
Mehriban Zaur qızı Ələkbərzadə 5 avqust 1965-ci ildə Gəncə şəhərində anadan olub. Uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə köçüb və o, buradakı 17 nömrəli orta məktəbi 1982-ci ildə bitirib. Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı bitirib. Təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib.
İxtisas təhsilini görkəmli rejissor Mehdi Məmmədovun kursunda alan Mehriban Ələkbərzadə hələ tələbəlik illərində institutun Tədris teatrında Tennessı Uilyamsın "Sökülən yurd", Eduard de Filipponun "Silindr", Dövlət Televiziyasında Elçinin "Ömrün son səhəri" pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri televiziya tamaşası kimi də çəkilib.
1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra "Azərbaycanfilm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini çəkib.
1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1 aprel 1994-cü ildən isə həmin teatrda quruluşçu rejissor vəzifəsində işləyib.
1988-ci il iyunun 11-də Akademik Milli Dram Teatrının Kiçik səhnəsində Jan Pol Sartın "Dəfn edilməmiş ölülər" dramını tamaşaya hazırlayıb. Lənkəran Dövlət Dram Teatrında Şıxəli Qurbanovun "Sənsiz" (2 noyabr 1989), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (25 mart 1989), Stanislav Stratiyevin "Avtobus", ("Çarəsiz sərnişinlər". 24 aprel 1990) pyeslərinə quruluş verib.
1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra "Azərbaycanfılm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini çəkib. Rejissor Mehriban Ələkbərzadə 1994-cü ildən Akademik Milli Dram Teatrında quruluşçu rejissordur.
Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Televiziyasında Nahid Hacızadənin "Yaşa, ey haqq!", Jan Koktonun "İnsan səsi", Marşa Normanın "Gecən xeyrə qalsın, ana", Mehriban Vəzirin "İlğım", Afaq Məsudun "Cəza" əsərlərini tamaşaya hazırlayıb.
"Space" televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu "Dünən, bu gün, sabah", "Telebenefıs", "Fövqəl dünya və mən" bədii kompozisiyaları silsilə proqramlar arasında xüsusi yer tutur. Bu televiziya kanalında dörd seriyalı "Qırmızı Terror və ya Mircəfər Bağırov", "Azərbaycan xanlıqları" bədii-sənədli filmlərin rejissorudur. 2008-ci ilin əvvəllərində mətbuata açıqlamasında rejissor televiziya fəaliyyətinə son qoyduğunu bildirib.
Mehriban Ələkbərzadə AMEA-nın "Yeni tarix" şöbəsinin elmi işçisidir. 2017-ci ildə Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru vəzifəsinə təyin edilib.
2003-cü ildə Naxçıvan MR-nın "Əməkdar İncəsənət Xadimi" fəxri adına layiq görülüb. 25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.
- 23:00 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Kölgənin əzəməti” adlı sərgi təqdim edilib
- 20:59 “Köhnə Bakının rənglənmiş inciləri” adlı sərgi nümayiş olunub
- 13:04 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert keçirilib
- 21:11 "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlı konfrans keçirilib
- 20:54 “Məşəl kimi yanan ürək” adlı tədbir keçirilib
- 16:20 Azərbaycan İstiqlal Muzeyində “Zəfər irsimiz dünəndən bu günə” adlı tədbir keçirilib
- 15:51 “Həyatla oyun” tamaşası nümayiş olunub
- 15:08 "Heydər Əliyev - Ata yolu" adlı film nümayiş olunub
- 14:06 A.İ.Babayevə Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:04 “Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatlar” adlı mühazirə keçirilib
- 12:52 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib
- 11:22 Əli Əmirlinin "Komediyalar" kitabı işıq üzü görüb
- 11:05 Milli Kitabxanada “Cəfər Xəndan – 115” adlı kitab sərgisi açılıb
- 10:34 "102 ilin zirvəsi: Heydər Əliyev əmanəti və gələcək nəsillər" adlı dəyirmi masa keçirilib
- 10:16 “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib
- 09:39 Bu gün bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
- 09:29 Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanır
- 09:15 Türkiyədəki Beynəlxalq İslam Sənətləri Sərgisində Azərbaycan geniş təmsil olunub
- 09:12 Azərbaycan ilə Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub
- 17:41 Mədəni və yaradıcı sənaye sahələrinə dair 4 siyahı təsdiq olundu
- 17:13 Teatr Xadimləri İttifaqında gənclərlə görüş təşkil olunub
- 16:19 Milli Kitabxanada Ümummilli Liderə həsr olunmuş virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub
- 15:32 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konfrans-konsert keçirilib
- 14:15 Əməkdar rəssam Cəbrayıl Əzimovun anadan olmasının 99 ili tamam olur
- 12:49 Bakıda IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək
- 12:15 Gənclər Kitabxanasında Xalq rəssamı Əzim Əzimzadənin xatirəsi anılıb
- 11:00 Bakı Uşaq və Gənclər Teatrı “Sevgi Şimşəyi” tamaşasını nümayiş etdirib
- 10:42 Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 145 ili tamam olur
- 09:54 Azərbaycan Milli Xalça Muzeyində “Rabat xalça sənəti” immersiv sərgisi açılıb
- 09:45 MDB-nin “Forum Plyus” jurnalında Laçın haqqında maraqlı material dərc olunub
- 09:40 Mərakeşin xanım Şahzadəsi Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub
- 09:36 Brüsseldə “Tervuren” festivalında Azərbaycan stendi qurulub
- 17:17 Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında dəyirmi masa keçirilib
- 16:54 "Müasir Azərbaycan dövlətinin qurucusu- Heydər Əliyev " adlı dəyirmi masa keçirilib
- 16:38 Musiqi Məktəblərinin şagirdlərinin növbəti uğurları
- 15:28 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 15:20 Yasamal rayon Heydər Əliyev Mərkəzində şeir, inşa-yazı və rəsm müsabiqələrinin yekun seçim mərhələsi keçirilib
- 14:20 Milli Kitabxanada “Maqsud İbrahimbəyov-90” adlı biblioqrafik icmal onlayn rejimdə istifadəçilərə təqdim olunub
- 12:24 Beynəlxalq Xalça Festivalı günlərində “Qayınana” filmi açıq havada nümayiş etdirilib
- 11:44 “Zübeydə” romanının təqdimatı keçirilib
- 11:32 Milli Kitabxanada “Xalq rəssamı Əzim Əzimzadə - 145” adlı kitab sərgisi açılıb
- 10:58 Gənclər Kitabxanasında görkəmli alim Əkrəm Cəfərin xatirəsi anılıb
- 10:04 “Musiqi və incəsənət məktəblərində müəllim keyfiyyəti” mövzusunda dəyirmi masa keçirilib
- 09:20 ABŞ-da keçirilən sərgidə Azərbaycanın milli geyimi nümayiş olunub
- 09:15 “Səhra qartalı” kitabının təqdimatı olub
- 17:14 Türkiyədə “Zəngəzur” Azərbaycan xalq rəqsləri ansamblı haqqında televiziya verilişi nümayiş etdirilib
- 17:13 Mədəniyyət naziri Adil Kərimli Siyəzəndə vətəndaşları qəbul edəcək
- 14:18 Bu gün Xalq artisti Ələddin Abbasovun anadan olmasının 103 ili tamam olur
- 14:12 “Mən qadınam” müsabiqəsinə ssenarilərin qəbulu yekunlaşıb
- 11:42 SSRİ Xalq artisti Adil İsgəndərovun anadan olmasının 115 ili tamam olur
- 11:18 "Avroviziya 2025" mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub
- 11:16 Gənclər Kitabxanasında Xalq artisti Adil İsgəndərova həsr olunmuş virtual sərgi hazırlanıb
- 11:09 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçiriləcək
- 11:03 Əməkdar jurnalist Etibar Babayevlə görüş və “Xatirələr işığında Heydər Əliyev” adlı kitabın təqdimatı keçirilib
- 10:39 Ümummilli liderin anadan olmasının 102-ci ildönümü münasibətilə respublika müşavirəsi keçirilib
- 10:25 Bu gün görkəmli şair Əhməd Cavadın doğum günüdür
- 09:37 Bu gün Azərbaycanda “Xalçaçı Günü”dür
- 09:36 Milli Kitabxanada “5 may - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
- 09:32 Milli İncəsənət Muzeyində “Ruhun sədası” adlı fərdi sərgi açılıb
- 09:26 Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib