XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əlabbas İsgəndərovun anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
03/03/2020 23:24

Azərbaycanın Milli Qəhrəmanı Əlabbas İsgəndərov 20 noyabr 1958-ci ildə Ağdam rayonunun Kürdlər kəndində anadan olub. O, cavanlığında Kolanı obasında ad-san çıxarıb, əyilməzliyi ilə hamının hörmətini qazanıb. 18 yaşı tamam olduqda ordu sıralarına çağırılır, tərxis edildikdən sonra isə öz doğma obasına dönərək təsərrüfatla məşğul olub. 1991-ci ildə Ağdamda könüllülərdən ibarət batalyon yarananda ona ilk yazılanlardan biri də Əlabbas olub.

1992-ci ildə Umudlu kəndində mühasirəyə düşmüş 40 döyüşçümüz məhz Əlabbasın qəhrəmanlığı nəticəsində gizli yollarla hərbi hissəyə dönə biliblər. O 4 mart 1992-ci ildə Qazançı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Evli idi, üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 13 avqust 1992-ci il tarixli 135 saylı Fərmanı ilə İsgəndərov Əlabbas Qara oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib.

Baxış sayı: 7596