verib. Onların hamısı səfil, dilənçi kökünə düşüblər. Altmış yaşlı knyaz da bu səfillərdən biridir. Onun qızı Lena Berlin kafe-şantanlarında rəqqasəlik edir. Knyazın ucundan doğma Gürcüstandan ayrı düşmüş Jasmenin də halı acınacaqlıdır.
Əsəri oxuduqca daha yaxşı anlaşılır ki, bu pyesdə Cavid inqilabçıların fəaliyyətindən daha çox Jasmen və Lenanın faciəsinə yer verib.
Qeyd edək ki, “Knyaz” əsəri haqqında böyük dramaturq Cəfər Cabbarlı da müsbət fikirdə olub. Cabbarlı yazırdı ki, “Knyaz” pyesi Hüseyn Cavidin böyük nailiyyətidir. Belə ki, bu pyesdə Cavidin dili əvvəlki pyeslərinə görə çox sadə və anlaşıqlıdır.
Məlumdur ki, H.Cavid pyesləri 1920-30-cu illərdə səhnəmizin inkişafında əvəzsiz rol oynayıb. “Knyaz” pyesi də 1930-cu ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında, Gürcüstanda Tiflis Dövlət Qırmızı Ordu Teatrında və Türkiyədə Türk Bədaye Teatrında tamaşaya qoyulub və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. 1930-cu ildə səhnə həyatına başlayan əsər elmi ədəbiyyatda və Akademik Milli Dram Teatrının bəzi afişa və proqramlarında “Dəli knyaz” adı ilə də verilib.
“Knyaz” pyesi ilk dəfə ədibin qızı Turan Cavidin tərtibi ilə 1968-1971-ci illərdə “Azərbaycan Dövlət Nəşriyyatı”nda nəşr olunan üç cildliyə daxil edilib. Əsər 1968-1970-ci illərdə Naxçıvan Dram Teatrının repertuarına daxil edilib və tamaşaya qoyulub.
Bu il böyük dramaturq Hüseyn Cavidin “Knyaz” faciəsinin ilk dəfə səhnəyə qoyulmasının 100 ili tamam olur. Bu münasibətlə AMEA Hüseyn Cavidin Ev Muzeyi əsəri yenidən nəşrə hazırlayır. Bu yaxınlarda əsər ayrıca kitab halında cavidsevərlərin ixtiyarına veriləcək.
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib