Kino elə bir aləmdir ki, insanı həm güldürür, həm düşündürür, hər gün qarşılaşdığımız, gözümüzdə adiləşən hadisələri, insanları bizə başqa rakursdan təqdim edən, onların qeyri-adiliyini və unikallığını təcəssüm etdirən incəsənət növüdür.
Qısa müddət ərzində gördüklərimiz, bəzən birnəfəsə, gözümüzü belə çəkmədən izlədiyimiz bədii, sənədli ekran əsərlərini bizə çatdıran isə həyat həqiqətlərinə bəzən realist, bəzən müdrik və uzaqgörənliklə kameranın gözlüyündən görərək kinolentə köçürən böyük yaradıcı heyət və onu idarə edən kinorejissordur. Kinorejissor həm də ssenarist olanda isə bu iş xüsusilə çətinləşir, nəticə isə daha məzmunlu və dərin olur.
Kinorejissor Cahangir Zeynallının yaradıcılığında olduğu kimi...
Cahangir Zeynallı 13 oktyabr 1949-cu ildə Bakı şəhərində dünyaya gəlib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1970-1975). Təhsilini başa vurduqdan sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayıb. Qırxa yaxın sənədli və bir bədii film çəkib.
Rejissorun filmoqrafiyasına nəzər salsaq, mövzu müxtəlifliyinin şahidi olarıq: “Şəfa nöqtələri” (1977), “Sirk mənim həyatımdır” (1978), “Dostlar görüşəndə” (1980), “Neft çağırır”(1980), “Son söz” (1981), “Arzuya doğru” (1983), “Şeir mənim üçün bir kainatdır” (1984), “Əbədi iz” (1985), “Fikrət Əmirov” (1985), “Əbədiyyət yolu” (1987), “Sumqayıt yenidənqurma yolu ilə” (1987), “20 Yanvar” (1990), “Qobustan” (1991), “Azəreloktromaş” (1992), “Qaçqınlar” (1994), “Əsrin kontaktı”(1996), “Firəngiz Əlizadə. Lüsern-99” (1999) və s. quruluş verib.
Mövzular müxtəlif olsa da onları birləşdirən bir ana xətt var – bu isə Vətənə bağlılıq, Azərbaycanın tarixi keçmişini, milli mədəniyyətimizin dünya mədəni irsində rolunu, tutduğu mövqeyindən, yaşam tərzindən, dini görüşlərindən asılı olmayaraq Azərbaycan vətəndaşının əzmini nümayiş etdirməkdir. Bu filmlər həmçinin əks etdirdiyi mövzuya müxtəlif yöndən yanaşmaları ilə fərqlənir. Bir tərəfdən Azərbaycanın təbii sərvətləri, neftçilərimizin gərgin zəhməti, Sumqayıtda kimyaçılarımızın, metallurqlarımızın əldə etdikləri nailiyyətlər, digər tərəfdən isə sənayenin inkişafı ilə təbii ehtiyatlardan səmərəsiz istifadə, ekoloji problemləri əks etdirən kadrların bir-birini əvəzləməsi, tamaşaçıya quruculuğun, davamlı inkişafın iqtisadiyyatla ekologiyanın paralel inkişafının təmin olunmasından qaynaqlandığı ismarıcını verir və onu ətraf aləmə düşünərək, qayğı ilə yanaşmağa sövq edir.
Əməkdar incəsənət xadimi Cahangir Zeynallının bütün filmləri plakatdır. İşıqlandırdığı mövzudan asılı olmayaraq, hər biri tamaşaçıya və cəmiyyətə bir çağırışdır. Bu müraciətin əsasını isə Vətən sevgisi, dostu düşməndən ayırmaq niyyəti, insanpərvərlik və qayğıkeşlik durur. Ölkəmizin hüdudlarından kənarda başımıza gələn faciələri və müstəqillik uğrunda mübarizəmizi əks etdirən “20 Yanvar” və “Qaçqınlar” filmləri bədii-estetik dəyəri, ağır, çətin şəraitdə çəkilməsinə baxmayaraq yüksək peşəkar rejissor həlli ilə fərqlənirlər.
“Qobustan” (1991), “Fikrət Əmirov” (1985), “Firəngiz Əlizadə. Lüsern-99” (1999) və s. filmlər isə Azərbaycanın tarixi keçmişini əsərlərində yaşadaraq ona müasir musiqi çalarları qataraq dünyaya tanıdan, yaratdıqları milli musiqi irsimizin incilərinə çevrilən və ölkəmizi onun hüdudlarından kənarda tanıdaraq sevdirən, Azərbaycan adına ayaq üstə gurultulu alqışlarla qarşılanan bəstəkarlarımızın yaradıcılığından bəhs edir.
Kinorejissorun Xalq yazıçısı Anarın “Əlaqə” povesti əsasında ekranlaşdırdığı eyniadlı filmin qeyri-adiliyi isə fantastik janrda ilk Azərbaycan filmi olması ilə yanaşı, həm də sanki planetlə kainat arasında zaman maşınında irəliləyərək gözləntilərimizi gerçəkləşdirməsindədir.
Bəlkə də kinonu tamaşaçıya sevdirən də hər bir rejissora müyəssər olmayan bu xüsusiyyətdədir. Cahangir Zeynallı kökü bu torpaqdan su içib, onun energetikasını dərk edərək zamanı qabaqlamağı bacaran və 1989-cu ilin əvvəllərində hələ yalnız az saylı insanların içində cücərən, bir qığılcıma bənd olan azadlıq arzusunu “Əlaqə” filmi ilə nəinki ifadə edib, həm də tamaşaçıya göstərib. Bu əsər vasitəsilə sanki iç dünyamızla gerçəklik arasında bir körpü yaradıb. Filmin daha bir uğuru isə iki vətənpərvər, kinoya bağlı insanın vahid ideya ətrafında bir araya gəlməsinin nəticəsidir.
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi