XƏBƏRLƏR
MƏLUMAT
“Hər zamanın nağılçısı – H.X.Andersen” adlı virtual kitab sərgisi oxuculara təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
02/04/2021 05:44

AZƏRTAC xəbər verir ki, virtual sərgidə Azərbaycan və rus dillərində 29 kitab tam mətinilə yerləşdirilib. Sərginin təşkil olunmasında əsas məqsəd uşaqların intellektual inkişafında mühüm rol oynayan məşhur nağılçı Andersenin nağıllarını oxuculara sevdirmək və mütaliəyə həvəsi artırmaqla onların informasiya tələbatını ödəmək sayılır.

Qeyd edək ki, 2 aprel - Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş “Hər zamanın nağılçısı – H.X.Andersen” adlı virtual sərgi 1967-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurası tərəfindən Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin anadan olduğu gün ilə əlaqədardır.

Oxucular virtual sərgi vasitəsilə “Sehrli nağıllar”, “Qar Kraliçası”, “Nağıllar”, “Волшебный Мир”, “Огниво”, “Волшебный зонтик”, “Сказки” və digər müxtəlif maraqlı kitablardan yararlanacaqlar.

Aşağıdakı link vasitəsilə virtual sərgi ilə yaxından tanış ola bilərsiniz:

https://www.clb.az/hans-xristian-andersen_d3138.html 

Baxış sayı: 252