XƏBƏRLƏR
MƏLUMAT
Bu gün yazıçı, publisist Ağəddin Mansurzadənin 80 illiyidir
ÜMÜMİ XƏBƏRLƏR
28/08/2020 01:59

Ağəddin Mansur oğlu Mansurzadə 1940-cı il avqustun 28-də Masallı rayonunun Qodman kəndində kolxozçu ailəsində anadan olub. 1968-ci ildə ADU – nun jurnalistika fakültəsini bitirib.

Ədəbi yaradıcılığa 1964-cü ildən “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi “İslam və onun briqadası” adlı ilk oçerki ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. Əsərləri dünya xalqları dillərində nəşr olunub.

O, “Mən hamının balasıyam” (1976), ”Təzə paltar” (1985), “Cənnətdə görüşənədək” (1998), “İnsan qaranquş deyil” (2000), “Mən Bəxtiyaram” (2000), “Ayağa qalxaq” (2001), “Ədəbi portretlər” (2002), “Ədəbi söhbətlər” (2004), “Ədəbi mülahizələr” (2006), “Karvan gedir” (2007), “Sənətkar xoşbəxtliyi” (2007) və s.əsərlərin müəllifidir.

Ağəddin Mansurzadə 2008-ci il aprelin 27-də dünyasını dəyişib.

Baxış sayı: 380