XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Svetlana Həkimovanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
06/01/2022 01:24

Svetlana Həkimova 6 yanvar 1940-cı ildə Sumqayıt şəhərində anadan olub. 1968-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. 1959-cu ildən Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət Evinin nəzdində yaradılmış xalq teatrında müxtəlif səpgili rollarda çıxış edib. Onun S.Vurğunun “Fərhad və Şirin” əsərindəki Şirin obrazı Ümumittifaq festivalında “Qızıl medal”a layiq görülüb. Sumqayıt Dövlət Teatrında işlədiyi on il ərzində xarakterik obrazları ilə tamaşaçıların sevimlisinə çevrilib.

Aktrisa C.Cabbarlının “Solğun çiçəklər” əsərindəki Sara rolunu Svetlana xanım böyük bir səmimiyyət və həyəcanla yaradıb.

2000-ci ildə “Əməkdar artist”, daha sonra “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2006-cı ildə Respublika Prezidentinin mükafatına layiq görülüb.

Baxış sayı: 163