
Azərbaycanın Əməkdar incəsənət xadimi Cahangir Mehdiyev 13 yanvar 1951-ci ildə Bakıda anadan olub. Bakı şəhərində 158 saylı orta və 12 saylı musiqi məktəblərini bitirib. Sənətdə ilk addımlarını 6 yaşında ikən görkəmli rejissor Lətif Səfərovun "Bakı və bakılılar" filmində atıb. M.A.Əliyev adına ADİİ-nin Dram teatrı və televiziya rejissorluğu fakültəsində (1968-1973) təhsil aldığı illərdə, 1969-cu ildə "Dəli Kür" bədii filmində aktyor kimi oynayıb.
1973-cü ildə diplom işi kimi Azərbaycan Milli Akademik Dram Teatrında "Sevgi, sevgi" teatr tamaşasına, eləcə də Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin Ədəbi dram, incəsənət redaksiyasında "Yumoristik novellalar" adlı televizya tamaşasına quruluş verib.
1973-cü ildə institutu əla qiymətlərlə bitirib, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bədii filmlər üzrə rejissor assisenti kimi çalışmağa başlayıb.
1974-cü ildə kimostudiyanın göndərişi ilə Moskvada Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Georgi Daneliyanın emalatxanasında təhsil alıb. 1979-cu ildə təhsilini əla qiymətlərlə başa vurub və "Azərbaycanfilm" kinostudiyasında rejissor işləməyə başlayıb.“Diplom işi” adlı qısametrajlı filmlə diplom müdafiəsini edən gənc rejissor həmin filmlə Cexoslovakiyanın Karlovı-Varı, Almanyanın Oberhauzen, Manheym və İspanyanın Bilbao şəhərlərində keçirilən kinofestivallarda “Ən yaxşı tələbə işi” kimi ilk mükafat və diplomlarını alıb.
1980-cı ildə Bakıda Lenin meydanında keçirilən Azərbaycan SSR-in 60 illik yubileyinə həsr olunmuş bədi-kütləvi meydan tamaşasında quruluşçu rejissor kimi fəaliyyət göstərib. Bu fəaliyyətinə görə Azərbaycan SSR-in mükafatına və diploma layiq görülüb.
1980-cı ildə "Mosfilim” kinostudiyasının nəzdində yaradılmış "Debüt" adlı studiyada ("Gənclərin Ekspirimental Yaradıcılıq Birliyi"ndə) "Vah!" ("Bıy!") kinokomediyasının quruluşcu rejissoru olub. 1980-ci ildə "Mosfilm" kinostudiyasında keçirilən 11-ci Beynəlxalq Kinofestivalda "Vah!" kinokomediyası "Ən yaxşı rejissor işinə görə", Minsk şəhərindəki kinofestivalda isə "Ən yaxşı komediya işinə görə" mükafat alıb.
Komediya janrında çəkdiyi “Vah!”, “Evlənmək istəyirəm”, “Kişi sözü”, “Gənc qadının kişisi”, “Girişmə öldürər” və digər filmləri öz dəsti-xətti ilə seçilərək tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır və sevilə-sevilə baxılıb. Onun filmləri bir çox beynəlxalq festivallarda Azərbaycanı layiqincə təmsil edib və mükafatlara layiq görülüb.
Cahangir Mehdiyev 1979-cu ildən 1998-ci ilə qədər C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor, quruluşçu rejissor, ssenarist və aktyor kimi fəaliyyət göstərib.1990-1995-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Fondunun icraçı direktoru vəzifəsində işləyib. 1998-ci ildən 2007-ci ilə qədər "Mozalan" studiyasının direktoru, bədii rəhbəri olub.
1998-ci ildə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, 2000-ci ildə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb.
1998-ci ildən 2007-ci ilədək Boulinq Federasiyasının vitse-prezidenti olub.
2001-ci ildən 2005-ci ilə qədər Lider TV-də "Sağlam bədəndə sağlam ruh" adlı silsilə televizya idman və bədən tərbiyəsi verilişinin rejissoru, aparıcısı və müəllifi olub.
25 avqust 2005-ci ildə Moskva şəhərindəki "Prezident Otel" mehmanxanasında dünya şöhrətli kinorejissor, SSRİ-nin Xalq artisti Georgi Nikolayeviç Daneliyanın 75 illik yubleyində iştirak edib. Yubileydə G.Daneliyanın iki cildlik (1-Bezbilentnıy passajir. 2- Tostuyemıy pyot do dna) kitabının təqdimatı keçirilib. Kitabın birinci cildində C.Mehdiyev ilə onun müəllimi, kurs rəhbəri G. Daneliya arasındakı münasibətlərdən bəhs olunur. İkinci cilddə isə C.Mehdiyevə həsr olunmuş "Güzgü" adlı hekayə yer alır. Bu hekayənin qəhrəmanı da Cahangir Mehdiyevdir.
1 aprel 2006-cı ildə Sürix şəhərindəki "Intercontinental Surix Otel"də keçirilən 25-ci Beynəlxalq mükafatın təqdimat mərasimində, seçim komissiyasının qərarına əsasən "Mozalan" studiyasının direktoru və bədii rəhbəri kimi "Nüfuz və keyfiyyətdə lider-Avropa-2006"-cı ilin ən ali beynəlxalq mükafatına layiq görülüb.
30 yanvar 2007-ci ildə bu mükafatı xatirə olaraq "Heydər Əliyev" fonduna hədiyyə edib.
2007-ci ildən 2016-cı ilədək Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (Azərbaycantelefilm Yaradıcılıq Birliyində) ali kateqoriyalı rejissor kimi fəaliyyət göstərib. 2016-cı ildə təqaüdə çıxıb.
2011-ci ildən Azərbaycan Respublikası Milli Olimpya Komitəsində çəkiliş qrupunun rəhbəri kimi çalışır.
Cahangir Mehdiyev Azərbayca Respublikası Kinematoqrafçılar İttifaqının və Professional Kinorejissorlar Gildiyasının üzvü olaraq milli kinematoqrafın ictimai həyatında fəal iştirak edən, gənc kadrların hazırlanmasına və formalaşmasına öz töhfəsini verən bir sənətçidir.
- 23:00 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Kölgənin əzəməti” adlı sərgi təqdim edilib
- 20:59 “Köhnə Bakının rənglənmiş inciləri” adlı sərgi nümayiş olunub
- 13:04 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert keçirilib
- 21:11 "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlı konfrans keçirilib
- 20:54 “Məşəl kimi yanan ürək” adlı tədbir keçirilib
- 16:20 Azərbaycan İstiqlal Muzeyində “Zəfər irsimiz dünəndən bu günə” adlı tədbir keçirilib
- 15:51 “Həyatla oyun” tamaşası nümayiş olunub
- 15:08 "Heydər Əliyev - Ata yolu" adlı film nümayiş olunub
- 14:06 A.İ.Babayevə Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:04 “Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatlar” adlı mühazirə keçirilib
- 12:52 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib
- 11:22 Əli Əmirlinin "Komediyalar" kitabı işıq üzü görüb
- 11:05 Milli Kitabxanada “Cəfər Xəndan – 115” adlı kitab sərgisi açılıb
- 10:34 "102 ilin zirvəsi: Heydər Əliyev əmanəti və gələcək nəsillər" adlı dəyirmi masa keçirilib
- 10:16 “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib
- 09:39 Bu gün bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
- 09:29 Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanır
- 09:15 Türkiyədəki Beynəlxalq İslam Sənətləri Sərgisində Azərbaycan geniş təmsil olunub
- 09:12 Azərbaycan ilə Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub
- 17:41 Mədəni və yaradıcı sənaye sahələrinə dair 4 siyahı təsdiq olundu
- 17:13 Teatr Xadimləri İttifaqında gənclərlə görüş təşkil olunub
- 16:19 Milli Kitabxanada Ümummilli Liderə həsr olunmuş virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub
- 15:32 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konfrans-konsert keçirilib
- 14:15 Əməkdar rəssam Cəbrayıl Əzimovun anadan olmasının 99 ili tamam olur
- 12:49 Bakıda IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək
- 12:15 Gənclər Kitabxanasında Xalq rəssamı Əzim Əzimzadənin xatirəsi anılıb
- 11:00 Bakı Uşaq və Gənclər Teatrı “Sevgi Şimşəyi” tamaşasını nümayiş etdirib
- 10:42 Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 145 ili tamam olur
- 09:54 Azərbaycan Milli Xalça Muzeyində “Rabat xalça sənəti” immersiv sərgisi açılıb
- 09:45 MDB-nin “Forum Plyus” jurnalında Laçın haqqında maraqlı material dərc olunub
- 09:40 Mərakeşin xanım Şahzadəsi Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub
- 09:36 Brüsseldə “Tervuren” festivalında Azərbaycan stendi qurulub
- 17:17 Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında dəyirmi masa keçirilib
- 16:54 "Müasir Azərbaycan dövlətinin qurucusu- Heydər Əliyev " adlı dəyirmi masa keçirilib
- 16:38 Musiqi Məktəblərinin şagirdlərinin növbəti uğurları
- 15:28 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 15:20 Yasamal rayon Heydər Əliyev Mərkəzində şeir, inşa-yazı və rəsm müsabiqələrinin yekun seçim mərhələsi keçirilib
- 14:20 Milli Kitabxanada “Maqsud İbrahimbəyov-90” adlı biblioqrafik icmal onlayn rejimdə istifadəçilərə təqdim olunub
- 12:24 Beynəlxalq Xalça Festivalı günlərində “Qayınana” filmi açıq havada nümayiş etdirilib
- 11:44 “Zübeydə” romanının təqdimatı keçirilib
- 11:32 Milli Kitabxanada “Xalq rəssamı Əzim Əzimzadə - 145” adlı kitab sərgisi açılıb
- 10:58 Gənclər Kitabxanasında görkəmli alim Əkrəm Cəfərin xatirəsi anılıb
- 10:04 “Musiqi və incəsənət məktəblərində müəllim keyfiyyəti” mövzusunda dəyirmi masa keçirilib
- 09:20 ABŞ-da keçirilən sərgidə Azərbaycanın milli geyimi nümayiş olunub
- 09:15 “Səhra qartalı” kitabının təqdimatı olub
- 17:14 Türkiyədə “Zəngəzur” Azərbaycan xalq rəqsləri ansamblı haqqında televiziya verilişi nümayiş etdirilib
- 17:13 Mədəniyyət naziri Adil Kərimli Siyəzəndə vətəndaşları qəbul edəcək
- 14:18 Bu gün Xalq artisti Ələddin Abbasovun anadan olmasının 103 ili tamam olur
- 14:12 “Mən qadınam” müsabiqəsinə ssenarilərin qəbulu yekunlaşıb
- 11:42 SSRİ Xalq artisti Adil İsgəndərovun anadan olmasının 115 ili tamam olur
- 11:18 "Avroviziya 2025" mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub
- 11:16 Gənclər Kitabxanasında Xalq artisti Adil İsgəndərova həsr olunmuş virtual sərgi hazırlanıb
- 11:09 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçiriləcək
- 11:03 Əməkdar jurnalist Etibar Babayevlə görüş və “Xatirələr işığında Heydər Əliyev” adlı kitabın təqdimatı keçirilib
- 10:39 Ümummilli liderin anadan olmasının 102-ci ildönümü münasibətilə respublika müşavirəsi keçirilib
- 10:25 Bu gün görkəmli şair Əhməd Cavadın doğum günüdür
- 09:37 Bu gün Azərbaycanda “Xalçaçı Günü”dür
- 09:36 Milli Kitabxanada “5 may - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
- 09:32 Milli İncəsənət Muzeyində “Ruhun sədası” adlı fərdi sərgi açılıb
- 09:26 Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib