
Ötən əsrin ilk onilliklərində Azərbaycanda dərc olunan satirik jurnallarda müxtəlif millətlərdən olan rəssamlar üstünlük təşkil edib. O.Şmerlinq, İ.Rotter, B.Telinqator, Y.Hamberq, V.Giladze və başqalarının məhsuldar fəaliyyəti sayəsində respublikamızda karikatura sənəti müəyyən inkişaf mərhələsinə çatıb. Eyni zamanda Əzim Əzimzadə başda olmaqla azərbaycanlı rəssamlar da milli karikatura sənətinin təşəkkül tapmasına öz töhfələrini veriblər. O dövrdə maraqlı əsərləri ilə diqqətçəkən karikatura və kitab qrafikası ustalarımızdan biri də Xalq rəssamı, Dövlət mükafatı laureatı İsmayıl Axundov olub.
İsmayıl Hüseyn oğlu Axundov 1907-ci il aprelin 15-də Bakının Maştağa kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra əvvəlcə Pedaqoji Texnikumda, sonra Rəssamlıq Məktəbində oxuyub. Daha böyük uğurlara imza atmaq məqsədilə 1928-1932-ci illərdə Moskva Poliqrafiya İnstitutunun nəşriyyat fakültəsində ali təhsil alıb. Bakıya qayıtdıqdan sonra “Azərnəşr”də işləməyə başlayır. Çox keçmir, öz məsuliyyətli və işgüzarlığı ilə rəhbərliyin diqqətini çəkir, qrafika bölməsinə rəhbər təyin edilir.
İsmayıl Axundov bir müddət “Molla Nəsrəddin” jurnalının da fəal əməkdaşlarından olub. Rəssamın qeydlərindən bəlli olur ki, onun sənətdə daha şövqlə irəliləməsində görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin tövsiyələri rol oynayıb. Rəssam böyük ədiblə görüşü haqda yazır: “20 yaşımda adını eşidib, üzünü görmədiyim nurani-pirani sifətli, ağır yerişli Mirzə Cəlillə mənzilinin yaxınlığında rastlaşdıq. Özümdən asılı olmayaraq ona yaxınlaşdım və ehtiramla salam verdim. Adımı, soyadımı soruşdu. Kim olduğumu dedim. Sən demə, böyük sənətkar mənim əsərlərimlə tanış imiş. “Oğul, “Qız qalası üstündə göyərçinlər” əl işinə baxmışam. Sənin gələcəyinə inanıram. Mübariz, sözübütöv ol. Yadında saxla, əsl sənət riyakarlığı sevmir”, - dedi. Bu sözlər mənim sənət yoluma işıq saldı”.
1937-1940-cı illərdə Rəssamlıq Məktəbinə direktor təyin olunan İsmayıl Axundov yüksək insani keyfiyyətləri, həmkarlarına qarşı diqqətcil və qayğıkeş münasibəti ilə kollektivin rəğbətini qazanıb. Görkəmli fırça ustalarından Tağı Tağıyev, Salam Salamzadə, Vidadi Nərimanbəyov, Səttar Bəhlulzadə, Baba Əliyev, Kazım Kazımzadə yeri düşdükcə bu qayğıkeş insanın fəaliyyətindən söz açıb, onu ehtiramla yad ediblər.
Sənətkar 1940-cı ildən Nizami adına Ədəbiyyat Muzeyinin direktoru və baş rəssamı işləyib. İlk gündən müxtəlif yaradıcılıq nümunələrinin, eksponatların toplanmasına, muzeyin tərtibatına qayğı göstərib. Daha sonra Xalq artisti Adil İsgəndərovun dəvət ilə Dövlət Akademik Dram Teatrında çalışıb. Xalq yazıçısı Mirzə İbrahimovun “Həyat” pyesinin tamaşasının geyim eskizlərini çəkib, Cəfər Cabbarlının “Yaşar”, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Səməd Vurğunun “Vaqif” və başqa səhnə əsərlərinə bədii tərtibat verib. Təsviri sənətdə qazandığı nailiyyətlərə görə 1940-cı ildə respublikanın “Əməkdar incəsənət xadimi”, 1960-cı ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb.
1952-ci ildə rəssamın həyatında yeni bir səhifə açılır. “Molla Nəsrəddin” jurnalının satira ənənələrini davam etdirən “Kirpi” dərgisi nəşrə başlayır. Jurnalın ilk redaktoru olmuş yazıçı Əvəz Sadıq xatirələrində yazır: “İsmayılı çoxdan tanıyırdım. Yaradıcılığına yaxından bələd idim. Əsərləri görənləri həm güldürür, həm də düşündürürdü. Bir tipin portretinin məntiqində geniş fikir söyləmək çətindir. Ancaq dostumuz İsmayıl bu işin öhdəsindən bacarıqla gəlir. Onun “Aya boylanan”, “Ayı oynayanda”, “Şeir yazan pişik” və s. karikaturalarını oxucular maraqla qarşılamışdılar. “Kirpi”nin tanınmasında və populyar olmasında İsmayıl Axundovun xidmətləri danılmazdır”. Görkəmli sənətkar 1960-cı ildən yenidən Akademik Dram Teatrında yaradıcılıq fəaliyyətini davam etdirir. Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi sənətkarlarla birgə çalışır. Teatrda dekorasiya sahəsinə müəyyən yeniliklər gətirir.
Respublikanın ictimai-mədəni həyatında aktiv olan rəssam eyni zamanda Moskvada keçirilən ilk kənd təsərrüfatı sərgisinin tərtibatında iştirak edib. Azərbaycan Rəssamlar İttifaqının sədri olub, Bakı Şəhər Sovetinin və respublika Ali Sovetinin deputatı seçilib.
Böyük həyat coşqunluğu ilə çalışan fırça ustası 1969-cu il sentyabrın 13-də, ömrünün müdrik, yaradıcılığının al-əlvan çağlarında vəfat edib. Xalq rəssamının yaradıcılığı sənətsevərlərin yaddaşında əbədi heykəlləşib. Zaman dayanmadan ötüb keçir. Həyatda isə hər kəsi xatırladacaq bir iz qalır. İsmayıl Axundovu tanımaq istəyənlərə onun obrazlar qalereyasını, karikaturalarını və portretlər silsiləsinə baxmaq bəs edir. Doğrudan da, sənətkar o zaman əbədiyaşar olur ki, onun izi zamanın sınaqlarından uğurla çıxır...
Savalan Fərəcov
- 17:09 Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüşlər davam edir
- 16:40 “Hadrut, sən azadsan!” sənədli filmi nümayiş olunub
- 15:26 Rəssamlıq Akademiyasının müəllim və rəssamlarının əsərləri İstanbulda sərgilənir
- 12:42 Tanınmış şair Vaqif Bəhmənliyə həsr olunmuş elektron məlumat baza hazırlanıb
- 12:08 Gözdən Əlil Uşaqlar üçün 38 nömrəli onbirillik Musiqi məktəbi hesabat konserti keçirib
- 12:02 Azərbaycan Milli Kitabxanasının 102 illiyi münasibətilə virtual sərgi hazırlanıb
- 11:30 Suraxanı rayon Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev və Azərbaycan” adlı layihəsi davam edir
- 11:17 Əməkdar mədəniyyət işçisi Fikrət Sadığın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 09:23 Moskvada “İRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb
- 09:14 Musiqi müəllimlərinin attestasiyası ilə bağlı infotur təşkil olunub
- 17:15 Niderlandda “Azərbaycan xalçalarının möhtəşəmliyi: Sənət vasitəsilə öyrənmək” mövzusunda xalça sərgisi açılıb
- 15:02 Azərbaycanın zəngin musiqi irsi Mərakeşin qədim Fes şəhərində uğurla təqdim olunub
- 14:25 “Ulduz”lu may
- 12:05 Milli Kitabxanada “Professor Nizami Tağısoy” adlı kitab sərgisi açılıb
- 11:40 36 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 11:19 Bu gün Xalq Artisti Aqşin Əlizadənin anadan olmasının 88 ili tamam olur
- 10:15 Bu gün Xalq Artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 107 ili tamam olur
- 10:07 "Qara Qarayevin işığında" adlı konsert keçirilib
- 09:43 33 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 09:19 Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti keçirilib
- 09:15 Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb
- 17:08 Tacikistan Milli Muzeyində görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş sərgi açılıb
- 17:07 “Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
- 15:29 Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin kitablarının təqdimatı olacaq
- 15:18 Azərbaycan Astanada keçirilən forumda muzey eksponatlarının konservasiyası təcrübəsini bölüşür
- 14:20 Milli Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim olunacaq
- 13:10 24 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 12:09 Düşənbədə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açılıb
- 11:35 Milli Kitabxanada tanınmış şair Vaqif Bəhmənlinin 70 illik yubileyi münasibətilə kitab sərgisi açılıb
- 11:32 “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” mövzusunda təlimlər davam edir
- 09:26 Özbəkistanın Fərqanə vilayətində Üzeyir Hacıbəylinin 140 illiyi ilə əlaqədar konsert təşkil edilib
- 09:20 Özbəkistan universitetində Seyid Əzim Şirvani adına auditoriya açılıb
- 09:17 Amasyada Türkiyə türkcəsinə çevrilmiş Azərbaycan xalq nağıllarının təqdimatı olub
- 16:56 “Hüquqi dövlət, suveren ölkə” adlı dəyirmi masa keçirilib
- 16:29 Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir
- 15:44 Xalq şairi Rəsul Rzanın məzarı ziyarət olunub
- 15:41 Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək
- 14:48 Bu gün Xalq artisti Həqiqət Rzayevanın anadan olmasının 118 ili tamam olur
- 14:21 Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə metodik vəsait hazırlanıb
- 12:29 Ş.Ələkbərova adına 20 nömrəli Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 10:42 "Mən kökümlə bu torpağa bağlıyam" adlı tədbir keçirilib
- 10:35 Azərbaycanın əməkdar artisti Türkmənistanda beynəlxalq tədbirdə ölkəmizi təmsil edib
- 09:40 Xalq artisti Cəfər Namiq Kamalın 75 illik yubileyi keçirilib
- 09:26 Milli İncəsənət Muzeyində “Nesvij – dünya mədəniyyətinin irsi” adlı sərgi açılıb
- 09:18 Bakıda “Meksika kuklaları” adlı fotosərgi açılıb
- 09:11 İki böyük Azərbaycan şairinin Türkiyə türkcəsinə çevrilmiş əsərlərinin təqdimatı olub
- 16:35 "Dəyərli dramaturq" adlı tövsiyə icmalı keçirilib
- 16:31 Bu gün Xalq şairi Rəsul Rzanın anadan olmasının 115 ili tamam olur
- 15:49 Yasamal rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar mühazirə dinlənilib və ekskursiya təşkil olunub
- 14:51 “Xalq şairi Rəsul Rza-115” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib
- 12:21 Baş İdarə Lənkəran Dövlət Dram Teatrında tamaşalar təqdim edəcək
- 11:32 İtalyan pianoçu ilə ustad dərsi
- 11:06 Moldovada Azərbaycan xalçalarına həsr olunmuş sərgi açılıb
- 10:33 “Kontrabas” festivaldan mükafatlarla qayıdıb
- 10:23 “Muzeylər tariximizdir” adlı tədbir keçirilib
- 09:55 "Muzeylərimiz mədəni sərvətimizdir" adlı tədbir keçirilib
- 09:33 “Azərbaycan tarının sehrli gecəsi” Romada
- 09:25 Parisdə caz festivalında azərbaycanlı pianoçunun ifası alqışlarla qarşılanıb
- 09:20 Filarmoniyada “Milli opera incilərimiz” layihəsi çərçivəsində konsert olub
- 17:06 “Musiqidə yaşayan ömür” adlı hesabat konserti təqdim edilib