XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Azərbaycan rejissoru, Azərbaycan SSR Əməkdar incəsənət xadimi Ağarza Quliyevin anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
15/09/2023 00:25

Ağarza Quliyev 1898-ci il dekabrın 22-də Lənkəranda anadan olub. 1924-cü ildə Azərbaycan Teatr məktəbini, 1927-ci ildə isə Kinofabrikanın nəzdində kino emalatxanasını bitirib.

1924-cü ildən kinoda fəaliyyətə kinoaktyor kimi başlayıb, 1934-cü ildən kinorejissor kimi fəaliyyətini davam etdirib.

Azərbaycan kinosunda 50 illik fəaliyyəti nəticəsində 25-dən çox filmin üzərində işləmiş, rejissor olaraq "Almaz", "Yeni horizont", "Qara daşlar", "Səhər", "Ulduz", "Mən ki gözəl deyildim" tammetrajlı bədii filmlərinə ekran həyatı verib, bir neçə filmdə aktyor kimi də çəkilib.

Eyni zamanda dublyaj sahəsində də əməyi olan rejissor bir çox filmlərin dilimizə tərcümə edilməsi üzərində işləyib.

“Azərbaycan SSR Əməkdar incəsənət xadimi”fəxri adına 1960-cı ildə layiq görülüb.

Ağarza Quliyev 15 sentyabr 1976-cı ildə Bakıda vəfat edib.

Baxış sayı: 115