XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanlı rəssamın çəkdiyi portret məşhur döyüşçünü heyrətləndirib
ÜMÜMİ XƏBƏRLƏR
31/08/2020 01:27

UNESCO Rəssamlar Birliyinin fəxri üzvü Nizar Məmmədov irlandiyalı qarışıq döyüş növləri döyüşçüsü və boksçusu, dünya şöhrətli UFC (son hədd mübarizə çempionatı) çempionu Konor Makqreqorun sifarişi ilə onun portretini çəkib.

Portret təkcə sənətsevərlərin deyil, məşhur döyüşçünün də böyük marağına səbəb olub.

Rəssamın sözlərinə görə, çəkdiyi portret yaxın gələcəkdə Konor Makqreqora təqdim ediləcək.

Baxış sayı: 157