Məmmədpaşa Piri oğlu Quluzadə 1914-cü il sentyabrın 5-də Bakının Əmircan kəndində anadan olub.1927-ci ildə N.Nərimanov adına Sənaye Texnikumuna daxil olub.1932-1938-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) neft-mədən fakültəsində təhsil alıb, oranı fərqlənmə diplomu ilə bitirib və qazma üzrə dağ mühəndisi ixtisasına yiyələnib.
1951-1964-cü illərdə institutda assistent, dosent, professor, Neft və qaz quyularının qazılması kafedrasının müdiri, institutun elmi işlər üzrə prorektoru vəzifələrində çalışıb. 1958-1964-cü illərdə Ümumittifaq “Neft və Qaz” jurnalının məsul redaktoru olub. Akademikin elmi-tədqiqat işləri neft elminin və texnikasının inkişafına, xüsusən də neft və qaz quyularının qazılma texnologiyasının nəzəriyyə və təcrübəsinə həsr edilib. Yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələri Azərbaycanda, Qərbi Sibirdə, Qazaxıstanda, Krımda, Başqırdıstanda, Saxalində və başqa neft-qaz rayonlarında tətbiq edilmişdir.
Bu gün Xəzər dənizində maili quyuların qazılması işlərinin nəzəri və mühəndisi əsasını akademikin yerinə yetirdiyi elmi-tədqiqat işləri təşkil edir. Bu üsulun geniş miqyasda tətbiqinə görə M.Quluzadə bir qrup alim və mütəxəssislə birlikdə 1972-ci ildə Azərbaycan Respublikasının dövlət mükafatına layiq görülüb. 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1972- ci ildə isə həqiqi üzvü seçilib.
Akademik məruzə və çıxışları ilə ABŞ, Almaniya, Hindistan, Meksika və digər ölkələrdə keçirilən konqres və simpoziumlarda Azərbaycan elmini ləyaqətlə təmsil edib. M.P.Quluzadə SSRİ Nazirlər Sovetinin Elm və Texnika Komitəsi yanında dərin neft və qaz quyularının qazılması texnikası və texnologiyasının təkmilləşdirilməsi üzrə elmi-texniki komissiyanın, SSRİ Neftçıxarma Sənayesi Nazirliyinin elmi-texniki şurasının, SSRİ Ali təhsil Nazirliyinin neft təhsili üzrə elmi-texniki şurasının, Azərbaycan EA-nın “Elm və torpaq” elmi şurasının doktorluq və namizədlik alimlik dərəcələri verən ixtisaslaşdırılmış Elmi Şuranın, Azərbaycan Ensiklopediyası baş redaksiyasının elmi şurasının, “Neft və qaz” jurnalının ilk redaktoru və redaksiya heyətinin üzvü olub.
400 elmi əsərin, o cümlədən 15 monoqrafiya, 15 ixtira və kəşflərin və Azərbaycan dilində yazılmış ilk fundamental dərsliklərin, dərs vəsaitlərinin müəllifidir.O, rəhbərlik etdiyi 10 elmlər doktorunun elmi məsləhətçisi olub və 45 texnika elmləri namizədi hazırlayıb. Elm və texnikanın inkişafı və yüksəkixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə M.Quluzadə “Lenin” və “Qırmızı Əmək Bayrağı”,“II dərəcəli Vətən müharibəsi” ordenləri, bir çox SSRİ medalları və Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanları ilə təltif olunub.
Görkəmli alim Məmmədpaşa Quluzadə 1994-cü il fevralın 28-də vəfat edib.
Allah rəhmət eləsin.
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib
- 14:32 Mədəniyyət Nazirliyi incəsənət məktəblərinə 36 müəllim işə qəbul edib
- 14:29 “Xocalıya” əsəri Əlixan Səmədovun ifasında rəqəmsal platformalarda yayımlanıb
- 10:00 "Qış nağılı" adlı yeni il şənliyi keçirilib
- 09:28 Xalq artisti Gülağa Məmmədovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
- 11:27 Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:47 Yasamal rayon Heydər Əliyev Mərkəzində mühazirə oxunub
- 09:38 Milli Kitabxanada Knyaz Aslanın 65 illiyinə həsr olunmuş sərgi ziyarət edilib
- 09:27 “Şirinlər və Şaxta Baba” adlı uşaq tamaşası nümayiş olunub
- 17:31 “Qu gölü" baleti fransız və Belarus solistləri tərəfindən ifa olunub
- 11:55 Respublika Uşaq Kitabxanasının 60 illiyi qeyd olunub
- 10:54 Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür
- 10:48 Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin 75 illiyi münasibətilə görüş keçirilib
- 09:47 “Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub
- 09:20 Muzey Mərkəzində təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib
- 17:01 Xalq rəssamı Əzim Əzimzadənin 145 illiyinə həsr olunan sərgi nümayiş olunub
- 14:21 İtalyan bəstəkarı C. Puççininin “Toska operası yenidən Opera və Balet Teatrının səhnəsində
- 11:26 “Milli Həmrəylik: Birlikdən doğan güc” adlı tədbir keçirilib
- 11:19 Dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə çap edilmiş yeni kitabların təqdimatı keçirilib
- 09:27 Milli Kitabxanada “Tofiq Bakıxanov. Biblioqrafiya” kitabının təqdimatı keçirilib
- 09:24 Ankarada Musiqi və Gözəl Sənətlər Universiteti ərazisindəki küçəyə dahi Üzeyir Hacıbəylinin adı verilib
- 09:22 Filarmoniyada Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr edilən konsert olub
- 14:41 "Həyatla oyun" tamaşası nümayiş olunub
- 14:11 Azərbaycan ilk dəfə Budapeşt Beynəlxalq Sirk Festivalının münsiflər heyətində təmsil olunur
- 13:10 Bakı Şəhər Xalq Teatrları Festivalının qaliblərinin tətifolunma mərasimi keçirilib
- 12:11 Mədəniyyət naziri Adil Kərimli Qətər Dövlətinin Milli Günü ilə bağlı tədbirlərdə iştirak edib
- 11:50 “Uşaqların Həmrəyliyi – Dünyanın Ümididir” adlı konsert keçirilib
- 10:47 Milli Kitabxanada akademik Nailə Vəlixanlının 85 illiyinə həsr olunmuş sərgi açılıb
- 09:43 “Azərbaycan xalqının suverenlik yolu” adlı tədbir keçirilib
- 09:26 "Qonağımız var" layihəsi çərçivəsində növbəti görüş keçirilib
- 09:15 Xalq artisti Rəşid Behbudovun anadan olmasının 110 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib
- 09:07 Xalq rəssamı Elmira Şaxtaxtinskinin 95 illik yubleyinə həsr olunmuş sərgi nümayiş olunub