Fevralın 29-da “Azərbaycanın mədəni marşrutları potensialı” mövzusunda Respublika müşavirəsinin bağlanış mərasimi keçirilib.
Mədəniyyət Nazirliyi Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Günel Aslanova çıxış edərək müşavirə iştirakçılarına təşəkkürünü bildirib. Mədəni marşrutların əhəmiyyətindən danışan şöbə müdiri bu layihələrin ölkələr və bölgələr arasında qarşılıqlı mədəni əlaqələrin inkişafına töhfələr verdiyini diqqətə çatdırıb: “Mədəni marşrutlar anlayışı bir çox ölkələrdə əhatə dairəsini genişləndirərək interaktiv, dinamik və daim inkişaf edən mədəniyyətlərarası münasibətlərin əsası olaraq da qəbul edilir. Bu baxımdan mədəni marşrutlar fərqli mədəniyyətləri, inancları və həyat tərzlərini, fərdi və kollektiv bacarıqları, ənənələri əks etdirir. Mədəni marşrutların yeni bir konsepsiyaya çevrilməsi mədəniyyətin digər sahələri ilə - tarix-mədəniyyət abidələri, şəhərlər, xalq yaradıcılığı, mədəniyyət mənzərələri və digər sahələrin təbliği və inkişafında müstəsna rol oynayır. Eyni zamanda mədəni marşrutlar mədəniyyətin müxtəlif sahələrinin əhəmiyyətini artıran ortaq bir sistemdir”.
Şöbə müdiri Azərbaycanın 2011-2019-cu illərdə Avropa Şurasının 5 mədəniyyət marşrutuna qoşulduğunu deyib. Qeyd edib ki, ölkəmiz bu illər ərzində mədəni marşrutlar şəbəkəsində fəal iştirak etməklə təşkilatın fəaliyyətinə öz töhfəsini verir. Bunu “Azərbaycanın mədəni marşrutlar potensialı” müşavirəsində ölkəmizin təmsil olunduğu hər bir mədəni marşrutun nümayəndələri də öz çıxışlarında qeyd ediblər: “Müşavirə ölkəmizin mədəni marşrutlar sahəsində ixtisaslaşdığını, eyni zamanda yeni yerli mədəni marşrutların yaradılmasının əhəmiyyətini, o cümlədən beynəlxalq mədəni marşrutlarda təmsilini genişləndirməklə yeni təcrübələrə yiyələnməli və əldə olunan nəticələri bölüşərək sahə üzrə qabaqcıl respublikalardan birinə çevrilmə potensialının mövcudluğunu üzə çıxarıb. Tədbirdə səsləndirilən fikirlər, aparılan müzakirələr onu göstərib ki, yaxın gələcəkdə ölkəmiz bu sahədə yeni və əhəmiyyətli layihələrə imza atacaq. Unutmamalıyıq ki, mədəni marşrutlar yalnız mədəniyyət sahəsini deyil, eyni zamanda bir çox sənaye sahələrini əhatə etməklə öz müsbət töhfəsini verir”.
Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni çıxış edərək tədbirin yüksək şəkildə təşkilinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, vətəninə qayıtdıqdan sonra bu tədbirlə bağlı zəngin təəssüratlarını bölüşəcək: “Azərbaycanın qədim tarixi və ənənələri var. Bu tarix və ənənəni təqdim etmək üçün həm də bacarıqlı və istedadlı insanlar var. Siz bütün bu müxtəlifliyi birləşdirərək təqdim edə bilirsiniz. İki gün ərzində biz Azərbaycanın qədim muğam sənəti, xalq yaradıcılığı nümunələri haqqında məlumat əldə etdik. Xalça Muzeyini ziyarət etdim, tədbirin keçirildiyi Muğam Mərkəz ilə tanış oldum”. Stefano Dominioni Azərbaycan tərəfindən irəli sürülən hər bir yeni ideya və təşəbbüsə dəstək olacağını da vurğulayıb: “Bu təşəbbüslərin bazası və inkişafı üçün böyük potensialınız mövcuddur. O cümlədən də yerli marşrutların qurulması ilə bağlı əlavə resursların tətbiqi də mühüm əhəmiyyətə malikdir”.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən və iki gün davam edən tədbirdə mədəni marşrutlarla bağlı müzakirələr aparılıb. Müşavirədə həmçinin Azərbaycanın bu sahədə imkanlarından söz açılıb, yeni mədəni marşrutlarla bağlı təkliflər səsləndirilib.



- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib