XƏBƏRLƏR
MƏLUMAT
Bu gün tanınmış rəssam Qəzənfər Xalıqovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
16/12/2019 00:58

Azərbaycan rəssamlıq sənətinin ilk peşəkar nümayəndələrindən biri, Azərbaycan SSR xalq rəssamı Qəzənfər Xalıqov 1898-ci ildə anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb. “Molla Nəsrəddin” və “Kirpi” jurnallarında karikaturaçı kimi çalışıb.

Orta əsr miniatür məktəbinin kompozisiyalarından bəhrələnən rəssam Nizami Gəncəvinin “Xosrov və Şirin” (1940) və “İskəndərnamə” poemalarına sulu boya ilə çəkdiyi rəsmlərdə bu üslubu davam etdirin. Qəzənfər Xalıqov həmçinin bir sıra plakatların, teatr tamaşalarına eskizlərin, “Neft buruqları” silsilə qrafik əsərlərin (1949) müəllifidir. Azərbaycan Milli İncəsənət Muzeyində müəllifin “Firdovsinin dəfni” (1934) və “Nizaminin portreti” (1940) əsərləri nümayiş olunur.

Qəzənfər Xalıqov həmçinin teatr və kino rəssamı kimi fəaliyyət göstərib. “Abbasın bədbəxtliyi” cizgi filmində (1935), “Sehrli xalat” (1964), “İstintaq davam edir” (1966) bədii filmlərində quruluşçu rəssam kimi çalışıb.

Görkəmli rəssam Qəzənfər Xalıqov 1 mart 1981-ci ildə Bakı şəhərində vəfat edib. Abşeron rayonunun Qobu qəsəbəsində  Q. Xalıqovun şərəfinə orta məktəb və küçə adlandırılıb.

Baxış sayı: 92944