XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əminə Yusifqızının doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
24/09/2019 00:18

Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda doğulub. Hələ məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. Dram Teatrında (1964-1974), 1974-cü ildən “Azərbaycan film “kinostudyasında çalışıb.

Əminə Yusifqızı "Azərbaycan film" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərib.Dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur. Bədii qiraət ustası kimi tanınır.

Əminə Yusifqızı M.F.Axundov adına Pedaqoi Rus Dili və Ədəbiyyat İnstitunu  bitirib(1961). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958-1964), Azərbaycan Milli Dram Teatrının (1964-74) aktrisası olub.

Əminə Yusifqızı Rolları: Qulu ("Anacan", Y.Əzimzadə), Səbirə ("Son məktub", R.İsmayılov), Humay ("Komsomol poeması", İ.Coşğun; eyniadlı poeması əsasında), Ülkər ("Söz yarası", Q.Rəsulov), Əliman ("Ana tarla", Çingiz Aytmatov), Esse ("Şeytanın şagirdi", Bernand Şou) və s.

Əminə Yusifqızı 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. filmlərdə, televiziya tamaşalarında çəkilib.

 

 

Baxış sayı: 45858