Dekabrın 29-u görkəmli ədəbiyyatşünas alim, ictimai xadim, filologiya elmləri doktoru, professor, Xalq yazıçısı Əzizə Cəfərzadənin doğum günüdür.
AZƏRTAC milli təfəkkürümüzün yetişdirdiyi ən önəmli simalardan, XX əsr Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrindən biri olan Əzizə Cəfərzadənin həyat və yaradıcılığının əsas məqamlarına nəzər salır.
O, 1921-ci il dekabrın 29-da Bakıda anadan olub. 38 nömrəli məktəbdə ibtidai təhsilini aldıqdan sonra Sabir adına Pedaqoji Texnikumda və Bakı Teatr Məktəbində oxuyub. Əlaçı oxuduğu üçün Azərbaycanda ilk dəfə təsis edilən M.F.Axundzadə mükafatına birinci o, layiq görülüb. 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1946-1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirib. 1957-1974-cü illərdə Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri işləyib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin professoru olub. XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınan Əzizə Cəfərzadə 1950-ci ildə “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə “XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1937-ci ildə 16 yaşlı Əzizənin “Əzrayıl” adlı ilk hekayəsi “Ədəbiyyat” qəzetində çap edilsə də, 11 il sonra nəşr olunmuş ilk kitabı Moskvanın xüsusi qərarı ilə satışa çıxmadan yığışdırılaraq yandırılıb. Sovet senzurası gənc yazıçını salon lirikasını tərənnümdə, yəni “Axmatovşina”da ifşa edərək kitabı yığışdırır.
Müasir Azərbaycan nəsr tarixində tarixi roman janrı Əzizə Cəfərzadənin qələmi ilə yenidən canlanıb. 1963-cü ildə “Natəvan haqqında hekayələr”i yazır. Bu hekayələrdə o, Xurşidbanu Natəvanın həyatını dolğun ifadələrlə qələmə alıb. Müəllifin ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb yaradan məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatından bəhs edib. “Aləmdə səsim var mənim” adlı həmin roman 1973-1978-ci illərdə yazılıb. Paralel olaraq yazdığı “Vətənə qayıt” tarixi romanı isə 1977-ci ildə çap edilib. 1980-ci ildə Abbas Səhhətin həyat və yaradıcılığından bəhs edən “Yad et məni” romanını, cəmi bir il sonra Şah İsmayıl Xətai və onun Bakıya yürüşü tarixini özündə əks etdirən “Bakı-1501” tarixi romanını yazıb. “Cəlaliyyə” (1983) romanında isə XII əsr Naxçıvanın qadın hökmdarı Cəlaliyyənin Vətənin müdafiəsi uğrunda apardığı mübarizənin tarixini dəqiqliklə göstərib. İstər tarixi, istərsə də ədəbi prosesləri gözəl bilən və daima axtarışda olan ədəbiyyatşünas alim Azərbaycan ədəbiyyatında öz qələmi ilə silinməz iz qoyub. “Sabir” (1989) romanı XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaradan məşhur satirik şair Mirzə Ələkbər Sabirə, “Eldən elə” (1992) XIX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaniyə həsr edilib. “Bir səsin faciəsi” (1995), “Gülüstan”dan öncə” (1996), “Zərrintac-Tahirə” (1996), “İşığa doğru” (1998), “Bəla” (2001), “Rübabə sultanım” (2001) tarixi romanları Əzizə Cəfərzadənin fasiləsiz axtarışlarının məhsuludur.
Əzizə Cəfərzadənin 2003-cü ildə qələmə aldığı “Xəzərin göz yaşları” adlı povesti isə 1938-ci ildə Azərbaycanda yaşayan Cənubi azərbaycanlıların Stalin rejimi tərəfindən 3-4 gün ərzində İrana məcburi deportasiyasına həsr olunub. Əzizə Cəfərzadə Şərqin dühası Məhəmməd Füzuli yaradıcılığına gözəl bələd olduğundan, ölümündən bir az əvvəl onun həyatı haqqında “Eşq sultanı” adlı romanını yazıb.
Yazıçının “Sahibsiz ev” (1966), “Əllərini mənə ver” (1970), “Sənsən ümidim” (1984), “Xəyalım mənim” (2002) əsərləri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Uşaqları yaddan çıxarmayan Əzizə Cəfərzadə “Qızımın hekayələri” (1964), “Anamın nağılları” (1982), “Çiçəklərim” (1988), “Pişik dili” (2001) kimi hekayələr və nağıllar yazıb.
Azərbaycan dilinin saflığını qoruyan və onu təbliğ edən ədəbiyyatşünas alimin elmi əsərləri də bədii ədəbiyyat nümunələri kimi daim oxunur. “Fatma xanım Kəminə” (1971), “Könül çırpıntıları” (1972), “Azərbaycanın aşıq və şair qadınları” (1974, 1991), “Azərbaycanın şair və aşıq qadınları” (II nəşr 2003), “Şirvanın üç şairi” (1971), “Mürcüm Kərim Vardani. Sünbülüstan” (1978), “Abdulla Padarlı. Seçilmiş əsərləri” (1979), “Hər budaqdan bir yarpaq” (1983) kitabları yazıçıya xüsusilə şöhrət gətirib.
Ana və qadın mövzusuna xüsusi önəm verən yazıçının folklor araşdırmaları, etnoqrafik yazıları da maraq doğurur: “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa əsərlər bu qəbildəndir. Əzizə Cəfərzadə iştirak etdiyi beynəlxalq konfranslarda, xarici səfərlərində daim Azərbaycan və onun tarixi haqda məlumatlar verməklə yanaşı, həmin ölkələrin kitabxana və fondlarında Vətənimizlə bağlı məlumatları araşdıraraq toplayıb. Bu məqamlar Əzizə xanımın səyahət gündəliklərində öz əksini tapıb.
Əzizə xanım 1965-1966-cı illərdə pilot olan həyat yoldaşı ilə birlikdə Qanada (Afrika) yaşamalı olub və həmin illərin xatirələri 1968-ci ildə çap olunan “Qızıl sahilə səyahət” xatirə kitabında toplanıb.
Xalq yazıçısı Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də vəfat edib.
- 17:31 “Qu gölü" baleti fransız və Belarus solistləri tərəfindən ifa olunub
- 11:55 Respublika Uşaq Kitabxanasının 60 illiyi qeyd olunub
- 10:54 Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür
- 10:48 Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin 75 illiyi münasibətilə görüş keçirilib
- 09:47 “Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub
- 09:20 Muzey Mərkəzində təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib
- 17:01 Xalq rəssamı Əzim Əzimzadənin 145 illiyinə həsr olunan sərgi nümayiş olunub
- 14:21 İtalyan bəstəkarı C. Puççininin “Toska operası yenidən Opera və Balet Teatrının səhnəsində
- 11:26 “Milli Həmrəylik: Birlikdən doğan güc” adlı tədbir keçirilib
- 11:19 Dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə çap edilmiş yeni kitabların təqdimatı keçirilib
- 09:27 Milli Kitabxanada “Tofiq Bakıxanov. Biblioqrafiya” kitabının təqdimatı keçirilib
- 09:24 Ankarada Musiqi və Gözəl Sənətlər Universiteti ərazisindəki küçəyə dahi Üzeyir Hacıbəylinin adı verilib
- 09:22 Filarmoniyada Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr edilən konsert olub
- 14:41 "Həyatla oyun" tamaşası nümayiş olunub
- 14:11 Azərbaycan ilk dəfə Budapeşt Beynəlxalq Sirk Festivalının münsiflər heyətində təmsil olunur
- 13:10 Bakı Şəhər Xalq Teatrları Festivalının qaliblərinin tətifolunma mərasimi keçirilib
- 12:11 Mədəniyyət naziri Adil Kərimli Qətər Dövlətinin Milli Günü ilə bağlı tədbirlərdə iştirak edib
- 11:50 “Uşaqların Həmrəyliyi – Dünyanın Ümididir” adlı konsert keçirilib
- 10:47 Milli Kitabxanada akademik Nailə Vəlixanlının 85 illiyinə həsr olunmuş sərgi açılıb
- 09:43 “Azərbaycan xalqının suverenlik yolu” adlı tədbir keçirilib
- 09:26 "Qonağımız var" layihəsi çərçivəsində növbəti görüş keçirilib
- 09:15 Xalq artisti Rəşid Behbudovun anadan olmasının 110 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib
- 09:07 Xalq rəssamı Elmira Şaxtaxtinskinin 95 illik yubleyinə həsr olunmuş sərgi nümayiş olunub
- 17:04 “Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib
- 15:58 “Konstitusiya və uşaq hüquqları” mövzusunda tədbir keçirilib
- 15:51 “Nəğməyə, rəngə, sözə dönən 90 il” adlı yubiley konserti keçirilib
- 15:21 “Maqsud Şeyxzadə” bədii filmi çəkiləcək
- 15:12 Gənclər Kitabxanasında professor Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:35 Özbəkistan nümayəndə heyəti Şuşa şəhəri ilə tanış olub
- 09:31 Heydər Əliyev Mərkəzində "And və Qafqaz dağları arasında təxəyyül dünyası” sərgisinin açılışı olub
- 17:12 “Ağ atlı oğlan” bədii filmi nümayiş olunub
- 15:29 "Konstitusiya və Suverenlik İli" adlı sərgi təşkil edilib
- 11:10 Qəbul tarixi dəyişdirildi
- 09:48 Akademik Milli Dram Teatrı Çin teatrları ilə əməkdaşlığa başlayır
- 09:42 Azərbaycan 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur
- 09:37 Yaradıcı Mərkəz IDDA Awards 2025-də “İlin ekosistem oyunçusu” nominasiyası üzrə I yerə layiq görülüb
- 09:27 Rəşid Behbudovun 110 illiyinə həsr olunan "Səsin rəngi” sərgisi açılıb
- 16:13 Bakı Uşaq və Gənclər Teatrı Ağdamda
- 15:52 Özbəkistan Mədəniyyət Günləri çərçivəsində konsert proqramı təqdim olunub
- 15:07 "Əsrə bərabər suverenlik ili" adlı tədbir keçirilib
- 14:44 17 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 12:15 ARKA tərəfindən 2026-cı ildə dörd müsabiqənin keçirilməsi nəzərdə tutulur
- 11:07 “Ağ atlı oğlan” ekran əsəri təqdim ediləcək
- 10:17 Tanınmış estrada müğənnisi Namiq Qasımovla görüş keçirilib
- 09:59 Müasir İncəsənət Muzeyində “Qarabağ irsi” adlı fərdi sərgi keçirilib
- 09:49 Mədəniyyət naziri Adil Kərimli Özbəkistan nümayəndə heyəti ilə görüşüb
- 09:44 Azərbaycanlı rejissor İlqar Safatın “Doğma torpaq” filmi Türkiyədə mükafata layiq görülüb
- 09:37 Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli sənətkar, Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd edilib
- 15:57 Mədəniyyət Nazirliyi “MilliNet 2025” müsabiqəsinin qalibləri sırasında yer alıb
- 14:58 Azərbaycanlı məşhur tenor London Kral Opera evinin səhnəsində!
- 12:22 Əməkdar incəsənət xadimi İmruz Əfəndiyevanın 90 illiyi münasibətilə kitab sərgisi hazırlanıb
- 10:38 Kiçik Kövsər, böyük uğur: BMT festivalında ikiqat qələbə
- 10:04 Milli Kitabxanada Azərbaycan-Özbəkistan birgə Mədəniyyət Komissiyasının birinci iclası keçirilib
- 09:39 UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb
- 09:28 Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq müzakirə olunub
- 16:23 Xalq artisti Rəşid Behbudovun 110 illiyinə həsr olunmuş konsert təşkil edilib
- 14:44 İstanbul Beynəlxalq Kitab Sərgisində “Leyli və Məcnun” əsərinin Türkiyə türkcəsində təqdimatı keçirilib
- 11:47 Milli Xalça Muzeyində rəssam Emil Əzizin fərdi sərgisi açılacaq
- 10:52 Kitabxanada Dünya Türk Dili Ailəsi Günü münasibətilə virtual sərgi hazırlanıb
- 09:57 Qazaxıstan teatrı Bakıya qastrol səfəri edəcək