Rövşən Abdulla oğlu Abdullayev 28 sentyabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Rövşən Abdullaoğlu 1995-ci ildə 116 saylı məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Universitet təhsilini başa vurduqdan sonra Azərbaycan Respublikası Sərhəd Qoşunları sıralarına hərbi xidmətə yollanır, xidməti başa vurduğu zaman hərbi hissə komandirinin təşəkkür etimadnaməsi ilə təltif olunur.
Rövşən Abdullaoğlu təhsilini ərəb və fars dillərində, teologiya, sxolastika, ərəb ədəbiyyatı, Şərq və Qərb fəlsəfəsi sahəsi üzrə 8 ildən artıq müxtəlif ali məktəblərdə davam etdirıb.
2013-cü ildə Moskva Pozitiv Texnologiyalar və Konsaltinq İnstitutunun “Psixoloji Konsultasiya” fakültəsində “qeştalt-terapiyası” metodu üzrə məsləhətçi-psixoloq ixtisasına yiyələnib.
Yaradıcı fəaliyyətə məktəb illərindən başlayıb. 1990-cı illərdə idmana olan böyük həvəsi, güləşin müxtəlif növləri və akrobatika ilə məşğul olması ilk kitabının mövzusuna çevrilib.
Sonralar əlyazmasını itirdiyi bu kitabda o, idmanın nəzəri və fəlsəfi mahiyyətinə toxunur, ideal idmançı olmağın yollarını göstərir, bir növ müxtəlif fəndlərin sintezi olan yeni, mükəmməl bir idman növünü təsvir edib.
Universitetdə oxuyarkən sosial amillərin yeniyetmə psixologiyasına təsiri haqda ilk məqalələrini yazıb, təkamül nəzəriyyəsinin lehinə və əleyhinə olan faktları araşdırıb.
2010-cu ildə işıq üzü görmüş ilk kitabı olan “Nisbi təzkiyənin elmi əsasları” şəxsiyyətin mənəvi dirçəliş və tənəzzül amilindən, qəlbin xüsusiyyətlərindən, onda təcəlli edən zülmət və nur örtüyündən bəhs edir.
2011-ci ildə İbn Sinanın Şərqi mütəəssir buraxdığı kimi, Qərbi də təsirsiz qoymayan son kitablarından olan “Göstəriş və təlimatlar” (Kitab əl-işarat vət-tənbihat) kitabının tərcüməsinə başlayıb.
Məna tərcüməsi ilə yanaşı olaraq, Rövşən Abdullaoğlu İbn Sinanın məntiqinə və metafizikasına yönələn dərin izahlar təqdim edib. Əsər iki kitab şəklində: “Görüntülər” və “Ariflərin irfani məqamları” adları altında nəşr olunub.
2012-ci ildə növbəti tərcümə işi “Əl-Mizan” adlı çoxcildli təfsir kitabının müəllifi, məşhur alim, filosof Əllamə Təbatəbainin “İnsan” traktatı olub. Traktatın tərcümə və şərhi üç hissə şəklində nəşr olunub.
Elə həmin ildə İslam aləmində ilk əlyazma sayılan kitabın tərcüməsini həyata keçirir. Kitabın “İlk kitab” adlanması məhz buradan qaynaqlanır. Bu kitabda İslam cəmiyyətinin formalaşdığı erkən dönəmlərin tarixi hadisələri və siyasi fitnələr öz əksini tapıb.
Rövşən Abdullaoğlu yaradıcılığının növbəti mərhələsinə psixoloji motivasiya yanaşma tərzi xarakterikdir. Növbəti beş kitabında – “Arxadakı körpüləri yandırın”, “Hər bir insan hökmdardır”,“Çətin olsa da, həyat davam edir”, “Üsyan”, “Qorxular” əsərlərində müəllif Şərq və Qərb psixologiyasına müraciət edir, şəxsiyyətin maddi və mənəvi inkişafı yolunda teoloji və psixoloji yanaşma sintezinin istifadə edildiyi yeni motivasiya üsulları təqdim edir.
Vətənində Rövşən Abdullaoğlu öz debütü ilə xüsusilə məşhurluq qazanıb. “Bu şəhərdə kimsə yoxdur” adlı ilk psixoloji romanı 2016-2018-ci illər ərzində Azərbaycanda ən çox satılan kitab olub.
Müəllifin ikinci “Relslər üzərinə uzanmış adam” romanı heç də az uğur qazanmır, kitabın birinci tirajı cəmi iki həftəyə satılır.
Psixoloji mövzuda qələmə alınmış bu romanlar ümumbəşəri mənəvi dəyərlərə hörmətlə yanaşmaq, irqi, dini, milli mənsubiyyətinə baxmayaraq ətrafdakılara münasibətdə insanlıq və dözümlülük nümayiş etdirmək, həyatın məşəqqətlərini dəyanətlə qarşılamaq və ən əsası – qarşılıq istəmədən, sidq-ürəkdən sevməyə səsləyir.
2018-ci ildə intellektual psixoloji detektiv janrında yazılmış, adı ilə böyük maraq doğuran “Abaddon” kitabı işıq üzü görməsi ilə bütün gözləntiləri aşıb. Artıq oxucu kütləsinin sevgisini qazanmış olan müəllifin bu romanı cəmi üç saata satılıb. Nəşriyyat bir neçə gün ərzində ikinci tirajı çap edib.
2019-cu ilin mart ayında “Tanrı-mif, yoxsa həqiqət” silsiləsindən ilk kitab olan “Əsarət” işıq üzü görüb. Bu kitab müxtəlif ideoloji məktəblər tərəfindən "yaradan" anlayışının qızğın müdafiəsinin və kəskin inkarının psixoloji səbəblərini açıqlayan elmi-populyar üslubda yazılmış vəsaitdir.
Hazırda Azərbaycanda Rövşən Abdullaoğlunun 25 kitabı çapdan çıxıb, onların əksəriyyəti bestseller olub, ingilis, rus, türk dillərinə tərcümə edilib.
Yazar öz əsərlərində psixologiya, fəlsəfə, motivasiya, irfan, həyat fəlsəfəsi, epistemologiya, ontologiya və teologiya sahələrinə aid mövzulara toxunur. Bundan əlavə, Rövşən Abdullaoğlu mütəmadi olaraq televiziya verilişlərində çıxış edir, fəlsəfə üzrə onlayn dərslər verir, məqalələri müxtəlif xəbər portallarında dərc olunur.
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib
- 14:32 Mədəniyyət Nazirliyi incəsənət məktəblərinə 36 müəllim işə qəbul edib
- 14:29 “Xocalıya” əsəri Əlixan Səmədovun ifasında rəqəmsal platformalarda yayımlanıb
- 10:00 "Qış nağılı" adlı yeni il şənliyi keçirilib
- 09:28 Xalq artisti Gülağa Məmmədovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
- 11:27 Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:47 Yasamal rayon Heydər Əliyev Mərkəzində mühazirə oxunub
- 09:38 Milli Kitabxanada Knyaz Aslanın 65 illiyinə həsr olunmuş sərgi ziyarət edilib
- 09:27 “Şirinlər və Şaxta Baba” adlı uşaq tamaşası nümayiş olunub
- 17:31 “Qu gölü" baleti fransız və Belarus solistləri tərəfindən ifa olunub
- 11:55 Respublika Uşaq Kitabxanasının 60 illiyi qeyd olunub
- 10:54 Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür
- 10:48 Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin 75 illiyi münasibətilə görüş keçirilib
- 09:47 “Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub
- 09:20 Muzey Mərkəzində təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib