XƏBƏRLƏR
MƏLUMAT
Bu gün ilk azərbaycanlı musiqişünas qadın Xurşid Ağayevanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
20/04/2021 01:12

Xurşid Ağayeva 20 aprel 1906-cı ildə anadan olub.

Xurşid Ağayeva 1935-ci il Azərbaycan Dövlət Konservatoriyasını bitirib.Üzeyir Hacıbəyli haqqında ilk monoqrafiyanın müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasında musiqi tarixindən dərs deyib, elmi işlər üzrə prorektor olub.

Xurşid Ağayeva 1918-1920-ci illərdə Azərbaycan Respublikası Parlamentinin ilk sədrinin birinci müavini olub. O,1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva ixtisasartırma İnstitutuna oxumağa göndərilib. Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləyib.

O, 1940-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının prorektoru vəzifəsində çalışıb.

Xurşid Ağayeva "Üzeyir Hacıbəyli" monoqrafiyasının, Azərbaycan musiqisinə aid məqalələrin, "XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları" (ölümü ilə əlaqədar tamamlanmayıb) əsərlərinin müəllifidir.

Xurşid Ağayeva 3 dekabr 1953-cü ildə vəfat edib.

Baxış sayı: 206