XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əliağa Cəfərovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2019 11:40

Əliağa Qafar oğlu Cəfərov 1954-cü il mayın 16-da Bakı şəhərində anadan olub.1960-1970-ci illərdə Qubadlı rayon Əliqulu-uşağı kənd orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra Sumqayıt Politexnik Texnikumunun “Sənaye və mülki tikinti” fakültəsinə daxil olub, 1973-cü ildə oranı bitirib.1977-1982-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kitabxanaçılıq fakültəsində təhsil alıb.

1982-1994-cü illərdə “Azərkitab” kitab ticarəti birliyinin 69 saylı mağazasında direktor, Sumqayıt şöbəsinin direktoru və birliyin plan şöbəsinin rəisi işləyib. О, “Xocalı faciəsi”, “Bəlalı dağlar”, “Puç olmuş arzular”, “Qırğın” romanlarının, “Сасанитская держава в 3-5 вв.”, “O, insanlara yaxşılıq üçün gəlib”, “Arzular ümüdlər məktəbi”, “Aşıq “Koroğlu” dastanı”, “Azarbaycanda “Koroğlu” dastançılıq ənənələri” əsərlərinin və bir sıra elmi məqalələrin, soraq-məlumat xarakterli kitabların və lüğətlərin müəllifidir.

5 cilddən ibarət “Azərbaycan nağılları” və “Azərbaycan dastanları”, “Azərbaycan folkloru antologiyası”, “Qaçaq Nəbi” dastanlarının yenidən işlənib nəşr olunması da alimin elmi fəaliyyətinin əsas göstəricilərindən biridir. O, Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ilk dəfə “Qurani-Kərim”i latın qrafikasında nəşr edib. О, 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür.

Respublikamızda çap olunmuş 80-nə yaxın bədii və elmi əsərin redaktoru və ön sözlərinin müəllifidir. 1997-ci ildən özünün təsis etdiyi özəl “Çıraq” nəşriyyatının direktorudur. MNAEP-in akademikidir.

Baxış sayı: 3538