Azərbaycanlı yazıçı, şair, tərcüməçi, dramaturq, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru Əzizə Yəhya qızı Əhmədova 26 yanvar 1932-ci ildə Bakıda anadan olub.
İlk təhsilini doğma şəhərdə alan Əzizə Əhmədova əvvəlcə pedaqoji texnikumu bitirib. Amma yaradıcılığa olan marağı onu Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində təhsil almağa vadar edib. Buranı bitirdikdən sonra "Uşaq və gənclər" nəşriyyatında əmək fəaliyyətinə başlayıb. Elə ədəbi yaradıcılığı da o illərdən başlanğıc götürüb. İlk hekayəsi olan "Qorxmazın səhvi" 1957-ci ildə "Pioner" jurnalında dərc edilib. Əzizə son dərəcə məhsuldar işləyib. Hekayələri, pyesləri ilə yanaşı, tərcümələri də müntəzəm olaraq oxuculara çatdırılıb.
Əzizə Əhmədova Azərbaycan Sovet Ensiklopediyasında böyük redaktor vəzifəsində çalışıb.1967-ci ildə isə "Gənclik" nəşriyyatına direktor təyin edilib. Əzizə xanımın əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Bir müəllif kimi onlarla kitabı dərc olunub. Əzizə Əhmədovanın əsərləri 30, 40, 50 min tirajla çap edilib, bunlardan "Xınalı qayalar", "Yaz qarı", "Onu çiçəklər sevdi", "Bu ellərə vurulmuşam", "Bir ürək sındırmışam", "Çiçəklərim" və digərlərinin adlarını sadalamaq olar.
Əzizə Əhmədova tərçüməçi kimidə böyük işlər görüb. V.Hauf, A.Kuprin, A.Qaydar, İ.Franko, S.Magilevskaya, C.Barri, M.Prilejayeva, A.Rıbakov, A.Lindqren və onlarla başqalarının əsərlərini Azərbaycan dilinə tərcümə edib.
1985-ci ildə Əzizə xanımın yeni kitabı olan "Damda yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları" böyük əks-səda doğurub.
Əzizə Əhmədovanın mətbuatda dərc edilmiş son hekayələrindən biri "Ümid yaşadır bizi" adlanır. Ötən əsrin sonlarında baş verən ziddiyyətli məqamlar, quruluşun dəyişməsi, bədnam qonşularımızın torpaq iddiaları yazıçının da ovqatında bir kədər və bədbinlik yaradıb.Lakin qələminə və sözünə sadiqliyi onu başqa bir ümidin əllərinə tapşırır. O inanır ki, hər şey yaxşı olacaq. Bu səbəbdən də ümidlə yaşamağın, həyata inamla baxmağın tərəfdarı idi. Həmişə gözəllikdən, vətənin füsunkarlığından, gənclərin sevgi duyğularından, balacaların şıltaq dolu həyatından maraqlı, yaddaqalan əsərlər yaradan Əzizə Əhmədova həyatın ağrı-acılarının içindən sıyrılıb çıxmağı bacaran qələm sahibi idi. Belə bir fikri var idi: "Bədii əsər hər kəsi mənəvi cəhətdən təmizləməli, onun ürəyinə, duyğularına bir sevinc bəxş etməlidir. Gərək mütaliə edəndə ürəyin sıxılmasın, duyğuların qanad açsın, həyata, yaşamağa həvəsin daha çox olsun". Onun aləmində hər bir əsərin motivində həyat eşqi dayanmalı idi. Bu səbəbdən də Əzizə Əhmədova müşahidələrini duyğularının süzgəcindən keçirərək elə tərzdə qələmə alırdı ki, həqiqətən də onu oxumaqdan həzz alırdın. Ən bədbin, həyatdan küsmüş insanın ürəyinə də bir sevinc işartısı, mübarizlik ruhu gəlirdi. Əzizə Əhmədova həyatsevər bir insan idi. Təəssüf ki, başımıza gələn müsibətlər yaşının ahıl çağında onu çox sarsıtdı. Ömrünün sonlarında söhbət zamanı dediyi bir söz hələ də yaddaşımdan pozulmayıb: "Yaza bilmirəm. Qonşumuzun oğlu şəhid oldu. Vaxtilə mənim ən sevimli oxucum idi. Əlimə qələm alan kimi onun gözəl üzü xəyalıma gəlir. Allah ermənilərə lənət eləsin! Təkcə torpağımızı işğal etmədilər, duyğularımıza da ağır kədər, dərd gətirdilər". Zahirən də yaraşıqlı, gözəl bir xanım idi Əzizə Əhmədova. Ala gözlərindən daxili aləmini oxumaq çox asan idi. Mənəviyyatca zəngin, mükəmməl bir insan kimi həmkarlarının arasında böyük hörməti vardı. Təəssüf ki, üzləşdiyimiz bəlalar bu nikbin xanımın bütün varlığında qəflətən kədər dolu bir ovqat yaratdı. Çox istəyirdi ki, Qarabağın ağ günlərini görsün. Çox istəyirdi ki, vətəndən qaçqın düşmüş, didərginə, köçkünə çevrilmiş soydaşlarımız öz doğma yurd-yuvalarına qayıtsınlar. "Bax, onda bu mövzuda ən gözəl əsərimi yazacağam" - söyləyirdi. Təəssüf ki, əcəl aman vermədi və Əzizə xanım Müzəffər Qələbəmizi görə bilmədi. Yaşasaydı, indi 89 ilini tamamlayacaqdı. Təsəllimiz onadır ki, sözə könül bağlayanlar öz ömürlərini də bu əbədiyaşar varidatın ucalığında yaşadırlar. Əzizə Əhmədovanın kitabları, tərcümələri, dramları, cizgi filmləri üçün yazdığı ssenariləri həmişə onu xatırladacaq.
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib
- 14:32 Mədəniyyət Nazirliyi incəsənət məktəblərinə 36 müəllim işə qəbul edib
- 14:29 “Xocalıya” əsəri Əlixan Səmədovun ifasında rəqəmsal platformalarda yayımlanıb
- 10:00 "Qış nağılı" adlı yeni il şənliyi keçirilib
- 09:28 Xalq artisti Gülağa Məmmədovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
- 11:27 Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:47 Yasamal rayon Heydər Əliyev Mərkəzində mühazirə oxunub
- 09:38 Milli Kitabxanada Knyaz Aslanın 65 illiyinə həsr olunmuş sərgi ziyarət edilib
- 09:27 “Şirinlər və Şaxta Baba” adlı uşaq tamaşası nümayiş olunub
- 17:31 “Qu gölü" baleti fransız və Belarus solistləri tərəfindən ifa olunub
- 11:55 Respublika Uşaq Kitabxanasının 60 illiyi qeyd olunub
- 10:54 Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür
- 10:48 Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin 75 illiyi münasibətilə görüş keçirilib
- 09:47 “Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub
- 09:20 Muzey Mərkəzində təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib
- 17:01 Xalq rəssamı Əzim Əzimzadənin 145 illiyinə həsr olunan sərgi nümayiş olunub
- 14:21 İtalyan bəstəkarı C. Puççininin “Toska operası yenidən Opera və Balet Teatrının səhnəsində
- 11:26 “Milli Həmrəylik: Birlikdən doğan güc” adlı tədbir keçirilib
- 11:19 Dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə çap edilmiş yeni kitabların təqdimatı keçirilib
- 09:27 Milli Kitabxanada “Tofiq Bakıxanov. Biblioqrafiya” kitabının təqdimatı keçirilib
- 09:24 Ankarada Musiqi və Gözəl Sənətlər Universiteti ərazisindəki küçəyə dahi Üzeyir Hacıbəylinin adı verilib
- 09:22 Filarmoniyada Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr edilən konsert olub
- 14:41 "Həyatla oyun" tamaşası nümayiş olunub
- 14:11 Azərbaycan ilk dəfə Budapeşt Beynəlxalq Sirk Festivalının münsiflər heyətində təmsil olunur
- 13:10 Bakı Şəhər Xalq Teatrları Festivalının qaliblərinin tətifolunma mərasimi keçirilib
- 12:11 Mədəniyyət naziri Adil Kərimli Qətər Dövlətinin Milli Günü ilə bağlı tədbirlərdə iştirak edib
- 11:50 “Uşaqların Həmrəyliyi – Dünyanın Ümididir” adlı konsert keçirilib
- 10:47 Milli Kitabxanada akademik Nailə Vəlixanlının 85 illiyinə həsr olunmuş sərgi açılıb
- 09:43 “Azərbaycan xalqının suverenlik yolu” adlı tədbir keçirilib
- 09:26 "Qonağımız var" layihəsi çərçivəsində növbəti görüş keçirilib
- 09:15 Xalq artisti Rəşid Behbudovun anadan olmasının 110 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib
- 09:07 Xalq rəssamı Elmira Şaxtaxtinskinin 95 illik yubleyinə həsr olunmuş sərgi nümayiş olunub
- 17:04 “Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib