Azərbaycan rəngkarı, qrafika ustası, professor Arif Ələsgərov 18 mart 1944-cü ildə Bakı şəhərində anadan olub. O, 1959–1964-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1964–1972-ci illərdə isə V.İ.Muxina adına Leninqrad Ali Bədii-Sənaye Məktəbində təhsil alıb.
Arif Ələsgərov 1972–1977-ci illərdə məzunu olduğu Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1977–2001-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim və dosent işləyib. 2001–2008-ci illərdə Azərbaycan Dövlət Akademiyasında kafedra müdiri işləyib və professor elmi adını alıb. 2008-ci ildən Türkiyənin Trabzon şəhərində Qaradəniz Texniki Universitetində Rəssamlıq fakültəsinin yaradıcısı, professoru və kafedra müdiridir.
Arif Ələsgərov 1975-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv seçilib. 1992-ci ildə "Əməkdar rəssam" fəxri adına layiq görülüb. Hazırda Türkiyədə yaşayır.
Tanınmış rəssamın yaradıcılığında milli dəyərlərin, ədəbi irsin, türkçülük ideyalarının və qədim ənənələrin təbliğatçısı kimi çıxış edir, fərdi dəst-xəttə və özünəməxsus qrafik üsluba malikdir. Onun dəzgah qrafikasının əsas mövzusu Abşeron, Bakı və bakılılardır. Rəssamın çoxsaylı kompozisiyalarının, eləcə də "Ayaqqabıçı", "Xatirələr", "Balıqçı" və başqa əsərlərinin leytmotivini nostalgiya, Bakı mühiti, milli-mədəni köklərə bağlılıq təşkil edir. Arif Ələsgərovun qrafik lövhələri üçün şərti ifadə tərzinin bədii estetikliyini saxlamaq xasdır. Onun yaradıcılığının bu istiqamətində "Qocalar-idmançılar" və "Bizim veteranlar" adlı iki böyük silsilə əsas yer tutur.
2000-ci illərdə rəssamın yaradıcılığında dekorativ şərti başlanğıca meyl daha da güclənir, konkret motivlərin ümumiləşdirilməsi, "İpək yolu", "Gənc ailə", "Ağaclar" kimi əsərlərində lirik obrazlılığa nail olmaq cəhdi üstünlük təşkil edir. Arif Ələsgərov yaradıcılığının mövzu və bədii obrazlar dairəsi müxtəlifdir. Bəzən rəssamın mücərrəd yaradıcı təfəkkürü, onu hər hansı fiqurativlikdən tamamilə azad olan əsərlər yaratmağa sövq edir. Bu əsərlərdə real aləmin əşya və personajlarına eyham olmur. Onun "Həyatın başlanğıcı", "Göy qurşağı", "Röya", "Köhnə həyət" və başqa əsərlərində harmoniya və sakitliyin hökm sürdüyü gizli daxili aləm öz əksini tapır.
Rəssam "Estamp tarixi və ofort" və "Dizaynda kompozisiya" adlı dərsliklərin müəllifidir.
Arif Ələsgərov 1986-cı ildə Zaqafqaziya Respublikalarının bienalesinin Qızıl medalına, 1987-ci ildə SSRİ Rəssamlar İttifaqının mükafatına, 2001-ci ildə isə "Sultan Məhəmməd" mükafatına layiq görülüb.
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə