XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Abbasağa Azərtürkün doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
24/11/2022 02:37

Abbasağa Azərtürk 1934-cü il noyabr ayının 24-də Cəlilabad şəhərində anadan olub.

Ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb. İlk mətbu şeiri 1964-cü ildə çapdan çıxıb.

İlk kitabı "Atlılar" 1964-cü ildə işıq üzü görüb. "Mənim qismətim", "Od oğlu", "Anama minnətdaram", "Cəlilabad dastanı", "Qaraçı nəğmələri" və "Qaya sükutu" kimi kitabların müəllifidir. Bu kitablarda toplanan şeir və poemalardan odlu-alovlu bir şairin vətəndaşlıq, azadlıq, insan və gözəllik haqqında bədii təsvir vasitələri ilə zəngin ürək sözləri toplanıb.

Abbasağa Azərtürk fəhləlikdən şeirə gələn şairlərdəndir. "Qaradağneft" mədənində operator köməkçisi, əsaslı təmir, geoloji-kəşfiyyat, baş tikinti idarələrində, şin və gəmi təmiri zavodlarında fəhlə işləyib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakultəsini bitirib, 1968-ci ildən ömrünün sonunadək Cəlilabad şəhərindəki 7 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olub. Abbasağa Azərtürk həm klassik, həm də müasir janrlarda özünəməxsus, orijinal şeirlər yazıb.

“Atlılar”, “Mənim qismətim”, “Od oğlu”, “Anama minnətdaram”, “Cəlilabad dastanı” (şeirlər və poemalar), “Qaraçı nəğmələri” adlı kitabların müəllifidir.

Azərbaycan şairi 8 avqust 1998-ci ildə Cəlilabad şəhərində vəfat edib.

Baxış sayı: 118