
Tanınmış fırça ustası, Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev 1911-ci il aprelin 22-də Zəngəzur mahalındakı Qarakilsə bölgəsinin Comərdli kəndində anadan olub. Dünyaya gəlişi bahar fəslinə təsadüf edib. Gözünü açandan gördüyü təbiət, dağ, şəlalə - bir sözlə, min bir gözəllik kiçik yaşlarından qəlbinə hakim kəsilib. Təsadüfi deyildir ki, ilk təbiət mənzərəsini çəkəndə onun 12 yaşı vardı. Bu ilk cığır sənət həvəsli gənci öz arzularına qovuşdurub.
Bakıda Rəssamlıq Texnikumunda oxuduğu illərdə (1927-1932) “Molla Nəsrəddin” jurnalında müxtəlif eybəcərlikləri qamçılayan karikaturaları, rəsm əsərləri çap edilərdi. Azərbaycan mətbuatının inkişafında çox möhtəşəm mərhələ olan, işıqlandırdığı mövzuları bu gün də aktual səslənən “Molla Nəsrəddin”in Hüseyn Əliyevin rəssam kimi formalaşmasında böyük rolu vardı.
Hüseyn Əliyev Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən (1935) təqaüdə çıxanadək “Kommunist” (sonralar “Xalq qəzeti”) qəzetində rəssam işləyib. Qəzetçiliyin gündəlik qayğıları, operativlik bir rəssam kimi onun vaxtını çox alsa da, öz istedadı və zəhməti sayəsində Hüseyn Əliyev sənət imtahanından həmişə qalib çıxıb. 1939-cu ildə Mirzə Fətəli Axundovun portretini yaratmaq üçün elan edilmiş respublika müsabiqəsində gənc rəssamın təqdim olunan əsəri mükafata layiq görülüb. Dövrün, zamanın tələbləri ilə bağlı çəkdiyi onlarca plakatı ictimai-siyasi məzmununa, sadəliyinə və eyni zamanda orijinal həllinə görə fərqlənib.
İkinci Dünya müharibəsi başlayanda bir çox vətən oğlu kimi Hüseyn Əliyev də cəbhəyə gedib. Təşviqat alayında rəssam kimi fəaliyyət göstərib. Bu ağır illərdə qanlı döyüşlərin, qəhrəmanlıqların şahidi olan Hüseyn Əliyev neçə-neçə döyüşçünün portretini yaradıb. O, “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illərdə arxa cəbhədəki şərəfli əməyinə görə”, “Böyük Vətən müharibəsinin 30 illiyi” medalları və “Xalqlar dostluğu” ordeni ilə təltif olunub. Hüseyn Əliyev bacarıqlı rəssam kimi üç dəfə Azərbaycan, bir dəfə Ukrayna Ali Sovetinin fəxri fərmanlarına layiq görülüb. 1940-cı ildən Rəssamlar İttifaqının üzvü olan Hüseyn Əliyev 1976-cı ildə Əməkdar rəssam, 1982-ci ildə Xalq rəssamı fəxri adına layiq görülüb.
Əsasən qrafika ilə məşğul olmuş Hüseyn Əliyev həm də mənzərə ustası kimi məşhur idi. O, doğma vətənin füsunkar təbiətini seyr etməkdən xüsusi zövq alardı. Rəssamın duyğuları isə rənglərdən ibarət nəhəng bir çələngə çevrilərdi. 1960-1970-ci illərdə yaratdığı peyzajlar sənətin məhz bu janrına yeni nəfəs və ruh gətirmişdi. Doğma yerlərin bənzərsiz təbiəti Hüseyn Əliyevin fırçası ilə kətan üzərində canlandıqca sanki yeni bir möcüzə ilə qarşılaşırdın. Rəssamın Göygölün təsvirinə həsr edilmiş silsilə əsərləri xüsusi diqqət cəlb edir. Gah dağların qoynunda məskən salmış Göygölün mavi sularını kətanda əks etdirir, gah da hər hansı təkrarolunmaz gözəlliyindən yeni mövzu tapırdı. Onun qurduğu kompozisiyalar, rəng ötürmələri, koloritlik öz bənzərsizliyi ilə seçilirdi. İki il ərzində Kəpəz dağının 25-dən artıq akvarel görünüşünü kətana naxışlayan Hüseyn Əliyev həqiqətən möcüzə yaradıb. Təəssüf ki, bu əsərlərin yalnız 13-ü əlimizdədir, 3 əsərinin slaydı, 1 əsəri isə fotoşəkil formasında qorunub saxlanılıb. Hüseyn Əliyevin «Göygöl mənzərələri» adlı çap edilən albomunda rəssamın 17 mənzərəsi verilib.
Hüseyn Əliyevin Naxçıvan və Zəngəzurla bağlı analoqu olmayan əsərləri var. Xalq rəssamının böyük məharətlə yaratdığı “İlanlı dağ” tablosu, “Urud qalası” peyzajı rəssamın yaradıcılığında ən yaxşı və şah əsərlərindəndir. Doğma yurdun hər qarışını böyük məhəbbətlə öz duyğularından, təxəyyülündən yaradıcılıqla keçirən görkəmli rəssamın “Zəngəzur mənzərəsi”, “Zəngəzur dağları”, “Şəki şəlaləsi”, “Comərdli mənzərəsi”, “Meşədə qış”, “Payız”, “Qürub çağı” kimi əsərləri incə müşahidə qabiliyyətinin məhsulu idi.
Hüseyn Əliyev portret çəkən rəssam kimi də çox böyük uğur və şöhrət qazanıb. O, əslində bu janrın ustadı idi. Çəkdiyi portretin hər biri insanın daxili dünyasını, sənətini əks etdirmək baxımından maraq doğurur. Məsələn, əlləri qoynunda dayanmış Hüseyn Cavidin portreti çox canlı və mənalıdır. Böyük şairin duruşu, baxışı, uzaqdan görünən Araz çayı, İlanlı dağ tamaşaçıya nələr söyləmir?! Eləcə də Nizami Gəncəvinin portreti düşündürücü təsir bağışlayır. Hüseyn Əliyevdən bizə ərməğan qalan bir sıra portretlər var ki, tarixilik baxımından böyük əhəmiyyət daşıyır.
Unudulmaz rəssamın Azərbaycan təsviri sənətindəki xidmətlərindən çox danışmaq olar. Hüseyn Əliyevin yaradıcılıq sahəsi olduqca geniş idi. İstifadə etdiyi rənglərin çalarları al-əlvandır. 2004-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində görkəmli rəssamın əsərlərindən ibarət sərgi təşkil edilib. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən bu tədbir yüksək dəyərləndirilib. Xarici ölkə vətəndaşları azərbaycanlı rəssamın rənglərin musiqisini təbiətin rəngində tablolara əks etdirmək məharəti qarşısında məmnun qalıblar.
Bu unudulmaz rəssamın yaradıcılığında mənzərələr, tablolar, portretlər, natürmortlarla bərabər, başqa janrlarda işlədiyi əsərlər də çoxdur. O, uzun müddət nəqqaşlıqla da məşğul olub, su boyaları ilə işləyib. Alleqorik əsərlərə müxtəlif məzmunlu karikaturalar, təsvirlər çəkib, kitablara illüstrasiyalar işləyib. Bütövlükdə Hüseyn Əliyev yaradıcılığının ətraflı öyrənilməsi, onun təsviri sənətimizdəki yeri haqqında mükəmməl tədqiqatların aparılması vacibdir. Əsl sənətkar və vətəndaş ömrü yaşayan Hüseyn Əliyev Azərbaycan təsviri sənətinin ən unudulmaz nümayəndələrindən biridir.
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
- 13:04 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert keçirilib
- 21:11 "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlı konfrans keçirilib
- 20:54 “Məşəl kimi yanan ürək” adlı tədbir keçirilib
- 16:20 Azərbaycan İstiqlal Muzeyində “Zəfər irsimiz dünəndən bu günə” adlı tədbir keçirilib
- 15:51 “Həyatla oyun” tamaşası nümayiş olunub
- 15:08 "Heydər Əliyev - Ata yolu" adlı film nümayiş olunub
- 14:06 A.İ.Babayevə Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:04 “Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatlar” adlı mühazirə keçirilib
- 12:52 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib
- 11:22 Əli Əmirlinin "Komediyalar" kitabı işıq üzü görüb
- 11:05 Milli Kitabxanada “Cəfər Xəndan – 115” adlı kitab sərgisi açılıb
- 10:34 "102 ilin zirvəsi: Heydər Əliyev əmanəti və gələcək nəsillər" adlı dəyirmi masa keçirilib
- 10:16 “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib
- 09:39 Bu gün bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
- 09:29 Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanır
- 09:15 Türkiyədəki Beynəlxalq İslam Sənətləri Sərgisində Azərbaycan geniş təmsil olunub
- 09:12 Azərbaycan ilə Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub
- 17:41 Mədəni və yaradıcı sənaye sahələrinə dair 4 siyahı təsdiq olundu
- 17:13 Teatr Xadimləri İttifaqında gənclərlə görüş təşkil olunub
- 16:19 Milli Kitabxanada Ümummilli Liderə həsr olunmuş virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub
- 15:32 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konfrans-konsert keçirilib
- 14:15 Əməkdar rəssam Cəbrayıl Əzimovun anadan olmasının 99 ili tamam olur
- 12:49 Bakıda IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək
- 12:15 Gənclər Kitabxanasında Xalq rəssamı Əzim Əzimzadənin xatirəsi anılıb
- 11:00 Bakı Uşaq və Gənclər Teatrı “Sevgi Şimşəyi” tamaşasını nümayiş etdirib
- 10:42 Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 145 ili tamam olur
- 09:54 Azərbaycan Milli Xalça Muzeyində “Rabat xalça sənəti” immersiv sərgisi açılıb
- 09:45 MDB-nin “Forum Plyus” jurnalında Laçın haqqında maraqlı material dərc olunub
- 09:40 Mərakeşin xanım Şahzadəsi Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub
- 09:36 Brüsseldə “Tervuren” festivalında Azərbaycan stendi qurulub
- 17:17 Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında dəyirmi masa keçirilib
- 16:54 "Müasir Azərbaycan dövlətinin qurucusu- Heydər Əliyev " adlı dəyirmi masa keçirilib
- 16:38 Musiqi Məktəblərinin şagirdlərinin növbəti uğurları
- 15:28 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 15:20 Yasamal rayon Heydər Əliyev Mərkəzində şeir, inşa-yazı və rəsm müsabiqələrinin yekun seçim mərhələsi keçirilib
- 14:20 Milli Kitabxanada “Maqsud İbrahimbəyov-90” adlı biblioqrafik icmal onlayn rejimdə istifadəçilərə təqdim olunub
- 12:24 Beynəlxalq Xalça Festivalı günlərində “Qayınana” filmi açıq havada nümayiş etdirilib
- 11:44 “Zübeydə” romanının təqdimatı keçirilib
- 11:32 Milli Kitabxanada “Xalq rəssamı Əzim Əzimzadə - 145” adlı kitab sərgisi açılıb
- 10:58 Gənclər Kitabxanasında görkəmli alim Əkrəm Cəfərin xatirəsi anılıb
- 10:04 “Musiqi və incəsənət məktəblərində müəllim keyfiyyəti” mövzusunda dəyirmi masa keçirilib
- 09:20 ABŞ-da keçirilən sərgidə Azərbaycanın milli geyimi nümayiş olunub
- 09:15 “Səhra qartalı” kitabının təqdimatı olub
- 17:14 Türkiyədə “Zəngəzur” Azərbaycan xalq rəqsləri ansamblı haqqında televiziya verilişi nümayiş etdirilib
- 17:13 Mədəniyyət naziri Adil Kərimli Siyəzəndə vətəndaşları qəbul edəcək
- 14:18 Bu gün Xalq artisti Ələddin Abbasovun anadan olmasının 103 ili tamam olur
- 14:12 “Mən qadınam” müsabiqəsinə ssenarilərin qəbulu yekunlaşıb
- 11:42 SSRİ Xalq artisti Adil İsgəndərovun anadan olmasının 115 ili tamam olur
- 11:18 "Avroviziya 2025" mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub
- 11:16 Gənclər Kitabxanasında Xalq artisti Adil İsgəndərova həsr olunmuş virtual sərgi hazırlanıb
- 11:09 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçiriləcək
- 11:03 Əməkdar jurnalist Etibar Babayevlə görüş və “Xatirələr işığında Heydər Əliyev” adlı kitabın təqdimatı keçirilib
- 10:39 Ümummilli liderin anadan olmasının 102-ci ildönümü münasibətilə respublika müşavirəsi keçirilib
- 10:25 Bu gün görkəmli şair Əhməd Cavadın doğum günüdür
- 09:37 Bu gün Azərbaycanda “Xalçaçı Günü”dür
- 09:36 Milli Kitabxanada “5 may - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
- 09:32 Milli İncəsənət Muzeyində “Ruhun sədası” adlı fərdi sərgi açılıb
- 09:26 Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib
- 09:22 “Konstitusiya və Suverenlik İli” münasibətilə Qazaxıstanın Aktau şəhərində konsert təşkil olunub
- 21:50 Cövdət Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin yaranmasının 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib