XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Azərbaycanın kino rəssamı Fikrət Bağırovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
21/01/2022 00:24

Azərbaycan SSR Əməkdar rəssamı, SSRİ Dövlət mükafatı laureatı Fikrət Bağırov 10 dekabr 1935-ci ildə Bakı şəhərində anadan olub. 1958-ci ildə Azərbaycan rəssamlıq məktəbini bitirərək Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsinə daxil olub. Təhsilini başa vurub Bakıya qayıdan Fikrət Bağırov, “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb.

“777 №-li müəssisədə” (1988, qısametrajlı bədii süjet – “Mozalan” № 129), “Arşın mal alan” (1965), “Aşkarsızlıq şəraitində...” (1986), “Bağlı qapı” (1981), “Biri vardı, biri yoxdu...” (1967), “Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev” (1968), “De ki, məni sevirsən!” (1977), “Divar” (1991), “Güllələnmə təxirə salınır!...” (2002), “Günlərin bir günü...” (1976), “Həmyerli” (1989), “Həyat bizi sınayır” (1972), "İmportnı" yaxud zırrama” (1972), “İstintaq” (1979), “Mən ki gözəl deyildim” (1968), “Ömrün ilk saatı” (1973), “Öpürəm” (1988), “Park” (1984), ”Rejissor. Ramiz Əsgərov haqqında...” (2004), “Rəngli yuxu” (1982), “Rüstəm İbrahimbəyov” (1988), “Şərikli çörək” (1969), “Yanğın” (1975), “Yaşamaq gözəldir, qardaşım!” (1966) ekran əsərlərinin quruluşçu rəssamı olub.

Əsərləri respublika və xaricdə sərgilərdə nümayiş etdirilib.

Kinorəssam Fikrət Bağırov 1996-ci il yanvarın 21-də dünyasını dəyişib.

Baxış sayı: 262