
“Peşəkar pianoçu royalın dillərinə dinləyicisinin qəlbinə təmas edirmiş kimi toxunmalıdır” - bu sözlər əbəs yerə deyilməyib. Axı pianoçunun səsləndirdiyi əsər ürəkləri ovudub, həyat eşqini artırmadıqca, kövrək, incə duyğulara can vermədikcə, onun yaradıcılığı da axsayır. Bir-birindən gözəl ifaları ilə könüllərə məlhəm olan sevimli pianoçumuz Çingiz Sadıqovun sehrli barmaqlarından qopan hər bir musiqi Azərbaycan mədəniyyət xəzinəsinin dəyərli sərvətidir.
Maestro Sadıqov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə Bakının onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. Sonradan Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında, professor Aleksandr Qoldenveyzerin sinfində oxuyub.
Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 16 nömrəli Bakı Musiqi Məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, mədəniyyət və turizm nazirinin məsləhətçisi, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb.
Məşhur Azərbaycan müğənniləri Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləyib, onları royalda müşayiət edib.
O, 1994-cü ildən ABŞ-da San-Fransisko şəhərində yaşayıb. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunub.
Çingiz Sadıqov Azərbaycanın “Əməkdar artisti” və “Xalq artisti” fəxri adlarına layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıqov 30 dekabr 2017-ci ildə ABŞ-da vəfat edib.
- 14:02 İğdırda Azərbaycan-Türkiyə Gənclər Teatrı yaradılıb
- 09:20 Milli Kitabxanada keçirilən tədbirlər CENL-in rəsmi saytında
- 15:22 Kamal Abdullanın “Seçmələrin seçməsi – Qranulalar” kitabı Almaniyada nəşr olunub
- 14:39 A.B.Səfərovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 12:50 VIII Beynəlxalq Animasiya Festivalına hazırlıq işləri görülür
- 12:46 “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” kitabı çap olunacaq
- 12:07 Qarabağ Universiteti müəlliminin “Dərviş” adlı şüşə xalçası Sofiyada nümayiş etdiriləcək
- 10:29 İlk milli kinoaktrisa İzzət Orucovanın şərəfinə mükafat təsis edilib
- 10:23 “Azərbaycan gəncliyi beynəlxalq aləmdə” mövzusunda dəyirmi masa keçirilib
- 09:12 “Azərbaycan Milli Elmlər Akademiyası: biblioqrafiyaların biblioqrafiyası”
- 09:07 “Möhtəşəm Bakı” sərgisi – Finlandiyada Azərbaycan mədəniyyətinin parlaq təcəssümü
- 15:50 Əməkdar artist Əyyub Quliyev ölkəmizi beynəlxalq festivalda təmsil edib
- 15:27 Ərzurumda ”Can Azərbaycandan sevgilərlə” adlı konsert proqramı təşkil olunacaq
- 14:35 İncəsənət məktəb və mərkəzlərinə ixtisas və məktəb seçimi mərhələsi başlanır
- 13:24 “Tıq-tıq xanım” kukla tamaşası nümayiş olunub
- 10:48 Bu gün Xalq artisti Azər Paşa Nemətovun doğum günüdür
- 10:42 Qaradağ rayon Heydər Əliyev Mərkəzində gənc rəssamların əsərlərindən ibarət sərgi keçirilib
- 09:10 Attestasiyanın ikinci mərhələsinin nəticələri üzrə növbəti təlimlərə başlanılır
- 17:20 Milli Kitabxana Beynəlxalq Gənclər Günü münasibətilə virtual sərgini istifadəçilərə təqdim edib
- 14:53 “Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu” adlı tədbir keçirilib
- 14:12 Gənclər Kitabxanasında Xalq yazıçısı Elçinin xatirəsi anılıb
- 09:30 12 avqust - Beynəlxalq Gənclər Günüdür
- 09:28 Bu gün Xalq şairi Qabilin anadan olmasından 99 il ötür
- 09:15 “Azərbaycan - Yaponiya elmi-mədəni əlaqələrinin inkişafı” mövzusunda məruzə dinlənilib
- 16:36 Milli Kitabxanada “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı elektron məlumat bazası hazırlanıb
- 14:20 ARKA-da ölkənin aparıcı film festivallarının direktorları ilə görüş keçirilib
- 12:13 “Əbdürrəhim bəy Haqverdiyevin teatr əsərləri” adlı kitab Ankarada çap edilib
- 12:11 Bu gün görkəmli şair Zeynal Xəlilin anım günüdür
- 11:51 Gənclər Kitabxanasında general Cəmşid Naxçıvanskinin 130 illiyi münasibətilə silsilə materiallar hazırlanıb
- 09:32 İsveçdə Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş konfrans keçirilib
- 12:32 Əməkdar artist Aybəniz Həşimova və Sənət akademiyası tələbələrinin konserti keçirilib
- 14:38 Milli Kitabxanada “Yazıçı-publisist Almaz Ülvi” adlı kitab sərgisi açılıb
- 12:14 Bu il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi elan edilib
- 09:15 Bəxtiyar Vahabzadənin ev-muzeyində açılan sərgi avqustun sonunadək davam edəcək
- 17:32 Milli Kitabxanada “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı virtual sərgi hazırlanıb
- 16:56 Uşaq İncəsənət Festivalı çərçivəsində seçmə turun ikinci mərhələsi davam edir
- 14:28 Milli Kitabxanada “Xalq rəssamı Toğrul Nərimanbəyov – 95” adlı kitab sərgisi açılıb
- 14:13 Prezident Kitabxanasında Xalq yazıçısı Elçin Əfəndiyevin xatirəsinə həsr olunmuş sərgi açılıb
- 12:05 Türkmənistanda Azərbaycan milli irsinin möhtəşəm təqdimatı
- 11:13 “Türk dünyası Lefkoşa şeir axşamları”nda ölkəmiz də təmsil olunub
- 10:12 Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun doğum günüdür
- 16:18 Bu gün Xalq artisti Süleyman Nəcəfovun anadan olmasının 77-ci ili tamam olur
- 14:29 Milli Kitabxanada Xalq yazıçısı Elçin Əfəndiyevin xatirəsinə həsr olunmuş videoçarx hazırlanıb
- 11:06 Xan qızı, “Dürrü yekta” - Xurşidbanu Natəvan
- 10:25 “Qırmızı papaq və Canavar Conik” kukla tamaşası təqdim olunub
- 09:14 Litvada “Odlar Yurdu”nun muğam virtuozları” adlı konsert olub
- 17:35 Uşaq İncəsənət Festivalında ikinci seçim mərhələsi başlayıb
- 16:21 “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin növbəti mərhələsi başa çatıb
- 14:11 Türkmənistanda “Azərbaycan Milli Günü” – Mədəni İrsimizin Parlaq Təqdimatı
- 10:53 Gənclər Kitabxanasında “Akademik Mustafa bəy Topçubaşov – 130” adlı elektron məlumat bazası hazırlanıb
- 09:46 Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film çəkiləcək
- 17:20 Azərbaycanın iki animasiya filmi beynəlxalq festivalda nümayiş olunacaq
- 16:16 Xalq yazıçısı Elçin Əfəndiyev son mənzilə yola salınıb
- 14:45 Elçin İlyas oğlu Əfəndiyev
- 11:15 Bu gün Xalq artisti Ramiz Məlikin anadan olmasının 82-ci ili tamam olur
- 09:39 Türkmənistanda “Azərbaycan Milli Günü” keçiriləcək
- 16:40 Xalq yazıçısı Elçin Əfəndiyev vəfat edib
- 12:36 "Əlvida, Şmidt!" bədii filmi nümayiş olunub
- 09:29 2 Avqust -Azərbaycan Kinosu Günüdür
- 11:23 Bakıda Mərakeşin milli bayramı qeyd olunub